Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Anar Məcidzadə: İnsanların problemlərinə biganə qalmayaq

01 May 2019, 17:45 (GMT +4)

Bakı, 1 may, SalamNews. Son zamanlar ölkəmizdə intihar hadisələrinin sayında artım müşahidə olunmaqdadır.

SalamNews xəbər verir ki, bu barədə fikirlərini bölüşən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Anar Məcidzadə bildirir ki, demək olar ki, hər səhərimizi bu cür xoşagəlməz, acı xəbərlərlə açırıq. Təəssüf doğuran məqam ondan ibarətdir ki, intihar bir çoxları üçün “çıxış yolu” hesab olunur. Xüsusilə gənclər bu vasitəyə əl atmaqla, üzləşdikləri problemlərdən “xilas olmaq” istəyirlər. Doğurdanmı intihar xilas, çıxış yoludur? Əlbəttə, xeyr. Hətta dinimizdə də intihar ən böyük günahlardan hesab olunur. Yəni Allahın insana verdiyi cana qəsd Tanrı dərgahında bağışlanılmaz günahdır.

Təəssüf doğuran digər məqam ondan ibarətdir ki, hər kəs intiharla bağlı nəticələri müzakirə edir. Yəni intiharın səbəbələri o qədər də araşdırılmır, bu istiqamətdə cəmiyyətə, xüsusilə gənclərə və yeniyetmələrə ciddi, təsiredici tövsiyyələr verilmir. Bəzən intihar edənlər qəhrəman kimi təqdim olunur.
Bəs, intiharların sayı niyə artır? Niyə inisanlar, o cümlədən gənclər intihar edirlər? Bunun bir çox səbəbləri var:

Biganəlik. Laqeydlik. İnsanlar biri-birilərinə qarşı son zamanlar biganə olublar. Yəni heç kəs heç kəsin problemini dinləmir, ona mənəvi dəstək olmur. Bəzən dərdini danışıb təsəlli tapmaq, mənəvi dəstək almaq istəyən insanların dərdini, kədərini, ürəyindəki ağrı-acılarını, problemini lağ predmetinə çeviririk.

Ünsiyyətdənqaçma. Zamanımızda ən böyük problemlərdən biri də insanların biri-biriləri ilə ünsiyyət qurmaqdan, dərdləşməkdən, həmfikir olmaqdan qaçmalarıdır. Fikrimcə, buna əsas səbəblərdən biri də sosial şəbəkələrdir. Cəmiyyətdə sosial şəbəkələrə o qədər alüdəçilik yaranıb ki, insanlar sosiallaşmaqdan qaçırlar. Hətta valideynlər öz övladlarını dinləməkdən, onlarla fikir mübadiləsi aparmağa belə həvəs göstərmirlər.

Maarifləndirmə. Bu istiqamətdə maarifləndirmə işinin zəif aparılması da göz önündədir. İntihar hadisələrinin sayının artması bu sahədə maarifçilik işlərinin həyata keçirilməsini vacib olduğunu göstərir. Müvafiq dövlət qurumları, gənclər birlikləri, qeyri-hökumət təşkilatları bu sahədə fəallıqlarını artırmalı, məktəblilərlə, gənclərlə mütəmadi görüşlər keçirilməlidir və onlara intiharın çıxış yolu olmadığı aşılanmalıdır.

Bütün bunlar günümüzün acı reallıqlarıdır. Biz isə bu rellıqlarla barışmaq əvəzinə,çıxış yolları tapmalıyıq. Bu hər vətəndaşın, hər bir insanın mənəvi borcudur.

İnsalarla ünsiyyətdən qaçmayaq, onların hətta ən kiçik problemlərinə belə biganə qalmayaq. Biganəlik isə insanları intihara aparır. Əzizlərimizi – qohumlarımızı, dostlarımızı, ailə üzvələrimizi, bir sözlə cəmiyyəti intihar bəlasından qoruyaqş Qoruyaq ki, məktəblilərimiz, gənclərimiz canlarına qıymasınlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub

Anar Məcidzadə: Birinci vitse prezidentin müsəlman aləminə verdiyi töhfə əsrlər boyu yaddaşlardan silinməyəcək

