Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DANX sürücülər üçün ekstremal şəraitdə sürmə təlimi təşkil edir

30 Aprel 2019, 17:10 (GMT +4)

Bakı, 30 aprel, SalamNews. Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC tərəfindən sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir.

“Driftket avadanlığı qoşulmuş avtonəqliyyat vasitələri ilə ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın” plan və proqramı əsasında keçirilən kurslara müdavimlərin cəlb edilməsi prosesinə 1 may tarixindən start veriləcək.
Kurslara 19 yaşı tamam olan şəxslər dəvət edilir.

Nəzəri dərslər və sürmə təlimi olmaqla kurslar 10 günlük müddəti əhatə edəcək. Tədris əyani vəsaitlərlə, avadanlıqlarla təchiz edilən tədris kabinetlərində təcrübəli, peşəkar müəllim və təlim ustalarından ibarət heyətlə təşkil olunacaq.

Məşğələlər başa çatdıqdan sonra nəzəri və praktik yoxlamadan keçən sürücülərə sertifikatlar təqdim ediləcək.

İnkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alaraq təhlükəsiz və ekstremal şəraitdə idarəetmə vərdişləri ilə bağlı kursların xüsusilə operativ nəqliyyat vasitələrinin sürücülərinə şamil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələri, hərbi avtomobil müfəttişliyi və feldyeger rabitəsi orqanı, inkassatorlar, qiymətli yüklərin daşınması, milli operatora məxsus olan və poçtdaşımasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilən avtomobillərin sürücüləri üçün qeydiyyat zamanı müvafiq güzəştlər tətbiq ediləcək.
Eyni zamanda peşəkarlığını artırmaq istəyən digər sürücülər də bu kurslara müraciət edə bilər. Sürücülərin peşə vərdişlərinin artırılması və ekstremal şəraitdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında bu kursların əhəmiyyəti böyükdür.

Bir müdavimin təhsil alması üçün sərf olunan xərc 138 AZN təşkil edir.
Qeydiyyat üçün sürücülər telim_tedris_merkezi@mail.ru ünvanına daxil olub koordinatlarını yerləşdirə və ya 055 771 40 20, 050 363 78 07 nömrəli telefonlarla əlaqə saxlaya bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir

DANX Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı açıqlama yayıb

DANX nümayəndələri Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar

DANX gücləndirilmiş iş rejiminin vaxtını uzadıb

DANX: Yeni tariflər vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq

DANX yükdaşımaları yerinə yetirən şəxslərə ciddi xəbərdarlıq edib

Son 3 gündə Avtovağzaldan 49044 sərnişin daşınıb - DANX

Ramazan bayramı günlərində xəttə əlavə 200 avtobus buraxılacaq - DANX

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

20 Sentyabr 2019, 12:24 (GMT +4)
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

20 Sentyabr 2019, 12:15 (GMT +4)
DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66