Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" adlı konfrans keçiriləcək

10 May 2019, 14:24 (GMT +4)

Bakı, 10 may, SalamNews. Mayın 18-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(NAYORA) təşkilatçılığı ilə ADA Universitetində keçiriləcək"Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransı, Bakı və regionlarımızda fəaliyyət göstərən gənclər təşkilatlarının idarə heyətini, katibliyini və könüllülərini bir araya gətirəcək.

Layihə,BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq,Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən həyata keçirilir.

Layihənin davamlılığının təmin edilməsi məqsədi ilə təşkil olunacaq təlimlər Balakən, Gəncə, Mingəçevir, Şəmkir və Şirvanda fəaliyyət göstərən Gənclər Evlərində həyata keçiriləcək. Təlimlər hər regiondan onlayn ərizə əsasında seçiləcək olan 20 gənclər təşkilatı nümayəndəsinin iştirakı ilə reallaşacaq.

Konfransın məqsədi, Gənclər Təşkilatları nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri qarşısında təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin dayanıqlı inkişafına töfhə vermək və onlara dəstək olmaqdır.

Konfrans 3 moduldan ibarət olacaq. Birinci hissə DİM-lər haqqında iştirakçıların məlumatlılıq səviyyəsinin artırılması və 9000 gənc arasında keçirilmiş sorğu nəticələrinin təqdimatına həsr olunacaq, hansı ki, Yaxşı Səhiyyə və Rifah, Keyfiyyətli Təhsil, Layiqli Əmək və İqtisadi Artım məqsədlərini əhatə edəcək. İkinci hissədə, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda gənclər təşkilatlarının fəaliyyət planlaması, üçüncü hissədəisə təlimlər və spikerlərin çıxışı həyata keçiriləcək. Eyni zamanda, 4 mövzuda vorkşoplar keçiriləcək.

Konfransın əsas hədəf qrupu Bakıda və regionlarda fəaliyyət göstərən 18-35 yaş arası gənclər təşkilatlarının rəhbərləri, idarə heyəti üzvləri və könüllüləri, həmçinin  dayanıqlı İnkişaf Məqsədləri sahəsində çalışan dövlət qurumları, şirkətlər və BMT agentlikləridir.

Konfransda iştirak etmək istəyən gənclər aşağıda qeyd olunan anket formasını doldurmaqla, 11 May 2019-cu il saat 18:00-a qədər qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 12 May 2019-cu iltarixinədək göndəriləcəkdir.

Konfrans 1 gün - 09:00-dan 18:00-a qədər davam edəcək.

Layihənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir.

Qeyd edək ki, regiondan seçiləcək iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri təşkilatçı tərəfindən təmin ediləcəkdir.

Ətraflı məlumat üçün:http://bit.ly/2LJ9kcy

Qeydiyyat üçün keçid:http://bit.ly/2XWJVgY


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NAYORA yeni layihəyə start verib

NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil edilib

NAYORA gənclər üçün imkanlar yaratmağa davam edir

21 Sentyabr 2019, 17:00 (GMT +4)
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

21 Sentyabr 2019, 16:53 (GMT +4)
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib (VİDEO)

21 Sentyabr 2019, 16:52 (GMT +4)
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

21 Sentyabr 2019, 16:32 (GMT +4)
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq

21 Sentyabr 2019, 16:15 (GMT +4)
"Sarıjiletlilər" Parisdə yenidən etiraza başlayıblar - Azı 100 etirazçı saxlanılıb (VİDEO)

21 Sentyabr 2019, 16:06 (GMT +4)
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

21 Sentyabr 2019, 15:48 (GMT +4)
BNA sürücülərə və sərnişinlərə güclü küləklə bağlı xəbərdarlıq edib

21 Sentyabr 2019, 15:25 (GMT +4)
İran Rusiya və Çinlə birgə Oman dənizində hərbi təlimlər keçirəcək

21 Sentyabr 2019, 15:23 (GMT +4)
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib

21 Sentyabr 2019, 15:03 (GMT +4)
Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir

21 Sentyabr 2019, 14:38 (GMT +4)
Suriya Ordusu İsrailin bir PUA-sını vuraraq salıb

21 Sentyabr 2019, 14:27 (GMT +4)
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

21 Sentyabr 2019, 14:11 (GMT +4)
“Nar”-ın baş sponsorluğu ilə ən baxımlı intellektual yarış start götürür

21 Sentyabr 2019, 14:01 (GMT +4)
İran prezidenti Həsən Ruhani ABŞ-a səfər edəcək

21 Sentyabr 2019, 13:56 (GMT +4)
Musa Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 13:51 (GMT +4)
Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66