Anar Məcidzadə: Prezident İlham Əliyev hər zaman xalqın yanındadır

"Məşədi Dadaş" məscidi digər məscidlərə nümunə olmalıdır - Anar Məcidzadə

Prezident təqaüdçüsü Anar Məcidzadənin yeni kitabı nəşr olunub

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması yeni dövrün başlaması deməkdir - Anar Məcidzadə

Nə qədər ki, yer üzündə ermənilər mövcuddur, bəşəriyyət dinclik tapmayacaq - Anar Məcidzadə 

Anar Məcidzadə: Mehriban Əliyevanın müsəlman dünyasına verdiyi tövhələr təqdirəlayiqdir

20 İyun 2021, 14:12 (GMT +4)
Burak Elmas "Qalatasaray"ın yeni prezidenti seçilib

20 İyun 2021, 13:46 (GMT +4)
"Neftçi" yeni futbolçu ilə müqavilə bağlayıb

20 İyun 2021, 13:23 (GMT +4)
Portuqaliya - Almaniya oyununun ən yaxşı futbolçusu açıqlanıb

20 İyun 2021, 12:00 (GMT +4)
Güləşçimiz Avropa çempionu olub

20 İyun 2021, 09:51 (GMT +4)
Avro -2020: İspaniya və Fransa xal itirib, Almaniya qələbə qazanıb

19 İyun 2021, 17:42 (GMT +4)
İlham Əliyev İranın yeni seçilən prezidentini təbrik edib

19 İyun 2021, 17:02 (GMT +4)
Tədris digər dillərdə aparılan I siniflərə məktəb seçiminə başlanılır

19 İyun 2021, 16:56 (GMT +4)
Bakının iki rayonunda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

19 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxıb

19 İyun 2021, 16:45 (GMT +4)
Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb

19 İyun 2021, 16:40 (GMT +4)
Fransada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

19 İyun 2021, 16:31 (GMT +4)
Hərbi alpinistlərin iştirakı ilə “Qarabağ Azərbaycandır” adlı alpinist ekspedisiyası təşkil edilib

19 İyun 2021, 16:27 (GMT +4)
Putin İran seçkilərinin qalibi İbrahim Rəisini təbrik edib

19 İyun 2021, 16:21 (GMT +4)
Ceyhun Bayramov: "Şuşa Bəyannaməsi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas yaradır"

19 İyun 2021, 16:16 (GMT +4)
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub

19 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi azarkeşlərə müraciət edib

19 İyun 2021, 16:00 (GMT +4)
Yeni Zelandiyada tornado nəticəsində bir nəfər ölüb

19 İyun 2021, 15:45 (GMT +4)
NRYTN: "WhatsApp" və "Instagram"da yaranan problemlər lokal deyil

19 İyun 2021, 15:32 (GMT +4)
Ayətullah Xamenei İranda keçirilən prezident seçkilərinin nəticələrilə bağlı bəyanat verib

19 İyun 2021, 15:30 (GMT +4)
Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)

19 İyun 2021, 15:17 (GMT +4)
Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Azərbaycana səfər edəcək

19 İyun 2021, 15:05 (GMT +4)
Peruda avtobus dərəyə aşıb, ölənlər var

19 İyun 2021, 14:50 (GMT +4)
Şirvanda tanışını qətlə yetirən şəxs tutulub

19 İyun 2021, 14:38 (GMT +4)
Bu gün "Qalatasaray"ın yeni prezidenti seçilir

19 İyun 2021, 14:28 (GMT +4)
Britaniya səfiri Tehranda XİN-ə çağırılıb

19 İyun 2021, 14:20 (GMT +4)
Rusiyada son sutkada 17,906 koronavirusa yoluxma qeydə alınıb

19 İyun 2021, 14:08 (GMT +4)
Yanvar-may aylarında Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib

19 İyun 2021, 13:53 (GMT +4)
“Anadolu Qartalı - 2021” təliminə hazırlıq məşqləri keçirilib (FOTO)

19 İyun 2021, 13:42 (GMT +4)
Pakistanla Qarabağda yenidənqurma layihələri üzrə əməkdaşlıq müzakirə edilib

19 İyun 2021, 13:30 (GMT +4)
Yaltada daşqınlar nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66