Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Masallıda davam etdirilib

04 May 2019, 11:41 (GMT +4)

Bakı, 4 may, SalamNews.Ənənəvi mədəniyyət bayramı - “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı işini Azərbaycanın səfalı və füsunkar guşələrindən olan Masallı rayonunda davam etdirib.

SalamNews xəbər verir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, bir neçə ölkənin Azərbaycandakı səfirliyinin təmsilçiləri və rayon sakinləri iştirak ediblər.

Festival ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunan yürüşlə başlayıb. Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyindən start götürən yürüş “ASAN xidmət” Mərkəzinin qarşısında başa çatıb.

Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları “ASAN xidmət” Mərkəzinin qarşısında qurulub.

Sərgidə metalişləmə sənətinin fərqli texnika və üsulları ilə hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq və s. sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib. Sərgi çərçivəsində “ABAD” Mərkəzi də sənətkarlıq nümunələrini nümayiş etdirib.

Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqətini cəlb edib.

2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi ilə əlaqədar festivalda yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.

Yaradıcılıq Festivalının bədii hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, o cümlədən Masallının “Halay” folklor kollektivinin bir-birindən maraqlı rəqs nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə, həmçinin qonaqlara cənub kulinariyasının ləziz təamları təqdim olunub.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı keçirilir. Festivalın mayın sonunda başa çatdırılması planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Masallıda zəlzələ olub

Gömrük Komitəsinin rəhbərliyi Masallı, Yardımlı və Lerikdə vətəndaşları qəbul edəcək

Azərbaycan Beynəlxalq Bankı Masallıda filial açdı

YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

Masallıda evdən 7100 manat, 220 avro və qızıl əşyalar oğurlanıb

Masallıda 6 otaqlı ev yanıb

Masallıda yangın zamanı təqaüddə olan müəllim ölüb

Masallıda avtomobildən 10 min manatlıq qızıl və gümüş oğurlanıb

Masallı “ASAN Həyat” kompleksində "Yay festivalı" keçirilib

DİN və Baş Prokurorluq Masallıda baş verən qəza ilə bağlı birgə məlumat yayıb

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Lənkəran, Masallı və Cəlilabadda saxta kərə yağı istehsal edən sexlər ifşa edilib

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına yekun vurulub

Respublika Yaradıcılıq Festivalı qaliblərinin təltifetmə mərasimi keçirilib

Masallıda EKTİS-in tətbiqinə start verilib

Nazir Azad Rəhimov Masallıda vətəndaşlarla görüşüb

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Balakəndə baş tutub

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Şəmkirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə baş tutub

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Lerikdə baş tutub

14 Oktyabr 2019, 18:00 (GMT +4)
Nazirlik: 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib

14 Oktyabr 2019, 17:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşlarla görüşəcəklər

14 Oktyabr 2019, 17:46 (GMT +4)
UEFA Fransa-Türkiyə matçı ilə bağlı qərarını açıqlayıb

14 Oktyabr 2019, 17:45 (GMT +4)
Azərbaycan və Litva arasında olan dostluq əlaqələri müzakirə edilib

14 Oktyabr 2019, 17:38 (GMT +4)
Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

14 Oktyabr 2019, 17:31 (GMT +4)
Səudiyyə-İran əlaqələrinin düyünü Yəmən müharibəsinin bitməsilə açılacaq - Ruhani

14 Oktyabr 2019, 17:30 (GMT +4)
ETSN-də Almaniyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

14 Oktyabr 2019, 17:23 (GMT +4)
Bakıda Dünya Türk Biznes Şurasının görüşü keçirilir

14 Oktyabr 2019, 17:15 (GMT +4)
İspaniyada katalon siyasətçilərə hökm oxunub 

14 Oktyabr 2019, 17:02 (GMT +4)
Litvanın Druskininkay şəhərinin meri Bakıda səfərdədir

14 Oktyabr 2019, 16:56 (GMT +4)
Azərbaycan idmançıları Avropa çempionatında 4 medal qazanıblar

14 Oktyabr 2019, 16:49 (GMT +4)
Türkiyənin Suriyada keçirdiyi əməliyyat gərginliyi artıra bilər - NATO

14 Oktyabr 2019, 16:47 (GMT +4)
Putin Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib

14 Oktyabr 2019, 16:43 (GMT +4)
Nazir: İlin sonundək 19 növ müavinət proaktiv xidmət kimi vətəndaşlara təqdim ediləcək

14 Oktyabr 2019, 16:36 (GMT +4)
Peskov Suriyada Rusiya ilə Türkiyə arasında toqquşma ehtimalını şərh edib

14 Oktyabr 2019, 16:30 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə görüşüb 

14 Oktyabr 2019, 16:23 (GMT +4)
Azərbaycan Ordusunda “NATO günləri” başlayıb

14 Oktyabr 2019, 15:53 (GMT +4)
YPG-nin İŞİD-çiləri qaçırdığını müəyyən etdik - Hulusi Akar

14 Oktyabr 2019, 15:36 (GMT +4)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib (FOTOLAR)

14 Oktyabr 2019, 15:36 (GMT +4)
İran Kəşfiyyatı CİA-nın dəstəklədiyi təxribatçı saytın rəhbərini ələ keçirdiyini bildirib

14 Oktyabr 2019, 15:22 (GMT +4)
Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti ilə görüşüb

14 Oktyabr 2019, 15:12 (GMT +4)
Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub

14 Oktyabr 2019, 15:06 (GMT +4)
İqtisadiyyat üzrə Nobel mükafatçılarının adları açıqlanıb

14 Oktyabr 2019, 14:54 (GMT +4)
Ərbəin zəvvarlarına hücum etmək istəyən iki terror qrupu zərərsizləşdirilib

14 Oktyabr 2019, 14:45 (GMT +4)
Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

14 Oktyabr 2019, 14:43 (GMT +4)
Ərdoğan NATO-nu Türkiyə ilə terrorçular arasında seçim etməyə çağırır

14 Oktyabr 2019, 14:29 (GMT +4)
Azərbaycan vətəndaşları bundan sonra da qeydiyyat olmadan Qazaxıstanda qala biləcəklər

14 Oktyabr 2019, 14:25 (GMT +4)
Tanınmış din alimi müctəhid Ayətullah Şirazi xəstəxanaya yerləşdirilib

14 Oktyabr 2019, 14:19 (GMT +4)
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2019, 14:05 (GMT +4)
AB ölkələri Türkiyəyə silah embarqosunun tətbiqini müzakirə edəcəklər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66