Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

AFFA növbəti mövsümdə Premyer Liqa çıxış edəcək komandaların adlarını açıqlayıb

11 May 2019, 16:36 (GMT +4)

Bakı, 11 may, SalamNews.Bu gün AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçirilib.

SalamNews milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2019-2020-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 8-ci maddəsinə əsasən aparılmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qarabağ" FK, "Qəbələ" İK, "Neftçi" PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Səbail PFK”.

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:

“Keşlə” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Keşlə” FK, “Sabah” FK.

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Kəpəz” PFK, “Ağsu” FK, MOİK FK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, "Şüvəlan" PFK, “Zaqatala” FK.

Lisenziya iddiaçısı lisenziya verilməsindən imtina haqqında bildiriş məktubu aldığı tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Məlum olduğu kimi, “Səbail” PFK Topaz Premyer Liqasında iştirak edir və AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, “Səbail” PFK ilə bağlı müstəsna prosedurun tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Səbail” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və yaxın günlərdə bununla bağlı rəsmi cavabı AFFA-ya ünvanlayacaq.

UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 13-cü maddəsinə müvafiq olaraq, 2019-2020-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AFFA daha iki süni örtüklü meydança istifadəyə verib

AFFA-nın Hakimlər Komitəsinin sədri AVRO-2020-nin oyununa təyinat alıb

AFFA İcraiyyə Komitəsi təcili iclas keçirib

AFFA radio məlumat və polisə görə klubları cərimələyib

AFFA-nın rəsmiləri “Uembli”də UEFA-nın seminarında iştirak edirlər

AFFA-da  seminar keçirilib

AFFA-nın İcraiyyə Komitəsinin üzvləri U-19 millimizlə görüşüblər

AFFA-nın baş katibi UEFA-nın nümayəndələri ilə görüşüb

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək

AFFA-nın baş katibi UEFA-nın Konqresində iştirak edəcək

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib

AFFA Azərbaycan millisinin baş məşqçi məsələsi ilə bağlı məlumat yayıb

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail”in şikayətini rədd edib

AFFA-nın baş katibi: Məşqçi üçün iki yerdə çalışmaq çox çətindir

AFFA-nın növbəti iclası keçirilib

AFFA Klublar Komitəsinin builki sonuncu iclasının vaxtı müəyyənləşib

AFFA "Qarabağ" və "Neftçi"ni cərimələyib

AFFA-nın baş katibi Azərbaycan yığması ilə görüşüb

AFFA-nın baş katibi UEFA-nın iclasında iştirak edəcək

AFFA-nın əməkdaşları FIFA-nın iclasında iştirak edirlər

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12