Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

04 May 2019, 16:51 (GMT +4)

Bakı, 4 may, SalamNews.İqtisadiyyat Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin ölkəmizdəki filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edir.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, müsabiqə BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"ndən irəli Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dəstək məqsədi daşıyır.

Müsabiqəyə innovativ ideyaları əks etdirən və DİM-in, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsinin prioritetlərini əhatə edən layihələr qəbul olunur: İnklüziv əmək bazarları - aktiv əmək bazarı və məşğulluq tədbirləri ilə bağlı innovativ ideya və ya mexanizm; həssas qrupların (uşaqlar, gənclər, əlillər və sait) cəmiyyətə inteqrasiyası üçün həllər; əməyin təşkili və təşkilati mədəniyyət; iqtisadi məhsuldarlığı yüksəldəcək yeni texnoloji avadanlıqlar və metodlar; innovativ startap və inklüziv biznes inkubator; peşə təhsilinin təşkili ilə bağlı innovativ təlim metodları; dövlət və özəl sektor ilə peşə təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq üzrə innovativ ideya; ali təhsil səviyyəsində innovativ tədris və təlim metodları; distant təhsil üsullarının tətbiqində innovativ yanaşmalar; kreativ sənaye (industriya); daha az kapital tutumlu infrastruktur.

"Yaşıl iqtisadiyyat"ın təşviqi - yaşıl iqtisadiyyat; iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq ilə bağlı sistemin qurulması və maarifləndirmə; iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik; ekoloji təmiz şəhər həyatı; ekoloji təmiz nəqliyyat; ekoloji təmiz kənd təsərrüfatı istehsalı; ətraf mühitin təmizlənməsi üzrə texnologiya və ya ictimai innovasiya; enerji səmərəliliyi; alternativ enerji mənbələrindən (külək, günəş və s.) istifadə; tullantıların utilizasiyası; tullantısız və ya az tullantılı texnologiya; ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi; dəniz və sahilyanı ekosistemlər; meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunması, bərpası və dayanıqlı istifadəsi; nanotexnologiyalar və onların tətbiqi; biomüxtəlifliyin qorunması; elektron kənd təsərrüfatı sisteminin qurulması; innovativ logistika; yüksək əlavə dəyər yarada biləcək texnologiya və innovativ istehsal metodları; urbanizasiya.

Sosial xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi - innovativ sosial xidmətlər; sosial infrastruktur və ictimai həyatda innovasiya; səhiyyə, təhsil və mədəniyyət sahəsində göstərilən xidmətlərin yüksəldilməsinə yönələn innovativ layihələr; kommunal xidmətlərin keyfiyyətinin artırılması; İKT sahəsində innovasiya; şəhərlərin idarə olunmasında IT həllər (Smart City); dövlət xidmətlərinin göstərilməsi sahəsində IT (İoT) həllər; yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi; turizm, bank və sığorta sahəsində innovativ ideya və ya biznes layihə; dayanıqlı infrastruktur və şəhərlərin qurulması məqsədilə qabaqcıl mühəndislik; cəmiyyətin bütün təbəqələrinin sosial-iqtisadi, mədəni və ictimai həyatda iştirakını təmin edəcək təbliğat-təşviqat; açıq məlumatlardan istifadə üzrə innovativ ideyaların və həllərin tətbiqi.

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini iyulun 19-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İdeya Bankı" platforması və ya narmin.babayeva@economy.gov.az elektron poçtu vasitəsilə təqdim edə bilərlər. Bunun üçün iştirakçılar www.ideya.az internet səhifəsində qeydiyyatdan keçməli, "2019-İnnovasiyalar" müsabiqəsini seçməli, təqdim olunan formanı dolduraraq layihəni göndərməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sdg.az saytından əldə etmək olar.

Müsabiqədə I yer 5000 manat, II yer 3000 manat, III yer 2000 manat mükafatlandırılacaq. Müsabiqə çərçivəsində Qiymətləndirmə Komissiyası tərəfindən bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcək. Eyni zamanda, əsas mükafatlandırma ilə yanaşı Komissiya tərəfindən bəyənilən layihələr üzrə həvəsləndirici mükafatlar nəzərdə tutulur.

Bundan başqa, 2019-cu il üçün qalib elan olacaq 2 komanda Estoniyada keçiriləcək "STARTUp Day" proqramına, seçilən 3 layihə isə ölkə finalından sonra təkmilləşdirilmə və satış istiqamətində 4 aylıq intensiv proqrama cəlb olunacaq. Bir və ya 2 qalib layihə hər il həyata keçirilən "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nda iştirak etmək hüququ qazanacaq.

