Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“İrəli” Aprel Zəfərinə həsr olunan layihənin final mərhələsini Ağdamda keçirib

13 May 2019, 12:33 (GMT +4)

Bakı, 13 may, SalamNews. “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsi başa çatıb. Layihənin bağlanış mərasimi Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, “İrəli” komandası, üzvləri və layihə iştirakçıları Ağdam rayonunda yerləşən “Şəhidlər” abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyub. Daha sonra layihəsinin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilib. Layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdamdakı N saylı hərbi hissədə şəxsi heyətlə görüşləri baş tutub.

Hərbi hissədə əsgərlərlə görüşdən sonra Ağdam rayon Mədəniyyət Evində layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Allahverən Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısının müavini Ağa Zeynalov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin rəisi Elxan Feyziyev, Ağdam Olimpiya İdman Kompleksinin rəhbəri Bəhruz Kazımov, Aprel qazisi Loğman Məmmədov iştirak edib.

Tədbir Azərbaycanın Dövlət himninin oxunması ilə başlanıb.Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra layihənin gedişi ilə bağlı film nümayiş olunub.

“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin koordinatoru İlqar Axundov layihə haqqında məlumat verib. Bildirib ki, “Gənclər kuboku: Aprel zəfəri” layihəsi çərçivəsində idmanın 7 növü - futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, atletika üzrə yarışlar keçirilib. Layihədə iştirak üçün müraciət etmiş üç minə yaxın gəncin arasından seçilən min nəfərin qatıldığı yarışlar 1/8, 1/4, yarımfinal və final mərhələsindən ibarət olub. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsinə uyğun olaraq reallaşdırılıb.

Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MİrHəsən Seyidov ölkəmizdə hərbi-vətənpərlik mövzusuna olan diqqət haqqında fikirlər səsləndirib. “Torpaqlarımızın işğal altında olduğu bu dövrdə Azərbaycan gənci milli ruhu yüksək tutmalı, sağlam olmalıdır. Bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda yetişməsidir”-deyə, sədr bildirib.
Tədbirdə iştirak edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Ordumuzun 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə əldə etdiyi parlaq qələbəyə həsr olunmuş turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini bildirib, milli ruhda yetişən gənc nəslin torpaqların işğlalı ilə heç vaxt barışmayacağına əminliyini ifadə edib.

Tədbirin sonunda “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunublar.

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Layihə Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“İrəli” İB-nin SAY layihəsi gəncləri birləşdirir, komanda yaradır

Gürcüstanın Baş naziri postuna daxili işlər nazirinin namizədliyi irəli sürülüb

Pakistan BMT Təhlükəsizlik Şurasının Kəşmirlə əlaqədar təcili iclasını çağırmaq təşəbbüsü irəli sürüb 

Suriya ordusu şimalda irəliləyib - Daha iki kənd azad edilib

Abdulla Gül Türkiyə prezidentliyinə namizədliyini irəli sürəcək

Tramp milli kəşfiyyat idarəsinin rəhbəri vəzifəsinə namizəd irəli sürüb

Fransa İranla ABŞ-ın razılaşması üçün yeni təkliflər irəli sürüb

“Marş İrəli” iştirakçıları zirvəyə yürüş ediblər

Rusiya FTX ukraynalı dənizçilərə qarşı yekun ittiham irəli sürüb 

“İrəli” İB-nin təşəbbüsü olan “Marş İrəli” layihəsi davam edir

“Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsi yenidən başlayıb

ABŞ və Taliban arasında sülh danışıqlarında irəliləyiş əldə edilib - Pompeo

Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

“İrəli” təmsilçiləri beynəlxalq layihədə iştirak edirlər

“İrəli” yenidən “Marş İrəli” hərbi-vətənpərvərlik düşərgəsini həyata keçirəcək

İsrail-Livan sərhədlərinin müəyyənləşdirilməsi işində cüzi irəliləyiş əldə edilib

ABŞ Julian Assanja qarşı yeni ittihamlar irəli sürüb

ABŞ Suriya Ordusunun irəliləməsindən sonra yenidən kimyəvi hücum iddiası qaldırıb

Kraystçerç terrorçusuna qarşı yeni ittihamlar irəli sürülüb

16 Sentyabr 2019, 18:10 (GMT +4)
“Nar” “Bilik günü”nü kənd məktəbliləri ilə birgə qeyd edib

16 Sentyabr 2019, 18:04 (GMT +4)
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

16 Sentyabr 2019, 18:00 (GMT +4)
"Qarabağ" - "Sevilya" matçının hakimləri bəlli olub

16 Sentyabr 2019, 17:55 (GMT +4)
General Haftarın ordusu Liviyanın Sirt şəhərinə aviazərbələr endirib – Onlarla ölən var

16 Sentyabr 2019, 17:50 (GMT +4)
Gömrük Hospitalının həkimlərinin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

16 Sentyabr 2019, 17:46 (GMT +4)
PAŞA Bank ilə ARPA arasında müqavilə imzalanıb

16 Sentyabr 2019, 17:39 (GMT +4)
Nazir: Bu ilin 7 ayında Azərbaycanla Türkiyənin ticarət dövriyyəsi 33 faiz artıb

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında iştirak edib

16 Sentyabr 2019, 17:21 (GMT +4)
Rusiya Səudiyyədə neft təsisatlarına edilən hücumu pisləyib

16 Sentyabr 2019, 17:13 (GMT +4)
DİN Abşerondakı ağır yol qəzası ilə bağlı məlumat yayıb

16 Sentyabr 2019, 16:45 (GMT +4)
Xaçmazın Qaracəlli kəndində yeni məktəb istifadəyə verilib

16 Sentyabr 2019, 16:35 (GMT +4)
Ziraat Bank  “Beynəlxalq Caspian Energy Forum Baku”nun sponsoru olub

16 Sentyabr 2019, 16:33 (GMT +4)
Husilərin hücumundan öncəki neftin istehsalı üçün Səudiyyəyə aylarla vaxt lazımdır – Mənbə

16 Sentyabr 2019, 16:20 (GMT +4)
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

16 Sentyabr 2019, 16:08 (GMT +4)
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırılıb

16 Sentyabr 2019, 15:36 (GMT +4)
Türkiyə və İran prezidentləri Ankarada görüşüblər

16 Sentyabr 2019, 15:27 (GMT +4)
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

16 Sentyabr 2019, 15:04 (GMT +4)
Tunisdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

16 Sentyabr 2019, 15:00 (GMT +4)
Rəsmi Bakı Özbəkistanın Türk Şurasına üzvlük qərarını alqışlayıb

16 Sentyabr 2019, 14:39 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Sentyabr 2019, 14:25 (GMT +4)
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

16 Sentyabr 2019, 14:15 (GMT +4)
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir

16 Sentyabr 2019, 13:53 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri keçirilir

16 Sentyabr 2019, 13:36 (GMT +4)
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib (FOTO)

16 Sentyabr 2019, 13:20 (GMT +4)
Azərbaycanda cari əməliyyatlar hesabında yaranmış profisit azalıb

16 Sentyabr 2019, 13:11 (GMT +4)
İran Səudiyyənin neft zavoduna hücumda ittihamlandırılmasına cavab verib

16 Sentyabr 2019, 13:09 (GMT +4)
Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib

16 Sentyabr 2019, 13:05 (GMT +4)
“Qala Sığorta” hər kəsin ala biləcəyi yeni məhsul yaradıb

16 Sentyabr 2019, 12:50 (GMT +4)
AMEA-da lisey yaradılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66