Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

SOCAR-ın Elm Fondu qrant müsabiqəsi elan edib

07 May 2019, 09:31 (GMT +4)

Bakı, 7 may, SalamNews.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiyayönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə 2019-cu il üçün müsabiqə elan edir.

AMEA-dan SalamNews-a bildirilib ki, təqdim olunan layihələr yer, texnika və kimya elmləri sahələrinə aid olmalıdır.

Müsabiqədə elmi araşdırmaların qeyd olunan prioritet istiqamətləri üzrə təqdim edilən və fənlərarası xarakter daşıyan layihələrə üstünlük veriləcək:

- neft-qaz yataqlarının neftveriminin artırılması;

- işlənmədə olan yataqlarda istismar şəraitindən, dərinlikdən, sulaşma faizindən, hasilat səviyyəsindən, digər geoloji, texnoloji və iqtisadi amillərdən asılı olaraq quyuların istismarının rentabellik həddinin təyin edilməsi;

- yeraltı qaz anbarlarının istismarının xüsusiyyətləri, laydaxili və layarası itkilərin azaldılması üçün texnoloji proseslərin təkmilləşdirilməsi;

- neft-qaz yataqlarının xüsusiyyətlərini nəzərə almaqla işlənmə proseslərində baş verə biləcək risklər, onları yaradan amillər və təsirin azaldılmasına dair tədbirlər;

- nanotexnologiyaların tədqiqi və tətbiqi ilə neft sənayesində olan problemlərin həllinə yönəlmiş tədbirlər;

- respublika üzrə işlənmədə olan məhsuldar çöküntülərin neft-qazlılıq potensialının dəyərləndirilməsi;

- Azərbaycanın geotektonik və neft-qazlılıq rayonlaşdırılmasının təkrar öyrənilməsi;

- qeyri-struktur tipli tələlərin aşkarlanma və öyrənilmə metodikasının işlənməsi;

- neft quyularında parafin, qətran, asfalten və qum çökmə problemləri;

- neft sənayesində qazma, hasilat, nəql, emal və s. proseslərdə innovativ texnika və texnologiyaların (o cümlədən nanotexnologiyaların) tətbiqi;

- quruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqində müasir robototexnikadan istifadə;

- neft-qaz hasilatının identifikasiyası məqsədilə elmi cihaz və avadanlıq parkının yaradılması;

- neft-qaz kompleksində informasiya kommunikasiya texnologiyalarının tətbiqi problemləri;

- neft-qaz sənayesində intellektual mexatron sistemlər;

- neft-qaz hasilatının optimallaşdırılmasında kompüter proqram təminatı;

- kiçik dərinliklər geofizikasının geoloji və arxeoloji aspektləri;

- neft-qaz kompleksinin ekoloji problemləri və ətraf mühit.

Müsabiqə fundamental və tətbiqi xarakterli elmi tədqiqat (müsabiqə növünün kodu ¬ ET), xüsusi layihələr (müsabiqə növünün kodu – XL) və gənc alimlər üçün nəzərdə tutulan “həvəsləndirici mükafat”la qiymətləndirilən yaxın bir ildə tamamlanmış elmi tədqiqat layihələri (müsabiqə növünün kodu ¬– HM) nominasiyaları üzrə keçirilir.

Fundamental və tətbiqi xarakterli elmi tədqiqat layihələri (ET) üçün onların mürəkkəbliyindən, işin həcmindən, yerinə yetirilmə müddətindən asılı olaraq kiçik həcmli layihələr üçün 50 (əlli) min manat, orta həcmli layihələr üçün 50 (əlli) mindən 100 (yüz) min manata qədər, böyük həcmli layihələr üçün 100 (yüz) mindən 200 (iki yüz) min manata qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Müsabiqədə xüsusi layihələr (XL) kiçik həcmli layihələr üçün nəzərdə tutulmuş vəsait həcmində maliyyələşdirilir. Xüsusi layihələrin predmetini elmi əsərlərin, aktual tədqiqat işlərinin nəşri və tərcüməsi (XL1) və Azərbaycanda elmi tədbirlərin təşkili və keçirilməsi (XL2) təşkil edir.

“Həvəsləndirici mükafat” nominasiyasında birinci yerə 10 (on) min manat məbləğində bir mükafat, ikinci yerə hər biri 5 (beş) min manat məbləğində olan iki mükafat, üçüncü yerə isə hər biri 3 (üç) min manat məbləğində üç mükafat verilir.

Müsabiqədə AMEA-nın və onlarla birgə layihədə çalışan SOCAR-ın işçiləri iştirak edə bilərlər.

