Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Ulu Öndərin 96 illiyinə həsr olunmuş konsert təşkil edilib

07 May 2019, 16:45 (GMT +4)

Bakı, 7 may, SalamNews.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin Xocavənd Rayon Tuğ Kənd Uşaq Musiqi Məktəbinin kollektivi Bakıda Beynəlxalq Muğam Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Onu zaman seçib” adlı konsert proqramı ilə çıxış edib.

SalamNews Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin və Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımızın tarixi taleyində əvəzsiz yeri olduğu, müasir Azərbaycanı sabitlik və inkişaf yoluna çıxardığı, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin misilsiz nailiyyətlər qazandığı qeyd olunub. Dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətlə fəaliyyət göstərdiyi, bu münaqişədən əziyyət çəkən insanların, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü iş apardığı, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu məsələlərə xüsusi diqqət və qayğı ilə yanaşdığı bildirilib.

Tədbir iştirakçılarına hazırda işğal altında Xocavənd rayonunun tarixi-mədəni abidələri və Tuğ kəndi haqqında məlumat verilib. Bildirilib ki, Xocavənd ərazisində xalqımıza məxsus çoxlu sayda dünya və respublika əhəmiyyətli memarlıq və mədəniyyət abidələri vardır. 1991-ci il oktyabrın 30-da Tuğ kəndi, 1992-ci il oktyabrın 2-də Xocavənd rayonu təcavüzkar Ermənistanın işğalına məruz qaldıqdan sonra bu abidələrin bir çoxu məhv edilib, bəzilərinin isə erməniləşdirilməsinə cəhdlər göstərilib.

Xalqımızın qədim yaşayış məskənlərindən olan Tuğun 2 min nəfərlik azərbaycanlı əhalisi hazırda məcburi köçkün vəziyyətindədir. Azərbaycanın ilk dünyəvi təhsil ocaqlarından biri də XIX əsrdə bu kənddə yaradılıb. Dövlətimizin başçısının 31 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Tuğ kənd orta məktəbinin 125 illiyi yüksək səviyyədə qeyd edilib. Kənddə uşaq musiqi məktəbi isə 1990-cı ildə fəaliyyətə başlayıb. İşğaldan sonra məktəb Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində müvəqqəti sığınacaq tapıb. 2013-cü ildən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində faəliyyətini davam etdirir. Məktəbdə şagirdlər fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik və saz ixtisası üzrə ilkin musiqi təhsili alırlar.

Konsertdə məktəbin müəllim və şagirdləri müxtəlif janrlarda musiqi parçaları ifa ediblər. Maraqlı bədii kompozisiya, həmçinin şeir və rəqs nömrələri ilə zənginləşdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin audit nəticələri qəbul edilib

09 İyul 2020, 20:45 (GMT +4)
Azərbaycanda 1 565 müəllim iş yerini dəyişib

09 İyul 2020, 20:15 (GMT +4)
Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66