Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

“Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib

01 May 2019, 16:38 (GMT +4)

Bakı, 1 may, SalamNews. Mayın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda din siyasəti” mövzusunda konfrans keçirilib.

SalamNews xəbər verir ki, konfransda çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb. O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Liderinin ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində müstəsna xidmətləri olub.

Komitə sədrinin birinci müavini Səyyad Salahlı dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O, Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlığın hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev isə Ümummilli Liderin siyasi fəaliyyətini yüksək qiymətləndirərək, onun məscidlərin, dini məbədlərin tikilməsinə böyük təşəbbüs göstərdiyini xatırladıb. O qeyd edib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının tanınmış şəxsiyyətlərindən biridir. O, Azərbaycanla Şərq və Qərb ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə əvəzsiz töhfələr bəxş edib.

Gürcü Yəhudilərinin Bakı dini icmasının rəhbəri Zamir İsayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ideyalarından bəhs edib. Bildirib ki, 1996-cı ildən etibarən Azərbaycanda dövlət məktəbinin tərkibində yəhudi sinfi fəaliyyət göstərir. Onun sözlərinə görə, dünyanın heç bir yerində bu cür imkan yaradılmır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda dinindən və millətin asılı olmayaraq hər kəs mehriban yaşayır.

“Yeni Həyat” protestant xristian dini icmasının sədri Lyudmila İbrahimova, Bakı şəhər Malokan-Ruhani xristian dini icmasının sədri Valeri Katkov çıxışlarında ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda da bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Sonda DQİDK-nın dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərlərimiz” mövzusunda elan edilən məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Müsabiqənin nəticələrinə görə, Ruhulla Ruhullayev I, Əliəşrəf Zeynalov II, Murad Əzizov III yerlərə layiq görülüblər, Nəriman İbayev, Sevindik Əsgərli, Həzi Aslanov isə həvəsləndirici mükafatlarla təltif ediliblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində I Autizm Mədəniyyət Festivalı keçirilib

Heydər Əliyev Fondu Şəkidə və Pirallahıda iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə olunub 

Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb

Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Heydər Əliyev Fondu iftar süfrəsi açıb

Heydər Əliyev Mərkəzinin memarının yeni əsəri əl-Vəkra stadionunun açılışı olub (VİDEO)

Heydər Əliyev Beynəlxalq Aeroportuna biznes-tur təşkil edilib

"Atəşgah" “Heydər Əliyev” və “Atatürk” zirvələrini fəth edib

Xoşbəxt Yusifzadəyə Heydər Əliyev Mükafatı verilib

“Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” adlı tədbir keçirilib

Erkan Özoral: Heydər Əliyev təkcə Azərbaycanın deyil, türk dünyasının ən böyük liderlərindəndir

Yaqub Mahmudov: Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur

ASAN Könüllüləri ulu öndər Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər

Prezident İlham Əliyev Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür

Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin doğum günü qeyd olunub

25 İyun 2019, 18:06 (GMT +4)
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

25 İyun 2019, 18:00 (GMT +4)
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

25 İyun 2019, 17:54 (GMT +4)
BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

25 İyun 2019, 17:51 (GMT +4)
Birinci vitse-prezident görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib

25 İyun 2019, 17:47 (GMT +4)
Tehran nüvə silahı əldə etməyə can atmır - İran XİN rəhbəri

25 İyun 2019, 17:25 (GMT +4)
“Nar” 4G istifadəçilərinin sayı700 minə çatıb

25 İyun 2019, 17:20 (GMT +4)
Ermənistanın keçmiş prezident Robert Koçaryan həbs edilib

25 İyun 2019, 17:13 (GMT +4)
Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

25 İyun 2019, 17:07 (GMT +4)
İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub

25 İyun 2019, 16:53 (GMT +4)
Nazirlik: Temperaturun yüksəlməsi təhlükəli hadisələrin artması ilə səciyyələnir

25 İyun 2019, 16:46 (GMT +4)
NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

25 İyun 2019, 16:42 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

25 İyun 2019, 16:42 (GMT +4)
İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib

25 İyun 2019, 16:17 (GMT +4)
S-400-ün tədarükü iyulda başlayacaq - Ərdoğan

25 İyun 2019, 16:09 (GMT +4)
İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur  

25 İyun 2019, 15:59 (GMT +4)
"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

25 İyun 2019, 15:48 (GMT +4)
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

25 İyun 2019, 15:48 (GMT +4)
Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

25 İyun 2019, 15:41 (GMT +4)
Külli miqdarda narkotik vasitə aşkar edilib 

25 İyun 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

25 İyun 2019, 15:27 (GMT +4)
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25 İyun 2019, 15:18 (GMT +4)
Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb

25 İyun 2019, 15:08 (GMT +4)
Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək

25 İyun 2019, 15:03 (GMT +4)
Şagird yerdəyişməsi elektronlaşdırılır

25 İyun 2019, 14:54 (GMT +4)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur

25 İyun 2019, 14:45 (GMT +4)
Zelenski AŞPA-nın Rusiya ilə bağlı qərarını məyusluqla qarşılayıb  

25 İyun 2019, 14:30 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

25 İyun 2019, 14:23 (GMT +4)
Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

25 İyun 2019, 14:21 (GMT +4)
Cin XİN: ABŞ-ın birtərəfli sanksiyaları əks təsir göstərir

25 İyun 2019, 14:17 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12