Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT
07 May 2019, 16:40 (GMT +4)

Gömrük postunda baş verən sıxlıqlara rəsmi aydınlıq gətirilib (VİDEO)

Bakı, 7 may, SalamNews.Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin və qurumlarının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar məlumatlar yayımlanmaqdadır.

Bu barədə SalamNews-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Həmin məlumatlarda İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara gömrük postunda, guya vətəndaşlara qarşı qanunsuz yoxlamalar tətbiq edildiyi, süni yoxlamalar nəticəsində insanların uzun müddət gömrük zonasında gözlədildiyi, gömrük baxışının xüsusi avadanlıqlarla deyil, fiziki üsullarla həyata keçirildiyi iddia edilir.

Hər cümləsi müəllif və yayımçılar üçün qanun qarşısında məsuliyyət yaradacaq yazıda, hətta Astara gömrük postunda vətəndaşlara "işgəncə" verildiyi iddia olunur.

DGK qeyd edir ki, Dövlət Gömrük Komitəsi gömrük nəzarət vasitələri ilə təminat baxımından hətta Avropanın bəzi inkişaf etmiş ölkələrini belə geridə qoyur. Gömrük nəzarəti zonasına daxil olan şəxslərin əl yükləri və nəqliyyat vasitələri ilk növbədə həmin avadanlıqlar vasitəsilə yoxlanılır və zərurət yarandıqda fiziki baxışa yönləndirilir ki, bu da qanunvericiliyə görə gömrük orqanları və əməkdaşlarının müstəsna hüququdur.

Astara gömrük postunda baş verən sıxlıqlara gəlincə, bu hal həftənin bəzi günlərinin müəyyən saatlarında baş verir. Nisbi xarakterli bu sıxlıqlar vətəndaşların sərhədi günün eyni saatlarında keçmək istəyindən irəli gəlir ki, Komitənin rəhbərliyi və aidiyyəti qurumları dəfələrlə bu barədə maarifləndirici açıqlamalar verərək ictimaiyyəti məlumatlandırıblar.

Astara gömrük postunda nisbi yubanmaların əsas səbəbi isə sərhədi keçən vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq malları gömrük sərhədindən keçirməyə çalışmasıdır. Bu da əlavə yoxlamalara, gömrük nəzarəti müddətinin artmasına, sadəcə vətəndaşlar üçün deyil, gömrük orqanları üçün də əlavə vaxt itkisinə və əmək sərfinə səbəb olur.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılığın, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Ölkəmizin Şərqdən Qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşdiyini və narkotiklərin əsasən cənub sərhədlərimizdən gömrük ərazisinə daxil olduğunu nəzərə alsaq, gömrük nəzarəti tədbirlərinin də gücləndirilməsinin vacibliyini aydın başa düşmək mümkündür.

Onu da qeyd edək ki, son bir ayda Astara gömrük postunun əməkdaşları tərəfindən 25 fakt üzrə 6 kq-dan artıq narkotik vasitə, psixotrop və güclü təsiredici maddə aşkar edilərək dövriyyədən çıxarılıb. Bu da qeyri-peşəkarcasına və ya kimlərinsə sifarişi əsasında böhtan xarakterli məlumatlar hazırlamaq və yayımlamaqdan daha vacib və önəmli fəaliyyətdir.

Dövlət Gömrük Komitəsinin sədri mütəmadi olaraq gömrük-sərhəd buraxılış məntəqələrinə səfər edərək vəziyyəti yerində araşdırır, gömrük nəzarətinin səmərəli şəkildə təşkili, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, infrastrukturun yenidən qurulması, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində müvafiq göstərişlərini verir və bu barədə Komitənin rəsmi internet səhifəsi ilə yanaşı, kütləvi informasiya vasitələrində də kifayət qədər məlumat yayımlanır.

Gömrük sahəsində islahatların icra vəziyyəti ilə bağlı iddialara gəlincə isə Azərbaycan gömrüyünün bu istiqamətdə əldə etdiyi təcrübə artıq Avropda öyrənilir.

Dövlət Gömrük Komitəsi bir daha media qurumları və jurnalistlərə Komitənin fəaliyyəti ilə bağlı məlumatları hazırlayarkən ölkə qanunlarına əməl etməyə çağırır.

Təqdim edilən videolardan da vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq məhsulları ölkə ərazisinə gətirdiklərini və bunun gömrük nəzarətinin müddətinin uzanmasına təsirini aydın görmək olar.

