Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Formula 1 SOCAR Azərbaycan Qran Prisi: Yarış həftəsonuna 85 min tamaşaçı gəlib

01 May 2019, 17:04 (GMT +4)

Bakı, 1 may, SalamNews. Bakıda sayca 4-cü dəfə keçirilən Formula 1 yarışı növbəti dəfə beynəlxalq və yerli azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) SalamNews-a verilən məlumata görə, paytaxtın mərkəzi küçələrində uğurla baş tutmuş Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı çərçivəsində 4 gün boyunca yarış sessiyalarını yerində canlı izləməyə və həmçinin həftəsonunda Kristal Zalda dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.

Bu il ötən ilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 % təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtın qaldığı bir ərəfədəxəstələndiyi üçün Bakı konsertini ləğv etməsi olub.

Çoxsayda xarici azarkeşin rəğbət göstərdiyi yarışda qalibiyyətə Mercedes komandasının pilotu Valteri Bottas yiyələnib. Onu komanda yoldaşı Luis Hamilton və Ferrari sürücüsü Sebastian Fettel ardıcıllıqla izləyiblər. Bottasın zəfər sevinci ötən il yarışın sonuncu dövrələrində qələbəyə gedərkən yaşadığı uğursuz qəzanın verdiyi kədəri tamamilə unutdurub. Onun qələbəsi tirbunalarda əyləşən minlərlə azarkeş tərəfindən böyük çoşğu ilə qarşılanıb.

Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Birləşmiş Krallıq, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqlənib.

Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışı izləməyə gələnlərin statistik göstəriciləri ilə bağlı bildirib: “Son 4 il ərzində Azərbaycanda Formula 1 yarış həftəsonunun möhtəşəm şəkildə keçirilməsində böyük irəliləyiş əldə etmişik. Avropadan gələn azarkeşlərin sayının artması ilə əsas Formula 1 izləyicilərinin Bakını seçməsi bizi xüsusilə sevindirir. Buna misal olaraq, yarışı izləmək üçün ölkəyə səfər edənlərin sayında 41% artımla Birləşmiş Krallığı, 28% -lə Avstriyanı və 26%-lə Nidelandı göstərə bilərik. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22% və 11% artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və cümə günü axşam konsertinin olmamasına və həmçinin şənbə günkü Sem Smitin çıxışının son anda ləğv olunmasına baxmayaraqümumilikdə bilet satışı 2018-ci ildəkinə bərabər olub. Xüsusən gənclər arasında yarışa maraq ilbəil artır və nəticədə hər ötən il yerli azarkeşlərin sıraları daha da genişlənir. Bu, bizi yüksək səviyyədə həvəsləndirir. Düşünürəm ki, hal-hazırda tutduğumuz mövqe olduqca güclüdür və 2020-ci ildə də azarkeşlər üçün daha bir möhtəşəm Formula 1 yarış həftəsonu keçirmək üçün əlimizdən gələni edəcəyik.”

Builki yarış son iki yarış qədər dramatik anlara səhnə olmasa da, Formula 1 azarkeşləri həyəcan dolu anlarla yadda qalan sıralanma turundan və Formula 2 yarışlarından böyük zövq alıblar.

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 tamaşaçıların zövqünə uyğun təklif etdiyi zəngin məzmunlu müxtəlif əyləncə proqramı ilə də Formula 1 sevərlərin könüllərini fəth edib. Yarış həftəsonunda dünya musiqisinin məşhur iki ulduzu axşam saatlarında Kristal Zalda səhnəyə çıxaraq azarkeşlərə möhtəşəm əyləncə şousu təqdim edib. Şənbə günü sıralanma turundan sonra keçirilən konsertdə Cessi Cey ən çox sevilən mahnılarını ifa edib, bazar günü isə Kardi B möhtəşəm performansı ilə yarış həftəsonunun bağlanış konsertinə öz damğasını vurub.

Bundan başqa, bu il ilk dəfə olaraq BŞH-nin təşkilatçılığı ilə yarış həftəsonu ərzində “Bakı Şəhərinin Sədaları” adı altında gecə əyləncə proqramları təşkil olunub. “Elektra Events Hall”-da keçirilmiş bu proqramlarda dünyaca məşhur DJ-lər çıxış ediblər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, 27-də Robin Şulz və 28-də “Lost Frequencies” çıxıb. Biletləri Formula 1 yarışlarından ayrıca satılan bu əyləncə proqramlarında Bakıya Azərbaycan Qran Prisini izləməyə gələn yüzlərlə xarici avtoidman azarkeşi ilə yanaşı çox sayda paytaxt sakini də iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Arif Rəhimov Monakoda "Formula 1"lə bağlı iqtisadi forumda iştirak edib

