Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

ADU-da "Heydər Əliyev və Çin" kitabının təqdimatı keçirilib 

03 May 2019, 12:57 (GMT +4)

Bakı, 3 may, SalamNews.Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Beynəlxalq münasibətlər kafedrasının dosenti Rafiq Abbasovun "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının təqdimatı keçirilib.

ADU-dan SalamNews-a verilən məlumata görə, millət vəkili Aydın Mirzəzadə təqdimat mərasimində iştirak etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və Çin münasibətlərinin ölkəmizin xarici siyasətində önəmli yer tutduğunu qeyd edərək, bu münasibətlərin yüksək səviyyəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb. O, əlavə edib ki, məhz ulu öndərin Çinlə münasibətləri Azərbaycanın strateji siyasəti səviyyəsinə qaldırması iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas şərtlərindən biridir. Aydın Mirzəzadə "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının ərsəyə gəlməsini vacib bir məsələ kimi xarakterizə edib. Onun sözlərinə görə, bu, həm indiyə kimi olan münasibətlərə yekun vurur, həm də gələcək nəsillər Azərbaycanın Çinlə münasibətlərini tədqiq edərkən bu kitaba istinad nöqtəsi kimi müraciət edəcəklər: “Kitabı gələcəkdə Çinlə münasibətlərimizə dair buraxılacaq kitablar silsiləsində çox gözəl bir nümunə hesab edirəm”.

Millət vəkili Çingiz Qənizadə bildirib ki, Çin Azərbaycanın haqq səsini müdafiə edən ən qüdrətli dövlətlərindən biridir, Çinlə Azərbaycanın dostluq və işgüzar münasibətlərinin formalaşmasının ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə şahidi olmuşuq: “Prezident İlham Əliyev hazırda bu münasibətləri layiqincə davam etdirir. Kitab Çin dilini, iqtisadiyyatını öyrənən, ümumiyyətlə Çin haqqında məlumat almaq istəyən insanlar üçün nəzəri və praktik bir kitabdır. Hesab edirəm ki, kitab Heydər Əliyevin Çinə səfərləri dövründə müzakirə olunan məsələlərlə bağlı məlumat üçün, bu dili öyrənən dilşünaslarımız üçün vacib bir vasitədir. Çinlə Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edərək ölkə başçılarımız və xalqlarımız arasında bu mehribanlığın davamlı olmasını arzu edirəm”.

Daha sonra çıxış edən Çinin ölkəmizdəki səfirliyinin siyasi şöbəsinin müdiri Cen Hay Nin "Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)" kitabının nəşr olunması münasibəti ilə Çinin fövqəladə və səlahiyyətli səfiri Vey Jinhuanın təbriklərini dilə gətirib, kitabı ərsəyə gətirən Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasova təşəkkürünü bildirib.

Cen Hay Nin Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıb: “Prezident Heydər Əliyev Çin-Azərbaycan diplomatik əlaqələrinin qurucusudur. O, Çinə daim dost münasibəti bəsləyib. Heydər Əliyev prezident seçilən kimi Çinə səfər etdi və Çinin keçmiş nəsil dövlət rəhbəri Deng Xiaoping, eyni zamanda Çin hökumətinin sədri cənab Jiang Zeminlə birgə Çin Azərbaycan münasibətlərinin tamamilə yeni dövrünü başlatdı və Çin-Azərbaycan əməkdaşlığının möhkəm mənbəyini təsis etdi. Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında böyük inkişaf uğurları əldə edib. Çin-Azərbaycan münasibətləri səmaya ucalan böyük bir ağac kimi parlayaraq böyüyür və bu ağac Heydər Əliyevin möhkəm şəkildə yerin dərinliyinə əkdiyi bir ağacdır. Çində belə bir deyim var: “Bir quyudan su içdikdə həmin quyunun kim təərəfindən qazıldığını unutma”. Bu gün biz dayanmadan Çin-Azərbaycan dostluq münasibətlərini genişləndirdikdə və dərinləşdirdikdə, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlığı gücləndirən zaman keçmiş prezident Heydər Əliyevin verdiyi töhfələri unuda bilmərik. Eyni zamanda Çin-Azərbaycan münasibətlərinin daha gözəl inkişaf etməsi üçün töhfəmizi verməliyik”.

Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aida Yusifzadə, İctimai məsələlər üzrə rektorun müşaviri Sərraf Hüseynov, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, Beynəlxalq münasibətlər kafedrasının dosentləri Namiq Əsədov və Samirə İmanova Çinlə Azərbaycan arasındakı münasibətlərin qurulması və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər, təqdim olunan kitabın mühüm mənbə rolunu oynadığını bildiriblər.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş kitab Heydər Əliyevin Çin Xalq Respublikasına tarixə dönmüş rəsmi səfəri zamanı Çin ictimaiyyəti qarşısındakı çıxışlara, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Penin rəhbərlik etdiyi Çin Xalq Respublikasının (ÇXR) nümayəndə heyəti ilə görüşlərindəki çıxışlara, Çinin milli bayramı münasibəti ilə keçirilən rəsmi qəbullardakı çıxışlara, tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransdakı nitqlərinə, Çin dövlət nümayəndə heyətləri, ölkəmizdəki ÇXR səfirləri ilə görüşlərdəki söhbətlərinə, həmçinin ümummilli lider Heydər Əliyevin ÇXR rəhbərləri ilə yazışmalarına həsr olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Yanvar 2020, 18:00 (GMT +4)
Nazirlər Kabinetində müşavirə keçirilib

17 Yanvar 2020, 17:54 (GMT +4)
Azercell-in dəstəyi ilə məktəblilərimiz bu ilin ilk uğuruna imza atıb

17 Yanvar 2020, 17:51 (GMT +4)
“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

17 Yanvar 2020, 17:45 (GMT +4)
“Vətənpərvərlik kinosu həftəsi” başa çatıb

17 Yanvar 2020, 17:43 (GMT +4)
Ermənistanın xüsusi xidmət orqanının keçmiş rəhbəri ölü tapılıb

17 Yanvar 2020, 17:40 (GMT +4)
Bişkekdə 20 Yanvar facisəinin qurbanları anılıb (FOTO)

17 Yanvar 2020, 17:34 (GMT +4)
Britaniya Livan hökuməti və parlamentində təmsil olunan Hizbullahın siyasi qanadını da «terrorçu» elan edib

17 Yanvar 2020, 17:32 (GMT +4)
Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

17 Yanvar 2020, 17:20 (GMT +4)
Moskvada istilik rekordu yenilənib

17 Yanvar 2020, 17:14 (GMT +4)
Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

17 Yanvar 2020, 17:12 (GMT +4)
AzTU-da 20 Yanvar faciəsi anılıb

17 Yanvar 2020, 17:07 (GMT +4)
“Azərişıq” yeni işə götürdüyü əməkdaşları onlayn yoxlayacaq

17 Yanvar 2020, 17:04 (GMT +4)
“Data analizi: SPSS və kontent təhlili" mövzusunda seminar keçiriləcək

17 Yanvar 2020, 16:58 (GMT +4)
Parlament seçkiləri ilə əlaqədar indiyədək 1622 nəfərin namizədliyi qeydə alınıb

17 Yanvar 2020, 16:54 (GMT +4)
Mişustin və Medvedev görüş keçirib

17 Yanvar 2020, 16:52 (GMT +4)
Putin Liviya münaqişəsilə bağlı Berlində keçiriləcək toplantıya qatılacaq

17 Yanvar 2020, 16:36 (GMT +4)
Leyla Həsənova: 20 Yanvar xalqımızın qəhrəmanlıq səhifəsidir

17 Yanvar 2020, 16:29 (GMT +4)
Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

17 Yanvar 2020, 16:20 (GMT +4)
Ukrayna vurulan təyyarəyə görə İrandan sənəd üzərində etirafını istəyir

17 Yanvar 2020, 16:02 (GMT +4)
“Sağlam məktəbli” layihəsi çərçivəsində 20 000-dək məktəbli ilə görüş keçirilib

17 Yanvar 2020, 16:01 (GMT +4)
İranın əksər şəhərləri cümə namazından sonra ABŞ-ı pisləyən mitinqlərin şahidi olub

17 Yanvar 2020, 15:46 (GMT +4)
Rusiya parlamentinin deputatı Bakıya "Əmək şöhrəti şəhəri" fəxri adının verilsini təklif edib

17 Yanvar 2020, 15:40 (GMT +4)
AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

17 Yanvar 2020, 15:26 (GMT +4)
KİV: Ramzan Kadırova yeni vəzifə təklif edilib

17 Yanvar 2020, 15:15 (GMT +4)
«Ən-Nusra» Hələbin qərbini minaatanlardan hədəfə alıb, 8 sakin həlak olub

17 Yanvar 2020, 15:01 (GMT +4)
Qoşqar Təhməzli: Sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

17 Yanvar 2020, 14:58 (GMT +4)
Rusiya XİN Liviya mövzusunda ABŞ ilə fikir ayrılıqlarından danışıb

17 Yanvar 2020, 14:40 (GMT +4)
AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

17 Yanvar 2020, 14:26 (GMT +4)
Suriyada partlayış nəticəsində üç türk hərbçisi ölüb

17 Yanvar 2020, 14:08 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66