Müsabiqədə iştirakın xüsusi şərtlərinə görə, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin və Müsabiqə Komissiyasının üzvləri müsabiqədə iştirak edə bilməzlər, layihə rəhbəri və ya icraçı eyni vaxtda yalnız iki layihə üzrə müsabiqəyə qatıla bilər. Yalnız bir layihədə rəhbər, ikinci layihədə isə icraçı qismində iştirak edə bilər. Layihə rəhbəri və icraçı müsabiqədə iştirak etdiyi və layihənin həyata keçirildiyi dövrdə AMEA və ya SOCAR-la əmək münasibətində olmalıdır. Bir layihə üzrə iştirakçıların (layihə rəhbəri və icraçılar) ümumi sayı 10 nəfərdən çox olmamalıdır. Layihə iştirakçılarının sayı yalnız idarə heyətinin qərarı ilə artırıla bilər. Layihənin ümumi məbləği xərclər smetasına bütün vergi və digər məcburi ödənişlər daxil edilməklə müəyyən edilməlidir. Layihənin icra müddəti iki ildən çox olmamalıdır.

Müsabiqədə iştirakın xüsusi şərtləri pozulduqda, digər mənbələrdən (dövlət büdcəsindən, kənar fondlardan və s. təşkilat və ya qurumlardan) maliyyələşdirilən (və yaxud maliyyə dəstəyi almış) analoji məzmunlu layihə təqdim edildikdə, layihələr müsabiqədə iştirak üçün sənədlərin qəbulu günü bitdikdən sonra təqdim edildikdə, tələb olunan elm və ya tədqiqat sahələrinə aid olmadıqda Müsabiqə Komissiyası tərəfindən qəbul olunmur.

Müsabiqədə iştirakın xüsusi şərtlərinin və ya layihəyə dair tələblərin pozulması halları istənilən mərhələdə layihənin maliyyələşdirilməsinin dayandırılması üçün əsasdır.

Bütün layihələr bir qayda olaraq Azərbaycan dilində, sənədlərin 2 nömrəli forması isə əlavə olaraq ingilis və rus dillərində (xarici ekspertlərdən rəy alınması məqsədilə) tərtib edilməli, eyni məzmunda olan A4 formatlı kağız və elektron daşıyıcı (CD, DVD və s.) üzərində 2 nüsxədə təqdim olunmalıdır.

Ərizəyə qeyd olunan sənədlər əlavə edilir:

- məzmununu, elmi istiqamətini, annotasiyasını və s. təsbit edən layihə barədə ümumi məlumatlar (Forma 2);

- layihənin xərclər smetası (Forma 3);

- layihə rəhbəri, icraçılar və onların çalışdığı qurum barədə məlumat (Forma 4);

- layihə rəhbərinin və hər bir icraçının şəxsiyyət vəsiqəsinin, VÖEN-nin (əgər varsa) surəti, iş yerindən arayış.

Qalib layihələrin xərclər smetası müqavilə əsasında layihələrin maliyyələşdirilməsi üzrə icraçı təşkilat olan “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən maliyyə-təsərrüfat ekspertizasından keçirildikdən sonra Müsabiqə Komissiyası onları təsdiq etmək üçün SOCAR-ın Elm Fondunun İdarə Heyətinə təqdim edir.

Xatırladaq ki, layihələr müəyyən olunmuş formaya (XL1, XL2, HM, ET - formaları AMEA-nın saytından yükləmək olar) uyğun tərtib olunaraq digər sənədlərlə birlikdə AMEA Rəyasət Heyətinin elm və təhsil baş idarəsinə (Ünvan: AZ1001, Azərbaycan, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30, 508-ci otaq) layihə rəhbəri tərəfindən şəxsən təqdim edilməlidir.

Layihələr mayın 6-dan iyunun 4-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir. Müsabiqə ilə əlaqədar əlavə məlumat almaq üçün elm və təhsil baş idarəsinə (tel.: 492-84-48; e-mail: [email protected]) müraciət etmək olar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

SOCAR yeni yanacaqdoldurma məntəqələri istifadəyə verəcək

“SOCAR Turkey”in “EWE Turkey Holding”ə daxil olan şirkətləri almasına dair müqavilə imzalanıb

“SOCAR Trading” LNG üzrə ticarət həcmini artırıb

“SOCAR Karbamid” zavodu ilk ixracını həyata keçirib

“SOCAR Petroleum” 8 yanacaqdoldurma məntəqəsində “Super” markalı yanacağın satışını həyata keçirir

SOCAR-la “Tekfen” yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzalayıblar

SOCAR: İlin sonuna qədər qaz hasilatında 20% artım proqnozlaşdırılır

SOCAR prezidenti: "Abşeron" yatağında ilk quyunun istismar lüləsinin qazılmasına başlanılıb

“SOCAR AQŞ” “Günəşli” yatağında yeni qazma işlərinə başlayıb

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

SOCAR “Özbəkistanın neft və qazı” beynəlxalq sərgisi çərçivəsində 2 saziş imzalayıb

Formula 1 SOCAR Azərbaycan Qran Prisi: Yarış həftəsonuna 85 min tamaşaçı gəlib

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-a dair maraqlı faktlar açıqlanıb

SOCAR-la “Petronas” arasında əməkdaşlığın inkişafı müzakirə edilib

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi məlum olub

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019-un açılışının əsas özəllikləri açıqlanıb

Formula 1 üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turu başa çatıb

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

Bu gündən “Formula 1 SOCAR Azərbaycan Qran-prisi” başlayır

Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12