 

Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirib

DGK maşının yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlayıb

DGK: Avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlanıb

DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

DGK-da görüş keçirilib

DGK-nın Akademiyası “Məzun Günü” keçirib

DGK: Siqaret, mobil telefonlar və aksesuarlar aşkar edilib

DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

DGK, DMX, DSX, DİN və FHN əməkdaşlarının maaşı artırılıb

DGK-nın Tibbi Xidmət İdarəsi “Florence Nightingale” Xəstəxanalar Qrupu ilə seminarlar keçirib

Belarus DGK-nın nümayəndə heyəti ilə görüş keçirilib

DGK: 7 680 ədəd "King" markalı siqaret aşkar edilib

DGK sədri "Mazımçay" gömrük postunda olub (FOTO)

DGK "Qırmızı Körpü" gömrük postunun rəisi ilə bağlı məlumatlara münasibət bildirib

DGK bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

24 Avqust 2019, 17:02 (GMT +4)
Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

24 Avqust 2019, 16:51 (GMT +4)
Tusk G7-ni İranla bağlı razılaşmağa çağırıb

24 Avqust 2019, 16:41 (GMT +4)
Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

24 Avqust 2019, 16:25 (GMT +4)
Honq Konqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

24 Avqust 2019, 16:22 (GMT +4)
İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

24 Avqust 2019, 16:19 (GMT +4)
Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

24 Avqust 2019, 15:58 (GMT +4)
Zelenski avqustun 29-nu Ukraynanın Müdafiəçilərinin Anım Günü elan edib

24 Avqust 2019, 15:45 (GMT +4)
Türkiyə Ordusu Suriyada mühasiryə düşən mövqeyi yaxınlığında yeni post qurub (FOTO)

24 Avqust 2019, 15:45 (GMT +4)
YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:22 (GMT +4)
Zelenski Ukrayna himnini ən vacib mahnı adlandırıb

24 Avqust 2019, 15:09 (GMT +4)
Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24 Avqust 2019, 14:57 (GMT +4)
İngiltərə ehtiyat valyutası olaraq dollardan imtina etməyi təklif edib

24 Avqust 2019, 14:47 (GMT +4)
Xaçmazda qaz xətti texnika ilə zədələnib

24 Avqust 2019, 14:32 (GMT +4)
Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

24 Avqust 2019, 14:29 (GMT +4)
Biarritz şəhərində G7 liderlərinin sammiti başlayır

24 Avqust 2019, 14:10 (GMT +4)
İraqda əzadarlıq mərasimi zamanı partlayış törədilib - 39 nəfər yaralanıb

24 Avqust 2019, 13:58 (GMT +4)
Sabah ölkə ərazisində hava bir qədər sərinləşəcək

24 Avqust 2019, 13:50 (GMT +4)
Türkiyə Şimali İraqda yeni antiterror əməliyyatına başlayıb

24 Avqust 2019, 13:39 (GMT +4)
Azərbaycanda çəltikçilik kooperativləri yaradılacaq

24 Avqust 2019, 13:24 (GMT +4)
Zelenski Krımı valideynlərindən uşağın oğurlanması ilə müqayisə edib

24 Avqust 2019, 12:57 (GMT +4)
Azərbaycan XİN Ukraynanın Müstəqillik Gününü təbrik edib

24 Avqust 2019, 12:53 (GMT +4)
Şimali Koreya yenə də Yapon dənizinə raket atıb

24 Avqust 2019, 12:44 (GMT +4)
Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

24 Avqust 2019, 12:39 (GMT +4)
Bu il Azərbaycanda 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

24 Avqust 2019, 12:14 (GMT +4)
Türkiyədə YAP adlı yeni siyasi partiya yaradılır

24 Avqust 2019, 12:05 (GMT +4)
İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib

24 Avqust 2019, 12:01 (GMT +4)
FHN: Şəkidə dağlıq zonada baş verən yanğın söndürülüb

24 Avqust 2019, 11:49 (GMT +4)
“Azəriqaz” qeyri-iş günlərində operativ xidmət göstərəcək

24 Avqust 2019, 11:40 (GMT +4)
Tramp Çindən gələn mallara rüsumları sərtləşdirib

24 Avqust 2019, 11:25 (GMT +4)
Husilər pilotsuz təyyarələrlə Səudiyyənin strateji hərbi qərargahına hücum edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12