Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

ƏƏSMN-də kollegiya iclası keçirilib

03 May 2019, 16:20 (GMT +4)

Bakı, 3 may, SalamNews.Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti qurumlarla birgə kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı birgə işlər aparılacaq və kəndlərlə bağlı yeni inkişaf konsepsiyası hazırlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SalamNews-a verilən məlumata görə, bunu nazir Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir diqqətə çatdırıb ki, hələ ötən ildən dövlət başçısının göstərişləri əsasında reallaşdırılan yeni islahatlar kursu 2019-cu ilin ilk rübündə artıq bütün sahələrdə, o cümlədən sosial sahə üçün uğurlu nəticələrini verib.

S.Babayev bildirib ki, cari ilin ilk aylarından dövlət başçısının imzaladığı fərman və sərəncamlarla əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn mühüm addımlar atılıb. Minimum əməkhaqqının və minimum pensiya məbləğinin təxminən 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırılması, həmçinin tələbələrin təqaüdlərində əhəmiyyətli artımın edilməsi, fiziki şəxslərin problemli kreditlərinin həllinə yönələn mühüm addım və s. kimi tədbirlər 3 milyondan çox insanın rifahına ciddi dəstək olub.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial sahə ilə bağlı müəyyən etdiyi vəzifələri diqqətə çatdıran nazir bu vəzifələrin hər birinin yüksək səviyyədə icrası üzrə məqsədyönlü işlərin aparılacağını vurğulayıb.

O bildirib ki, özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki ilə nisbətən 6,5 dəfə çox şəxs cəlb edilib. Beynəlxalq qurumlarla əməkdaşlıq imkanlarından da istifadə olunmaqla, özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi, proqramın icrası, proqram çərçivəsində yaradılan təsərrüfatlara, müəssisələrə nəzarət və dəstək mexanizminin təkmilləşdirilməsi işləri aparılacaq.

S.Babayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsi yaxın günlərdə DOST Agentliyinin və ilk “DOST” mərkəzinin açılışı ilə reallaşacaq. Bu, 2019-cu ilin sosial sahədə ən önəmli hadisələrindən biri olmaqla, dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinin başlanmasını təmin edəcək. Nəticədə bu xidmətlərin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi təmin ediləcək.

Cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini deyən nazir bütün sosial təminat sistemi üzrə bu innovativ təcrübənin genişlənməsi işlərinin davam edəcəyini, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində “Məşğulluq” altsistemi ilə yanaşı, bu il digər bir sıra yeni elektron sistemlərin, o cümlədən yaxın aylarda “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də işə salınacağını bildirib.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatından bəhs edən S.Babayev qeyd edib ki, ötən ilin noyabrından başlayaraq 6338 şəhid üzrə 9300-ə yaxın vərəsəyə birdəfəlik ödəniş edilib. Nazirlikdəki komissiyanın yeni qəbul etdiyi qərarla yaxın bir həftədə daha 2350 şəhid üzrə 3414 vərəsəyə ödəmə veriləcək. 2019-cu ildə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara azı 800 mənzil, müharibə ilə əlaqədar əlilliyi olanlara 600 avtomobil veriləcək. Bu il müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələri də vətəndaşların istifadəsinə təqdim olunacaq.

Aktiv məşğulluq tədbirlərinin nəticələrindən, bu tədbirlərin genişləndirilməsi və səmərəliliyinin artırılması üçün görülən işlərdən də bəhs olunub.

İclasda Prezident İlham Əliyevin sosial islahatlar proqramının icrası sahəsində görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun, Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynovun, Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayevin, Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun çıxışları dinlənilib. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın həyata keçirilməsinə dair hazırlanmış Tədbirlər Planı layihəsi, bir sıra aidiyyəti normativ aktlara, həmçinin ayrı-ayrı sahələrlə bağlı Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi və s. məsələlər də müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN tərəfindən qaziyə yeni mənzilin açarları təqdim edilib (FOTO)

ƏƏSMN: Daha bir qazi yüksək texnologiyalı protezlə təmin ediləcək

ƏƏSMN nazir Sahil Babayevin anasının əlilliyinin əsassız olması barədə iddialara münasibət bildirib

ƏƏSMN: 1100-dən çox şəhidin ailə üzvlərinə sosial ödənişlər təyin edilib

ƏƏSMN: 2300 şəhid ailəsi və qaziyə təqaüd, müavinət və pensiya təyin edilib

ƏƏSMN: Qazinin özü və qardaşı üçün kiçik təsərrüfatlar yaradılacaq

Məcburi köçkünlər üçün inşa edilmiş 4700-ə yaxın mənzil ƏƏSMN-nin balansına verilib

ƏƏSMN: Şəhid ailəsinə təqaüd kartı təqdim edilib

ƏƏSMN: Daha bir qazinin ailəsinin sosial vəziyyəti öyrənilib

ƏƏSMN: Şəhid ailəsinə təqaüd üzrə ödəniş kartı təqdim edilib

ƏƏSMN: 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb

ƏƏSMN: Erməni terroru nəticəsində ağır xəsarət alan şəxsə sosial dəstək göstərilir

