Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan və Qazaxıstan kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığı genişləndirir

06 May 2019, 13:59 (GMT +4)

Bakı, 6 may, SalamNews.  Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilən “Ulttyq Onim” Milli Məhsullar Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın müvafiq qurumu olan “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında görüş təşkil olunub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri xanım Qauxar Buribayeva arasında keçirilmiş görüşdə Azərbaycanda və Qazaxıstanda kiçik və orta sahibkarlığın inkişafı, hər iki qurumun fəaliyyəti barədə məlumat verilib, əməkdaşlıq imkanlarına, təcrübə mübadiləsinə və qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb. 

Görüşdən sonra KOBİA və “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və birgə tədbirləri müəyyən edəcək yol xəritəsi imzalanıb.
Sərgi çərçivəsində həmçinin, KOBİA nümayəndələrinin Qazaxıstanın bir sıra dövlət və özəl qurumlarında görüşləri təşkil olunub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının sədri Ayan Erenov arasında keçirilmiş görüşdə Azərbaycan və Qazaxıstanın kiçik və orta biznes (KOB) subyektləri arasında əlaqələrin genişləndirilməsinə, qarşılıqlı ixrac missiyalarının təşkilinə, biznes assosiasiyalarına dəstək mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

“KazakhExport” ASC-nin İdarə Heyətinin sədri Ruslan İsakovla təşkil olunmuş görüşdə qarşılıqlı biznes missiyaların təşkilinə, “Baiterek” ASC-nin İdarə Heyətinin sədr müavini Galymzhan Tajiyakovla görüşdə isə KOB-lara maliyyə institutlarının və mexanizmlərinin dəstəyi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

“Ulttyq Onim” Milli Məhsullar Sərgisi çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) sədri Cəvahir Uzkurtla da görüşüb. Görüşdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, eləcə də Agentliyin nümayəndələrinin Türkiyəyə nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb.

KOBİA-nın nümayəndələri “Damu” Sahibkarlığın İnkişafı Fondunun tabeliyində fəaliyyət göstərən və sahibkarlara müxtəlif məsləhət xidmətləri təklif edən Sahibkarlara Xidmət Mərkəzində də olublar. KOBİA nümayəndələrinə Mərkəzin iş prinsipləri, sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

KOBİA da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

KOBİA sahibkarlara çağırış edib

KOBİA koronavirus infeksiyasına qarşı kompleks tədbirlər görür

14 Avqust 2020, 18:11 (GMT +4)
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

14 Avqust 2020, 18:00 (GMT +4)
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirilib

14 Avqust 2020, 17:57 (GMT +4)
Kim Çen In yeni baş nazir təyin edib

14 Avqust 2020, 17:45 (GMT +4)
Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb

14 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub

14 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

14 Avqust 2020, 17:28 (GMT +4)
Belarus MSK prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

14 Avqust 2020, 17:17 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 400 təhlükəli üzvündən 80-i sərbəst buraxıb

14 Avqust 2020, 17:13 (GMT +4)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

14 Avqust 2020, 17:00 (GMT +4)
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır

14 Avqust 2020, 16:45 (GMT +4)
Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

14 Avqust 2020, 16:39 (GMT +4)
Putin Livana yeni səfir təyin edib 

14 Avqust 2020, 16:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

14 Avqust 2020, 16:17 (GMT +4)
Ərdoğan: Ankara BƏƏ ilə diplomatik münasibətləri dayandıra və səfirini geri çağıra bilər - VİDEO

14 Avqust 2020, 16:15 (GMT +4)
Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

14 Avqust 2020, 16:09 (GMT +4)
Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

14 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 15:47 (GMT +4)
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020, 15:37 (GMT +4)
ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

14 Avqust 2020, 15:15 (GMT +4)
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

14 Avqust 2020, 15:14 (GMT +4)
Koronavirusa yoluxan Karakas meri vəfat edib

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66