Həmçinin müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Fast Track Azərbaycan" proqramına dəvət olunacaq, seçilən bir layihə isə Data Mərkəzin "Cloud4Start" mükafatını (3000 manat-data və cloud servislər paketi) əldə edəcək.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

İqtisadiyyat Nazirliyi iri ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıb

İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

İqtisadiyyat Nazirliyinə 27 mindən çox vergi ödəyicisi müraciət edib

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Qazaxıstanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırıb

İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyində “Diqlas”dakı yanğından zərər çəkmiş 441 sahibkar qəbul edilib

İqtisadiyyat Nazirliyi ilə Gömrük Komitəsi anlaşma memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub

İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

04 İyul 2020, 17:05 (GMT +4)
AQTA: Daha 78 obyektdə qanun pozuntuları aşkarlanıb

04 İyul 2020, 17:00 (GMT +4)
Lənkəran sakinindən 11 kq-dan çox narkotik vasitə götürülüb

04 İyul 2020, 16:47 (GMT +4)
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib

04 İyul 2020, 16:33 (GMT +4)
İsrail qüvvələri fələstinlilərin aksiyasına müdaxilə edib, 23 nəfər xəsarət alıb

04 İyul 2020, 16:27 (GMT +4)
Əflatun Amaşov: KİV-lərin ümumrespublika konfransı keçiriləcək

04 İyul 2020, 16:19 (GMT +4)
NYT: ABŞ kəşfiyyatı Rusiyanın Talibanla əlaqələrinə dair dəlil olmadığını iddia edir

04 İyul 2020, 16:08 (GMT +4)
“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə bir sıra yeniliklər tətbiq edilib

04 İyul 2020, 15:50 (GMT +4)
AMEA-nın şöbə müdiri vəfat edib

04 İyul 2020, 15:47 (GMT +4)
"Mançester Siti" Messinin yeni klubu ola bilər

04 İyul 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 198 mini sağalıb

04 İyul 2020, 15:29 (GMT +4)
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb

04 İyul 2020, 15:18 (GMT +4)
Ermənistanda son sutkada 580 nəfər COVID-19-a yoluxub, 8 nəfər ölüb

04 İyul 2020, 15:07 (GMT +4)
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib

04 İyul 2020, 14:51 (GMT +4)
Türkiyə Kaşıqçının işi üzrə şəffaflığı təmin edib

04 İyul 2020, 14:34 (GMT +4)
Əlcəzair Fransaya qarşı mübarizə aparmış şəhid cənazələrini Paris muzeyindən ölkəyə gətirib (FOTO)

04 İyul 2020, 14:34 (GMT +4)
Qanunsuz yollarla Bakıdan Qəbələyə gələn şəxslər cəzalandırılıblar

04 İyul 2020, 14:30 (GMT +4)
Sahibkarlara hüquqi xidmətlərin göstərilməsi müzakirə edilib

04 İyul 2020, 14:20 (GMT +4)
Yenilənmiş Rusiya Konstitusiyasının mətni dərc edilib

04 İyul 2020, 14:06 (GMT +4)
Bakıda alternativ qaz xətləri yaradılır

04 İyul 2020, 13:49 (GMT +4)
Bostonda baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

04 İyul 2020, 13:46 (GMT +4)
İranda dolların qiyməti rekord həddə bahalaşıb

04 İyul 2020, 13:40 (GMT +4)
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)

04 İyul 2020, 13:20 (GMT +4)
KİV: Hindistanın şimal-şərqində sel nəticəsində təxminən 60 nəfər ölüb

04 İyul 2020, 13:13 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 İyul 2020, 13:00 (GMT +4)
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır 

04 İyul 2020, 12:50 (GMT +4)
ABŞ, Taliban və hökumət Əfqanıstandaxili sülh danışıqlarının zamanını təyin edə bilməyiblər

04 İyul 2020, 12:44 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 6 632 nəfər artıb

04 İyul 2020, 12:41 (GMT +4)
DYP: 2 491 hərəkət iştirakçısı karantin qaydalarını pozub

04 İyul 2020, 12:25 (GMT +4)
Forbes: İlon Maskın sərvəti bir həftədə $5 milyard artıb

04 İyul 2020, 12:15 (GMT +4)
İran Nətənz nüvə obyektindəki hadisənin səbəbilə bağlı açıqlamanı təxirə salıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66