Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

İçərişəhərdə “Saray məclis”ləri təşkil ediləcək

04 May 2019, 12:45 (GMT +4)

Bakı, 4 may, SalamNews.“İçərişəhər” Muzey Mərkəzi Azərbaycan Milli Konservatoriyası ilə birgə bu aydan etibarən “Saray məclisi” adlı yeni layihəyə start verir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SalamNews-a bildirilib ki, layihənin ilk saray məclisi Şirvanşahlar Saray Kompleksində Beynəlxalq Muzeylər Günü ərəfəsində, mayın 17-də Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni Əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcək. Azərbaycanın ən qədim xalq musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərin qədim məkanda təşkili, eləcə də klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinləri və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək.

Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşəcəklər. Konsert proqramının aparıcısı Əməkdar artist Rahib Azəri olacaq.

Musiqili tədbirin keçirilməsində məqsəd xalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir. Milli musiqimizi tərənnüm edəcək konsert proqramının minillik tarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksində keçirilməsi heç də təsadüfi deyildir. Bu gün “saray məclisləri”nin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edəcək.

“İçərişəhər” Muzey Mərkəzi, həmçinin ayda bir dəfə olmaqla mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır. Digər maraqlı bir məqam isə tezliklə artıq “İçərişəhər” Muzey Mərkəzi nəzdində “Muzeyin dostları” adlı klubun yaradılması ilə bağlıdır. Klubun ilk fəxri dostları bu layihənin həyata keçməsində dəstəyini əsirgəməyən Mənsum İbrahimov və onun sazəndələrdən ibarət komandası olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

07 İyul 2020, 18:00 (GMT +4)
Azərbaycanın bölgələrində yayılan koronavirusla bağlı statistika açıqlanıb

07 İyul 2020, 17:52 (GMT +4)
Husilər Səudiyyə vətəndaşlarını hakim ailənin saraylarından uzaq durmağa çağırıb

07 İyul 2020, 17:51 (GMT +4)
Çində məktəb avtobusunun su anbarına düşməsi nəticəsində 21 nəfər ölüb

07 İyul 2020, 17:48 (GMT +4)
İctimai-siyasi xadimlər AzTV-nin fəaliyyətini qiymətləndiriblər

07 İyul 2020, 17:40 (GMT +4)
Kürdəmirdə bir nəfər Kür çayında batıb

07 İyul 2020, 17:30 (GMT +4)
“Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib

07 İyul 2020, 17:18 (GMT +4)
ÜST Çindəki qara vəba xəstəliyini təhlükəli hesab etmir

07 İyul 2020, 17:15 (GMT +4)
Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edib

07 İyul 2020, 17:00 (GMT +4)
YAP tərəfindən yeni kitab nəşr olunub

07 İyul 2020, 16:57 (GMT +4)
İsrailin sabiq müdafiə naziri İranın nüvə obyektindəki «partlayış»dan söz açıb

07 İyul 2020, 16:52 (GMT +4)
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır

07 İyul 2020, 16:40 (GMT +4)
Peskov İngiltərənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib

07 İyul 2020, 16:25 (GMT +4)
Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

07 İyul 2020, 16:19 (GMT +4)
Xüsusi qabiliyyət imtahanları ilə bağlı norma­tivlər məlum olub

07 İyul 2020, 16:08 (GMT +4)
ABŞ-da son sutkada təxminən 45 min nəfər COVID-19-a yoluxub

07 İyul 2020, 15:44 (GMT +4)
Pompeo Pekinin Honkonqla bağlı tədbirlərini Orveilin antiutopiyası ilə müqayisə edib

07 İyul 2020, 15:44 (GMT +4)
“Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edilib

07 İyul 2020, 15:31 (GMT +4)
İranın Yəzd nüvə kompleksində partlayışın baş verməsi iddiası təkzib edilib

07 İyul 2020, 15:20 (GMT +4)
Azərbaycanda qadın hüquqlarının müdafiəsi ilə bağlı yeni platforma yaradılır

07 İyul 2020, 15:16 (GMT +4)
Boliviya prokurorluğu eks-prezident Evo Moralesi terrorçuluqda ittiham edib

07 İyul 2020, 15:06 (GMT +4)
ETSN Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsini açıqlayıb

07 İyul 2020, 14:52 (GMT +4)
Yaponiyada güclü yağışlar səbəbiylə 1,3 milyon insan təxliyə edilib

07 İyul 2020, 14:49 (GMT +4)
Masallıda karantin qaydalarını pozan çay evi aşkarlanıb

07 İyul 2020, 14:48 (GMT +4)
İranda son sutkada koronavirusdan 200 nəfər vəfat edib

07 İyul 2020, 14:26 (GMT +4)
ADIF Nazirlər Kabinetinə məktub ünvanlayıb

07 İyul 2020, 14:12 (GMT +4)
"Roskosmos"un baş direktorunun müşaviri dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb (VİDEO)

07 İyul 2020, 14:04 (GMT +4)
Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

07 İyul 2020, 13:54 (GMT +4)
Yelisey Sarayı Fransa hökumətinin yeni tərkibini açıqlayıb

07 İyul 2020, 13:49 (GMT +4)
Yəməndə Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qüvvələr arasında yenidən qarşıdurma başlayıb

07 İyul 2020, 13:33 (GMT +4)
AQTA 145 obyektdə reyd keçirib, 68-də qanunsuzluq aşkarlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66