Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK bəzi məlumatlara münasibət bildirib

11 May 2019, 15:50 (GMT +4)

Bakı, 11 may, SalamNews."Bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çindən idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə "Binə" və "Sədərək" ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaradıldığı iddia edilir. Belə ki, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, "karqo" adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər. Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər".

Bu barədə SalamNews-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

“Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.

Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.

Son zamanlar gömrük orqanlarında həyata keçirilən islahatlar hesabına şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində atılan addımlar idxal-ixrac əməliyyatları zamanı gömrük ödənişlərindən yayınmağa çalışan bəzi sahibkarları qane etməyə bilər. Lakin gömrük orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin edilməsi hər zaman rəhbər tutulacaq və qanuni fəaliyyət göstərən sahibkarlara münbit şərait yaradılmaqla yanaşı, qanunlara məhəl qoymayanlara qarşı da qətiyyətli tədbirlər görüləcək”, Dövlət Komitəsindən bildirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

DGK, DMX, DSX, DİN və FHN əməkdaşlarının maaşı artırılıb

DGK-nın Tibbi Xidmət İdarəsi “Florence Nightingale” Xəstəxanalar Qrupu ilə seminarlar keçirib

Belarus DGK-nın nümayəndə heyəti ilə görüş keçirilib

DGK: 7 680 ədəd "King" markalı siqaret aşkar edilib

DGK sədri "Mazımçay" gömrük postunda olub (FOTO)

DGK "Qırmızı Körpü" gömrük postunun rəisi ilə bağlı məlumatlara münasibət bildirib

DGK bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

DGK yayılan bəzi məlumatlara rəsmi aydınlıq gətirib

DGK yeni baza yaradıb

DGK-nin Tibbi Xidmət İdarəsi Astarada xeyriyyə aksiyası keçirir (FOTOLAR)

DGK: “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGK-nın sədri Qazax şəhərində vətəndaşları qəbul edib

DGK sədri gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur

DGK sədri Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

DGK bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib

DGK və ABŞ nümayəndə heyətləri arasında görüş keçirilib

DGK: “Samur” gömrük postundakı sıxlıq aradan qaldırılıb

26 İyun 2019, 16:58 (GMT +4)
Türkiyə və ABŞ Suriyadakı vəziyyəti müzakirə edib

26 İyun 2019, 16:41 (GMT +4)
Zığ şossesində fərdi yaşayış evləri yanıb

26 İyun 2019, 16:35 (GMT +4)
Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub

26 İyun 2019, 16:22 (GMT +4)
Rusiya 99 faiz S-400-ü Türkiyəyə göndərməyə hazırdır - "Rosoboronexport" rəhbəri

26 İyun 2019, 16:19 (GMT +4)
Husilərin hücumunda yanan Səudiyyə təyyarələrinin görüntüləri yayımlanıb (VİDEO)

26 İyun 2019, 16:17 (GMT +4)
“Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

26 İyun 2019, 16:00 (GMT +4)
AZAL Bakıdan Dehliyə aviareyslər həyata keçirməyə başlayıb

26 İyun 2019, 15:48 (GMT +4)
Neft gəmilərinə hücumda konkret bir dövləti ittihamlandırmaq mümkün deyil - BƏƏ

26 İyun 2019, 15:46 (GMT +4)
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

26 İyun 2019, 15:45 (GMT +4)
İran prezidenti ABŞ və Aİ-yə müraciət edib

26 İyun 2019, 15:32 (GMT +4)
Fövqəladə Hallar naziri vətəndaşlara müraciət edib

26 İyun 2019, 15:20 (GMT +4)
Azərbaycan və Mərkəzi Asiya turizm assosiasiyaları memorandum imzalayıblar  

26 İyun 2019, 15:04 (GMT +4)
Lavrov: Rusiya ABŞ və İranı dialoqa başlamağa razı salacaq

26 İyun 2019, 14:55 (GMT +4)
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”un finalına yüksəlib

26 İyun 2019, 14:49 (GMT +4)
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib

26 İyun 2019, 14:45 (GMT +4)
Almaniyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

26 İyun 2019, 14:25 (GMT +4)
Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

26 İyun 2019, 14:12 (GMT +4)
Tacikistanda bu gün Milli Birlik Günü qeyd edir

26 İyun 2019, 14:07 (GMT +4)
Şəfiqə Məmmədova Akademik Musiqili Teatrda müsabiqə komissiyasına rəhbərlik edəcək

26 İyun 2019, 14:03 (GMT +4)
Ayətullah Xamenei ABŞ PUA-nın vurulmasından sonra ilk çıxışını edib: Qabağa gəlməkdən qorxurlar

26 İyun 2019, 13:53 (GMT +4)
Forum iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar

26 İyun 2019, 13:43 (GMT +4)
Latviyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

26 İyun 2019, 13:32 (GMT +4)
ABŞ konqresmenləri onların təsdiqi olmadan Trampın İrana hücumuna qadağa qoymağa qərar verib

26 İyun 2019, 13:29 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 İyun 2019, 13:15 (GMT +4)
Azərbaycanda “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

26 İyun 2019, 13:02 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

26 İyun 2019, 12:57 (GMT +4)
Rusiya FTX Saratovda terror aktı hazırlayan şəxsi zərərsizləşdirib

26 İyun 2019, 12:43 (GMT +4)
Azercell yeni kampaniya keçirir

26 İyun 2019, 12:40 (GMT +4)
Əfqanıstanda iki amerikalı əsgər öldürülüb

26 İyun 2019, 12:26 (GMT +4)
İran sabahdan etibarən zənginləşdirilmiş uranının 300 kq-ı keçəcəyini bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12