ƏƏSMN: Daha iki rayonun şəhid ailələri və müharibə iştirakçıları üçün təsərrüfatlar yaradılıb

ƏƏSMN: Bu günədək 1 300 şəhid ailəsi üçün sosial təminat tədbirləri həyata keçirilib

ƏƏSMN Vətən müharibəsi qazisinin atasını və qardaşını işlə təmin edib

ƏƏSMN erməni terrorundan zərər çəkən 700-dən çox şəxsi özünüməşğulluq proqramına cəlb edib

ƏƏSMN: Son üç ildə əmək müqavilələrinin sayı 25% artıb

ƏƏSMN: Daha bir qrup şəhid ailəsi və mülki şəxs üçün kiçik təsərrüfatlar yaradılıb (FOTO)

ƏƏSMN: Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradılıb (FOTO)

ƏƏSMN: Şəhid ailələri və yaralılara ödənişsiz dərman preparatları verilib

19 Yanvar 2021, 13:10 (GMT +4)
Qarabağ Dirçəliş Fondunun saytı yaradılacaq

19 Yanvar 2021, 12:57 (GMT +4)
BMT İsrailin işğal edilən ərazilərdə yeni massiv salmasını kəskin qınayıb

19 Yanvar 2021, 12:53 (GMT +4)
“Qarabağ Dirçəliş Fondunun” Nizamnaməsi və strukturu təsdiqlənib

19 Yanvar 2021, 12:51 (GMT +4)
Bloomberg: Bayden ABŞ-ın Rusiyadakı səfirindən bir müddət vəzifədə qalmağı xahiş edib

19 Yanvar 2021, 12:45 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2 240 şəxsin müraciətinə baxılıb

19 Yanvar 2021, 12:30 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

19 Yanvar 2021, 12:26 (GMT +4)
ÜST Çini epidemiyanın ilk günlərində tədbir almamasına görə tənqid edib

19 Yanvar 2021, 12:15 (GMT +4)
Ötən il 1 ton 873 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

19 Yanvar 2021, 12:15 (GMT +4)
Nazirlik: Kiberdələduzlar “Azərpoçt”un internet səhifəsinə oxşar saxta saytlar yaradır

19 Yanvar 2021, 12:06 (GMT +4)
Azərbaycan və İranın birgə iqtisadi komissiyasının 14-cü iclası keçirilib (FOTO)

19 Yanvar 2021, 12:00 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

19 Yanvar 2021, 11:54 (GMT +4)
"Brent" markalı xam neftin qiyməti bahalaşıb

19 Yanvar 2021, 11:45 (GMT +4)
20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

19 Yanvar 2021, 11:30 (GMT +4)
Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

19 Yanvar 2021, 11:24 (GMT +4)
Rusiyada xizək federasiyasının prezidenti qar uçqunu altında qalaraq ölüb

19 Yanvar 2021, 11:15 (GMT +4)
Ağcabədidə qeydiyyatı olmadan fəaliyyət göstərən çörək sexi bağlanıb (FOTO)

19 Yanvar 2021, 11:12 (GMT +4)
Qətər körfəz ərəb dövlətlərini İranla danışıqlara başlamağa çağırıb

19 Yanvar 2021, 11:07 (GMT +4)
CNN: Tramp ABŞ prezidenti olaraq vida nitqini hazırlayıb

19 Yanvar 2021, 11:00 (GMT +4)
Goranboyda polisə qarşı zor tətbiq edən şəxsə cinayət işi başlanılıb

19 Yanvar 2021, 10:45 (GMT +4)
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

19 Yanvar 2021, 10:30 (GMT +4)
ABŞ-da COVID-19-a yoluxanların sayı 24 milyonu keçib

19 Yanvar 2021, 10:30 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

19 Yanvar 2021, 10:26 (GMT +4)
Suriyanın şərqində ABŞ Ordusuna məxsus helikopter qəzaya uğrayıb

19 Yanvar 2021, 10:15 (GMT +4)
Xaçmaz KOB evində ötən il sahibkarlara 21 minə yaxın xidmət göstərilib

19 Yanvar 2021, 10:00 (GMT +4)
“Azəriqaz”: Qaz sızmalarının aradan qaldırılmasına diqqət artırılıb

19 Yanvar 2021, 09:48 (GMT +4)
ABŞ həbsdə saxladığı İŞİD silahlılarını Suriya Ordusuna hücum üçün hazırlaşdırır – Rəsmi Dəməşq

19 Yanvar 2021, 09:45 (GMT +4)
Bakıda köşk yanıb

19 Yanvar 2021, 09:30 (GMT +4)
Ceyhun Bayramov TÜRKSOY-un baş katibi ilə görüşüb

19 Yanvar 2021, 09:26 (GMT +4)
Ermənistanda yeni səhiyyə naziri təyin edilib

19 Yanvar 2021, 09:14 (GMT +4)
İraq Ordusunun mövqelərinə hava zərbələri endirilib, ölənlər var - KİV

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66