Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DTX: Respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur

13 May 2019, 16:05 (GMT +4)

Bakı, 13 may, SalamNews. Bu gün müstəqil dövlətçiliyimizin qarantı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilən Azərbaycan hərtərəfli dinamik inkişafı ilə seçilir, dünyada sabitlik və təhlükəsizlik məkanı kimi tanınır.

SalamNews xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət, müvafiq dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının birgə səmərəli fəaliyyəti, eləcə də önəmli ictimai dəstək nəticəsində respublikamızda dönməz sabitlik və təhlükəsizlik mövcuddur. Bu baxımdan, həmçinin Azərbaycanın dünyada nüfuzunun artması və beynəlxalq təhlükəsizlik sisteminin fəal iştirakçısı olması nəticəsində ölkəmizə etibar edilir, böyük investisiya qoyulur, irimiqyaslı layihələr gerçəkləşdirilir.

Azərbaycan yüksək təhlükəsizlik sisteminə malik dövlət kimi mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Bundan əvvəl ölkəmizdə keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlərdə, o cümlədən nüfuzlu idman yarışlarında çoxsaylı xarici qonaqların iştirak etməsi, Azərbaycana böyük turist axınının olması, onların rahat şəraitdə ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaları üçün yaradılan hərtərəfli şərait və ən əsası bir daha ölkəmizə qayıtmaq istəkləri Azərbaycanda mövcud qonaqpərvərliyin və yüksək təhlükəsizliyin təminatının əyani göstəricisidir. Əlbəttə ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi və alternativi olmayan inkişaf və təhlükəsizlik siyasətinin parlaq nümunəsidir.

Azərbaycanda təhlükəsizliyin etibarlı təmin olunması üçün xarici dövlətlərin müvafiq strukturları ilə ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Hətta bu gün güclü təhlükəsizlik sisteminə malik ölkələrin tərəfdaş xüsusi xidmət orqanlarının təmsilçiləri də görüşlərdə etiraf edirlər ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə həsəd aparmaq olar.

Çox qürurvericidir ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın nəinki regionun, ümumilikdə dünyanın təhlükəsizlik sisteminin formalaşmasında da böyük rolu var.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı, preventiv tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DTX-nın hərbi qulluqçularının, mülki işçilərinin maaşlarının məbləğləri təsdiqlənib

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

DTX rəisinə general-leytenant ali hərbi rütbəsi verilib

DTX-ə yeni rəis təyin edilib

DTX-də 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib

DTX rəisi Yaşar İsakovu medalla təltif edib (FOTO)

DTX-nin hərbi hissəsində gənc əsgərlər and içiblər

DTX-nin rəisi: Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan daha böyük zəfərlərə doğru inamla addımlayır

DTX-nin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTOLAR)

DTX və DSX əməkdaşları “Heydər zirvəsi”nə yürüş edib

DTX əməkdaşları Bakı trekində veloyürüş keçirib (FOTOLAR)

BSU rektoru DTX-nin medalı ilə təltif olunub

DTX-nin Mədəniyyət Mərəzində “Şanlı Vətən” tamaşası nümayiş edilib

DTX-nin kollektivi ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Prezident İlham Əliyev DTX-nin hərbi qulluqçularını təltif edib (SİYAHI)

DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib (SİYAHI)

DTX Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb

DTX əməkdaşlarının peşə bayramı ərəfəsində iməclik keçirilib (FOTO)

Azərbaycan Prezidenti DTX ilə bağlı fərman imzalayıb

DTX əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

17 Sentyabr 2019, 18:10 (GMT +4)
Novruz Məmmədov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

17 Sentyabr 2019, 18:01 (GMT +4)
ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

17 Sentyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

17 Sentyabr 2019, 17:48 (GMT +4)
Gömrükçülər 2 milyon manat dəyərində dərman preparatları aşkar edib (FOTO)

17 Sentyabr 2019, 17:41 (GMT +4)
Yaxın Şərqdə sabitlik üçün nüvə sazişinə qayıtmaq lazımdır - Angela Merkel

17 Sentyabr 2019, 17:38 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

17 Sentyabr 2019, 17:20 (GMT +4)
AtaBank-ın “VİZA göstər, VİSA Al” kampaniyası davam edir

17 Sentyabr 2019, 17:12 (GMT +4)
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

17 Sentyabr 2019, 17:05 (GMT +4)
Bakı Uşaq Teatrı yeni mövsümə start verir

17 Sentyabr 2019, 16:59 (GMT +4)
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub

17 Sentyabr 2019, 16:52 (GMT +4)
42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb

17 Sentyabr 2019, 16:45 (GMT +4)
Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

17 Sentyabr 2019, 16:25 (GMT +4)
Səudiyyə kralı ölkə neft təsisatlarına hücum edən qüvvələrə xəbərdarlıq edib

17 Sentyabr 2019, 16:25 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

17 Sentyabr 2019, 16:19 (GMT +4)
"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

17 Sentyabr 2019, 16:13 (GMT +4)
“Bakı Səyahətlər Bazarı” 20 ölkənin nümayəndələrini bir araya gətirib

17 Sentyabr 2019, 15:59 (GMT +4)
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib

17 Sentyabr 2019, 15:57 (GMT +4)
Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi üzrə məsləhətləşmələr keçirilib

17 Sentyabr 2019, 15:36 (GMT +4)
Mosulun «Mona Lizası»nın iki il sonra yeni fotoları yayımlanıb (FOTO)

17 Sentyabr 2019, 15:32 (GMT +4)
Azərbaycan Parisdə “Çay şəhərciyi”ndə təmsil olunacaq

17 Sentyabr 2019, 15:16 (GMT +4)
AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

17 Sentyabr 2019, 15:07 (GMT +4)
Talibanın nümayəndə heyəti danışıqlar məqsədilə Tehrana gedib

17 Sentyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanda iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır

17 Sentyabr 2019, 14:48 (GMT +4)
Böyük Britaniya Azərbaycana yeni hərbi attaşe təyin edib

17 Sentyabr 2019, 14:26 (GMT +4)
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq

17 Sentyabr 2019, 14:02 (GMT +4)
Çempionlar Liqasında qrup mərhələsi start götürür

17 Sentyabr 2019, 13:50 (GMT +4)
Əfqanıstanda seçki kompaniyası toplantısı zamanı partlayış törədilib - Azı 25 ölü var

17 Sentyabr 2019, 13:49 (GMT +4)
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub

17 Sentyabr 2019, 13:38 (GMT +4)
Yeddi ay ərzində Azərbaycanda 80 minə yaxın körpə doğulub

17 Sentyabr 2019, 13:20 (GMT +4)
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66