Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərsu” Qazaxda içməli su və kanalizasiya sistemlərini yenidən qurur

02 May 2019, 18:57 (GMT +4)

Bakı, 2 may, SalamNews.“Azərsu” ASC cəbhə bölgəsində yerləşən Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb.

Bu barədə SalamNews-a ASC-dən bildirilib.

Məlumata görə, podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edib, küçələrdə su və kanalizasiya xətlərinin tikintisi paralel aparılır. Tikinti işlərinin icra vəziyyəti və gələcəkdə görüləcək işlər Qazax şəhərində “Azərsu”yun, məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə geniş müzakirə olunub.

“Azərsu”yun sədr müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Cəbhə bölgəsində yerləşən Qazax şəhərində içməli su və kanalizasiya layihəsinin icrası əhalinin sosial problemlərinin həllinə göstərilən diqqətin nümunəsidir.

Tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib. Layihə və podratçı təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Qeyd olunub ki, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə, bu layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə, şəhərdə 5 870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azərsun Holdinq" mükafata layiq görülüb

"Azərsu” sədri Gəncədə vətəndaşları qəbul edib

“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib

"Azərsu" gücləndirilmiş iş rejiminə keçəcək

ETSN Bakıda ağacların qurudulmasına görə “Azərsu” barədə protokol tərtib edib

"Azərsun Holding"in komandası “Gilan Kuboku”nun qalibi olub

“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

“Azərsu” Şamaxı və Ağsunun 5 kəndində içməli su layihələrinin icrasına başlayıb

“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib

“Azərsu” Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb

“Azərsu” ASC-nin sədri vətəndaşları qəbul edəcək

"Azərsu" yeni elektron xidmətini istifadəyə verib

"Azərsu" Dünya Su Şurası İdarə Heyətinin 68-ci iclasında iştirak edib

“Azərsu” Səbail rayonunda içməli su layihəsinin icrasına başlayıb

Azərbaycan prezidenti “Azərsu” ASC-yə 25 milyon manat ayırıb

“Azərsu” indiyə qədər “ASAN xidmət” vasitəsilə 220 minə yaxın müraciət qəbul edib

Azərsu: Bayram günlərində əhali fasiləsiz su təchizatı ilə təmin olunacaq

"Azərsu" ASC-nin ekspertləri YT Parkın fəaliyyətini yüksək qiymətləndiriblər

“Azərsu” daha bir xidmətini elektronlaşdırıb

“Azərsu” ötən il 68 min içməli suyun və 25 min tullantı suyunun nümunəsini analiz edib

19 Oktyabr 2019, 17:40 (GMT +4)
Ölkədə istehsal edilən metanolun həcmi açıqlanıb

19 Oktyabr 2019, 17:35 (GMT +4)
Özünüməşğulluq proqramı çərçivəsində gələn il 130 min nəfər işlə təmin olunacaq

19 Oktyabr 2019, 16:20 (GMT +4)
İran Ərbəin mərasiminin təhlükəsiz keçirilməsinə görə İraq hökuməti və xalqına təşəkkür edib

19 Oktyabr 2019, 16:05 (GMT +4)
Milyonlarla zəvvarın qatıldığı Ərbəin yürüşü tam təhlükəsiz vəziyyətdə başa çatıb

19 Oktyabr 2019, 14:07 (GMT +4)
KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir

19 Oktyabr 2019, 14:02 (GMT +4)
Çili prezidenti paytaxtda fövqəladə vəziyyət elan edib

19 Oktyabr 2019, 13:52 (GMT +4)
Azərbaycanın axtarışa verdiyi şəxs iki il sonra saxlanılıb

19 Oktyabr 2019, 13:50 (GMT +4)
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar aparıb

19 Oktyabr 2019, 13:42 (GMT +4)
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

19 Oktyabr 2019, 13:22 (GMT +4)
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

19 Oktyabr 2019, 13:17 (GMT +4)
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

19 Oktyabr 2019, 12:53 (GMT +4)
Hindistanda kişi dəfn mərasimində ayılıb 

19 Oktyabr 2019, 12:50 (GMT +4)
"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır

19 Oktyabr 2019, 12:31 (GMT +4)
Kərbəlaya gedən milyonlarla xarici zəvvar o cümlədən azrbaycanlılar geri dönməyə başlayıblar

19 Oktyabr 2019, 12:20 (GMT +4)
Kataloniyada etiraz aksiyaları nəticəsində 89 nəfər xəsarət alıb

19 Oktyabr 2019, 12:07 (GMT +4)
SOCAR neft istehsalını 2,8 faiz, təbii qaz hasilatını isə 11,4 faiz artırıb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Rusiyada su bəndinin uçması nəticəsində 11 nəfər ölüb

19 Oktyabr 2019, 11:54 (GMT +4)
Tehranda "İran-Azərbaycan sammiti" keçirilib (FOTOLAR)

19 Oktyabr 2019, 11:50 (GMT +4)
Suriya Ordusu Fəratın şərqində yeni kəndlərə daxil olub

19 Oktyabr 2019, 11:32 (GMT +4)
Rusiya XİN ABŞ-a etiraz notası göndərib

19 Oktyabr 2019, 11:27 (GMT +4)
Səkkiz ayda ölkədən 9,7 milyard dollarlıq xam neft ixrac edilib

19 Oktyabr 2019, 11:16 (GMT +4)
Livanda etiraz aksiyaları və iğtişaşlar zamanı iki nəfər ölüb

19 Oktyabr 2019, 11:14 (GMT +4)
XİN: "Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir"

19 Oktyabr 2019, 10:59 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

19 Oktyabr 2019, 10:53 (GMT +4)
Tramp və Ərdoğan Suriyanı müzakirə edib

19 Oktyabr 2019, 10:40 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən xarici zəvvarların sayı 3.5 milyonu keçib

19 Oktyabr 2019, 10:39 (GMT +4)
Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

19 Oktyabr 2019, 10:35 (GMT +4)
Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

19 Oktyabr 2019, 10:23 (GMT +4)
Məktəb yaxınlığında enerji içkilərinin satışına qadağa qoyulur

19 Oktyabr 2019, 10:18 (GMT +4)
NATO ABŞ və Türkiyə arasındakı razılaşmanı alqışlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66