Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AzMİU-da Respublika elmi-praktiki konfrans öz işinə başlayıb

30 Aprel 2019, 16:19 (GMT +4)

Bakı, 30 aprel, SalamNews. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Təhsil Nazirliyinin dəstəyi, universitet və İqtisadiyyat Nazirliyinin həmtəşkilatçılığı ilə ilk dəfə “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

SalamNews xəbər verir ki, konfransda görkəmli iqtisadçılar, Milli Məclisin üzvləri, İqtisadiyyat Nazirliyinin, Sumqayıt Kimya Sənaye Parkı MMC-nin, İqtisadi islahatlar ETİ-nin nümayəndələri iştirak edib. Eləcə də konfaransa ölkəmizin aparıcı universitetlərindən də nümayəndələr qatılıb. Konfransın keçirilməsində məqsəd Azərbaycan iqtisadiyyatının sürətlənməsi üçün sənaye sahələrinin inkişafında vacib rol oynayan texnoparkların yaradılması, problemlərin həlli yollarının araşdırılması və əsaslandırılmasıdır.

Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq konfrans iştirakçılarını, qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Konfransın mövzusunun aktuallığına diqqət çəkən rektor innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunduğunu vurğulayıb. O, iqtisadiyyatın sürətlənməsində rol oynayan texnoparkların ali məktəblərdə də yaradılmasının vacibliyi və əhəmiyyətindən, bu istiqamətdə mövcud problemlərin həlli yollarından danışıb.

Rektorun geniş və əhatəli çıxışından sonra konfrans plenar iclasda davam etdirilib. Plenar iclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə “Azərbaycanda texnoparkların yaradılmasının zəruriliyi və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Millət vəkili ölkəmizdə texnoparkların yaraılmasının ölkə iqtisadiyyatına, xarici investisiyaların cəlb edilməsinə, ölkədə keyfiyyətli sənaye məhsullarının istehsalının genişlənməsinə müsbət təsirindən danışıb.

Daha sonra Sumqayıt Kimya Sənaye Parkı MMC- nin direktoru Nazim Talıbovun “Sənaye parklarının ölkə iqtisadiyyatında rolu”, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tətqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyevin “Dayanıqlı sənayenin inkişafı:tədqiqat və tətbiq prioritetləri”, AzMİU-nun professoru Ədalət Əliyevin “Texnoparkların ümumi xüsusiyyətləri, təsnifatı və Azərbaycanda inkişaf perspektivləri”, AzMİU-nun “İnşaat materiallarında nanotexnologiyalar Elmi-tədqiqat laboratoriyası”nın elmi rəhbəri, professor Eldar Şahbazovun məruzələri dinlənilib. Konfrans öz işini bölmələrdə davam etdirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzMİU-nun rektoru prezident tərəfindən təltif edilib

AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində daxil edilib

AzMİU beynəlxalq əlaqələrini daha da genişləndirir

AzMİU-da “Obyektivdə Memarlıq” adlı fotosərgi açılıb

AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başlayıb

AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

Milan Politexnik Universitetinin müəllimləri AzMİU tələbələri üçün vorkşop təşkil ediblər

AzMİU-da Leicester Universiteti tərəfindən kurslar keçirilir 

AzMİU ilə Daşkənd Memarlıq və İnşaat İnstitutu arasında Əməkdaşlıq müqaviləsi bağlanıb 

Ulu öndərin 96-cı ildönümü AzMİU Elmi Şurasının iclasında qeyd olunub

AzMİU-da “Ulu öndərə ehtiramla” adlı rəsm sərgisi açılıb

AzMİU-nun nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

İstanbul Texniki Universitetinin rektoruna AzMİU-nun fəxri doktoru adı verilib

AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb

AzMİU-da İnşaatçılar gününə həsr olunmuş bilik yarışı keçirilib

AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzMİU-nun rektoru əlaçı və zərbəçi tələbələri sevindirib

BP Azərbaycan şirkəti AzMİU-da seminar keçirib

Qətər Universitetinin tələbələri AzMİU-da olub

AzMİU-nun rektoru “British Council”un nümayəndələri ilə görüşüb

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12