Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlət Komitəsi özəlləşməyə 85 dövlət əmlakı çıxarır

07 May 2019, 12:27 (GMT +4)

Bakı, 7 may, SalamNews. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyunun 4-də təşkil olunacaq hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb. Onlardan 22-si səhmdar cəmiyyəti, 48-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Komitədən SalamNews-a bildirilib ki, ƏMDK-nın keçirdiyi hərraclar dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirak üçün fürsətlər yaradır. Müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətləri, kiçik müəssisələr və digər dövlət obyektlərinin hərraca çıxarılması iştirak etmək istəyənlərə geniş seçim imkanı vəd edir.

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Salyan, Bərdə, Yevlax kimi şəhər və rayonlarda yerləşir. Ümumi səhmlərinin 30-45 faizlik səhm paketləri özəlləşməyə çıxarılan dövlət əmlakları sənaye, aqrar, tikinti, nəqliyyat və digər sahələrə aiddir. Onlar arasında “Qax Taxıl”, “İsmayıllı Təmir Tikinti”, “Ağdaş Quşçuluq” kimi gəlirli fəaliyyət potensialı olan səhmdar cəmiyyətləri var.

Kiçik dövlət müəssisə və obyektlərinə gəldikdə isə onların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3,3 min kvadratmetr arasındadır. Şəki rayonunun Qudla kəndində yerləşən xidmət obyektinin ümumi faydalı sahəsi 372,1 kvadratmetrdir. İnvestor bu obyektin fəaliyyətini turizm sahəsi üzrə davam etməklə yanaşı, onu digər xidmət sahələrində də gəlirli sahəyə çevirə bilər. İstirahət mərkəzinin geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi onun effektiv fəaliyyət imkanlarını artırır.

Biznesə yeni başlayanlar, eləcə də ofis və ya xidmət obyekti axtaran şəxslər seçimlərini qeyri-yaşayış sahələri üzrə edə bilər. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 21,7 kvadratmetr ilə 140 kvadratmetr arasındadır. Qeyri-yaşayış sahələrindən 6-sı Bakıda, 5-i isə Sumqayıtda yerləşir. Paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsindəki binada yerləşən dövlət obyektinin ümumi faydalı sahəsi 84,3 kvadratmetrdir. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün təyin olunan ilkin hərrac qiyməti 6 min manatdır.

“Nissan Maxima” və “Kia Sportage” markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1998-2007-ci illərdir. Avtomobil sahibi olmaq istəyənlər 3 min manat ilə 5 min 400 manat aralağında ilkin qiymət təyin olunan bu dövlət əmlakları üzrə seçim edə bilər.

Hərraca çıxarılan hər bir dövlət əmlakı haqqında ətraflı məlumat əldə etmək və onlayn sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. İştirakçılar və prosesə marağı olan hər kəs açıq hərraclara həm məkana gəlməklə, həm də onlayn formada qoşula bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib

ƏMDK torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib 

ƏMDK-nin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

ƏMDK mətbuat nümayəndələri üçün info-tur təşkil edib (FOTO)

ƏMDK vətəndaşlar üçün kampaniya keçirir

Əkin sahələrini yandıranlar cərimə olunacaqlar - ƏMDK

ƏMDK sədri Cəlilabadda vətəndaş qəbulu keçirəcək

“Azərişıq” sənədsiz evlərlə bağlı ƏMDK ilə danışıqlar aparır

ƏMDK: Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda olub

Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb - ƏMDK

ƏMDK-nin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir

Növbəti hərracda 11 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

Sentyabrın 19-da keçiriləcək hərraca 166 dövlət əmlakı çıxarılıb - ƏMDK

Torpaqlardan əsassız istifadə edənlər 655 min manat cərimələnib - ƏMDK

Hərracda 17 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

ƏMDK-nin elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mindən çoxdur

Hərracda 4 kiçik dövlət müəssisəsi və 5 qeyri-yaşayış sahəsi özəlləşdirilib - ƏMDK

ƏMDK sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

ƏMDK 124 dövlət əmlakını hərraca çıxarıb

22 Fevral 2020, 19:42 (GMT +4)
Xaçmazda “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib (FOTO)

22 Fevral 2020, 17:02 (GMT +4)
Prezident yol tikintisi işçilərini təltif edib

22 Fevral 2020, 16:59 (GMT +4)
Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

22 Fevral 2020, 16:57 (GMT +4)
Qubada iki şəxs narkotiklə saxlanılıb

22 Fevral 2020, 16:50 (GMT +4)
İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

22 Fevral 2020, 16:49 (GMT +4)
Beynəlxalq Dəməşq-Hələb yolu rəsmən istifadəyə verilib

22 Fevral 2020, 16:42 (GMT +4)
Yanvarda Azərbaycan Aİ ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

22 Fevral 2020, 16:30 (GMT +4)
MSK-nın iclası başlayıb

22 Fevral 2020, 16:28 (GMT +4)
Prezident İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb

22 Fevral 2020, 16:16 (GMT +4)
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

22 Fevral 2020, 16:06 (GMT +4)
Hələbdə radikal qruplaşmalardan azad edilən bölgədə böyük həbsxana aşkarlanıb (VİDEO)

22 Fevral 2020, 16:04 (GMT +4)
"Samsung" koronavirus səbəbi ilə zavodunu bağlayır

22 Fevral 2020, 15:54 (GMT +4)
Sumqayıtda restoran yaxınlığında qumbara aşkarlanıb

22 Fevral 2020, 15:34 (GMT +4)
“Azəriqaz” yeni şəffaf sayğac qutuları quraşdıracaq

22 Fevral 2020, 15:28 (GMT +4)
Qüdsdə İsrail qüvvələrinin atəşi nəticəsində bir fələstinli həlak olub (VİDEO)

22 Fevral 2020, 15:22 (GMT +4)
İndoneziyanın paytaxtı leysan yağışları səbəbindən su altında qalıb

22 Fevral 2020, 15:11 (GMT +4)
Azərbaycan koronavirus epidemiyasına görə İranla sərhəddə nəzarəti gücləndirib

22 Fevral 2020, 15:00 (GMT +4)
Naxçıvan Ali Məclisinə yeni sədr seçiləcək

22 Fevral 2020, 14:48 (GMT +4)
Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2020, 14:46 (GMT +4)
Misir məhkəməsi Hüsni Mübarəkin oğullarına bəraət verib

22 Fevral 2020, 14:36 (GMT +4)
Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan şəhid dəfn edilib

22 Fevral 2020, 14:26 (GMT +4)
Xaçmazda Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb

22 Fevral 2020, 14:23 (GMT +4)
İtaliyada koronavirus qurbanlarının sayı ikiyə yüksəlib 

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66