Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Cavid Qurbanov Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru ilə görüşüb

11 May 2019, 14:30 (GMT +4)

Bakı, 11 may, SalamNews. “Azərbaycan Dəmir Yolları” QSC-də Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu ilə görüş keçirilib.

Bu barədə SalamNews-a QSC-dən məlumat verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, son illərdə nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldığını, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq Dəmir Yolu İttifaqının baş direktoru Jan Pyer Lubinu eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında və Bakı sərnişin stansiyasında görülən işlərlə tanış olub.

Qeyd edək ki, Beynəlxalq Dəmir Yolları İttifaqı 20 oktyabr 1922-ci ildə Avropa ölkələrinin dəmir yolları arasındakı prosedurların uyğunlaşdırılması məqsədi ilə yaradılmışdır.

İttifaqa, təxminən, 100 ölkədən 200-dən çox dəmir yolu şirkəti daxildir. İttifaqın əsas vəzifəsi dəmir yolu nəqliyyatının dünyanın ən etibarlı və ekoloji cəhətdən təmiz nəqliyyat növü kimi rəqabət qabiliyyətinin artırılmasıdır.

İttifaq tərəfindən həmçinin konteyner daşımaları və dəmir yolu ilə digər malların daşınması üçün standart tələblər hazırlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Cavid Qurbanov fiziki məhdudiyyətli istedadlı şəxslərlə görüşüb

Cavid Qurbanov gənc kadrları işlə təmin edib

Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub

Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

Cavid Qurbanov: Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir

Cavid Qurbanov DYƏT Baş Direktorlar Konfransının iclasında iştirak edir

Cavid Qurbanov Qəzvin-Rəşt dəmir yolu xəttinin açılışına qatılmaq üçün İrana gedib

Cavid Qurbanov: Azərbaycan dəmir yolları daha da inkişaf edəcək

Cavid Qurbanov: Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq

Cavid Qurbanov Vyanada əməkdaşlıq perspektivlərini müzakirə edib

Cavid Qurbanov Moskvada medalla təltif olunub

Prezident Cavid Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib

Cavid Qurbanov Çexiyanın sənaye və ticarət naziri ilə görüşüb (FOTO)

Lokomotiv parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır - Cavid Qurbanov

Cavid Qurbanovla bağlı yayılan məlumatlar rəsmən təkzib edilib

Cavid Qurbanov səsvermədə iştirak edib (FOTO)

Cavid Qurbanov: Orta Asiya ölkələri BTQ dəmir yolu layihəsinə böyük maraq göstərir

Cavid Qurbanov: BTQ region ölkələrinin tranzit potensialının artmasına xidmət edəcək

Cavid Qurbanov: “Dəmir yolunda müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb”

Cavid Qurbanov: Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66