“Azərsu” ASC-nin sədri vətəndaşları qəbul edəcək10 May 2019, 13:18 (GMT +4) Bakı, 10 may, SalamNews. Mərkəzi İcra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 17 may 2019-cu il tarixində Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri, sədr müavinləri isə Füzuli və İmişli şəhərlərində sakinləri qəbul edəcək.
ASC-dən SalamNews-a verilən məlumata görə, qəbullar Beyləqan, Füzuli və İmişli Sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbulda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Beyləqan, Füzuli və İmişli sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və office@azersu.az elektron poçtu vasitəsilə müraciət edə bilərlər.
|