Formula 1 üzrə üçqat dünya çempionu Niki Lauda vəfat edib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-a dair maraqlı faktlar açıqlanıb

Bakıda Formula 1-ə görə bağlanan yollar açılıb

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi məlum olub

Azərbaycan Prezidenti Formula 1-in açılış mərasimində iştirak edir 

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-un açılışının əsas özəllikləri açıqlanıb

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turu başa çatıb

Formula 1: "Ferrari"nin pilotu üçüncü sərbəst yürüşün də qalibi olub

Formula 1 iştirakçıları üçün Bakı bulvarında dron və robot nümayiş olunur

“Formula 1”: Üçüncü sərbəst yürüş başlayıb

“Formula 1”də növbəti qəza baş verib

AtaBank "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərir

Formula 1 Qran-Prisinin birinci sərbəst yürüşünun ləğv edilməsinə rəsmi aydınlıq gətirilib

Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza baş verib

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

Bu gündən “Formula 1 SOCAR Azərbaycan Qran-prisi” başlayır

Arif Rəhimov: “Avro-2020” və Formula 1 yarışlarının eyni vaxta salınması əla olardı

Məcburi köçkün uşaqlar Formula 1 ilə tanış oldular (FOTOLAR)

Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

26 İyun 2019, 17:04 (GMT +4)
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yaradılan şəraitlə tanış olub

26 İyun 2019, 16:58 (GMT +4)
Türkiyə və ABŞ Suriyadakı vəziyyəti müzakirə edib

26 İyun 2019, 16:41 (GMT +4)
Zığ şossesində fərdi yaşayış evləri yanıb

26 İyun 2019, 16:35 (GMT +4)
Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub

26 İyun 2019, 16:22 (GMT +4)
Rusiya 99 faiz S-400-ü Türkiyəyə göndərməyə hazırdır - "Rosoboronexport" rəhbəri

26 İyun 2019, 16:19 (GMT +4)
Husilərin hücumunda yanan Səudiyyə təyyarələrinin görüntüləri yayımlanıb (VİDEO)

26 İyun 2019, 16:17 (GMT +4)
“Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

26 İyun 2019, 16:00 (GMT +4)
AZAL Bakıdan Dehliyə aviareyslər həyata keçirməyə başlayıb

26 İyun 2019, 15:48 (GMT +4)
Neft gəmilərinə hücumda konkret bir dövləti ittihamlandırmaq mümkün deyil - BƏƏ

26 İyun 2019, 15:46 (GMT +4)
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

26 İyun 2019, 15:45 (GMT +4)
İran prezidenti ABŞ və Aİ-yə müraciət edib

26 İyun 2019, 15:32 (GMT +4)
Fövqəladə Hallar naziri vətəndaşlara müraciət edib

26 İyun 2019, 15:20 (GMT +4)
Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları memorandum imzalayıblar  

26 İyun 2019, 15:04 (GMT +4)
Lavrov: Rusiya ABŞ və İranı dialoqa başlamağa razı salacaq

26 İyun 2019, 14:55 (GMT +4)
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”un finalına yüksəlib

26 İyun 2019, 14:49 (GMT +4)
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib

26 İyun 2019, 14:45 (GMT +4)
Almaniyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

26 İyun 2019, 14:25 (GMT +4)
Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

26 İyun 2019, 14:12 (GMT +4)
Tacikistanda bu gün Milli Birlik Günü qeyd edir

26 İyun 2019, 14:07 (GMT +4)
Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək

26 İyun 2019, 14:03 (GMT +4)
Ayətullah Xamenei ABŞ PUA-nın vurulmasından sonra ilk çıxışını edib: Qabağa gəlməkdən qorxurlar

26 İyun 2019, 13:53 (GMT +4)
Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar

26 İyun 2019, 13:43 (GMT +4)
Latviyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

26 İyun 2019, 13:32 (GMT +4)
ABŞ konqresmenləri onların təsdiqi olmadan Trampın İrana hücumuna qadağa qoymağa qərar verib

26 İyun 2019, 13:29 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 İyun 2019, 13:15 (GMT +4)
Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

26 İyun 2019, 13:02 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

26 İyun 2019, 12:57 (GMT +4)
Rusiya FTX Saratovda terror aktı hazırlayan şəxsi zərərsizləşdirib

26 İyun 2019, 12:43 (GMT +4)
Azercell yeni kampaniya keçirir

26 İyun 2019, 12:40 (GMT +4)
Əfqanıstanda iki amerikalı əsgər öldürülüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12