Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bakıda paracüdo üzrə Qran-prinin açılış mərasimi keçirilib

13 May 2019, 16:53 (GMT +4)

Bakı, 13 may, SalamNews. Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə Qran-prinin açılış mərasimi keçirilib.

SalamNews xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında baş tutan tədbirdə əvvəlcə Milli Paralimpiya Komitəsinin himni səslənib.

Açılış sözü ilə çıxış edən MPK prezidenti İlqar Rəhimov yarışın əhəmiyyətindən söz açıb: "Bu gün "Ruhun zəfəri" şüarı altında beynəlxalq cüdo yarışı başlayıb. Belə bir mötəbər turnirin Bakıda keçirilməsi təsadüfi deyil. Ölkəmizin bir sıra nəhəng turnirləri yüksək səviyyədə təşkil etməsi seçimin Azərbaycan üzərində dayanmasına əsas səbəb olub. Bu cür yarışların ölkəmizdə təşkilinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehirban xanım Əliyevaya təşəkkür edirik. Bu yarışın əsas özəlliyi "Tokio 2020" Yay Paralimpiya Oyunlarına lisenziya xalları verməsidir".

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer isə yarışda iştirakdan məmnunluğunu bildirib və Azərbaycan hökumətinə təşəkkür edib.

İ.Rəhimov rəhbərlik etdiyi qurum adından M.Vizeri paralimpiya ordeni ilə təltif edib. M.Vizer isə öz növbəsində İJF-in xüsusi mükafatını İ.Rəhimova verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanın çox zəngin cüdo tarixinin olduğunu deyib: "İdmanın bu növündə bir çox qəhrəmanımız var. Eyni sözləri paracüdoya da şamil etmək olar. Bu yarışda onların uğuru əhəmiyyətlidir. İdmançılarımızı "Tokio 2020"də görmək istəyirik. Hər kəsə uğur, zəfər arzu edirəm".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cüdo üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə İJF-in prezidenti M.Vizerə təşəkkür edib. O, yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra yarış açıq elan edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Yarışla bağlı videoçarxın ardından bədii hissə baş tutub.

Qeyd edək ki, yarışa 150 kişi, 62 qadın olmaqla 35 ölkədən 212 idmançı qatılıb. Azərbaycan millisi turnirdə 11 kişi və 10 qadın paracüdoçu ilə təmsil olunur. “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları verən Qran-priyə mayın 14-də yekun vurulacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Paracüdoçumuz Rövşən Səfərov beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib

Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start verilir

Azərbaycan paracüdoçusu İlham Zəkiyevə yeddinci dan qara kəmər təqdim olunub

Azərbaycanın paracüdo komandaları Avropa çempionatında qızıl medallar qazanıblar

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

24 İyun 2019, 17:46 (GMT +4)
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib

24 İyun 2019, 17:41 (GMT +4)
İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

24 İyun 2019, 17:35 (GMT +4)
Putin anti-Rusiya sanksiyalarına cavab olaraq ərzaq embarqosunun müddətini uzadıb

24 İyun 2019, 17:27 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

24 İyun 2019, 17:23 (GMT +4)
Səudiyyə Kralı Maykl Pompeo ilə görüşüb

24 İyun 2019, 17:15 (GMT +4)
Bugünədək kümçülər 626,05 ton barama təhvil veriblər

24 İyun 2019, 17:09 (GMT +4)
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24 İyun 2019, 16:50 (GMT +4)
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər 

24 İyun 2019, 16:50 (GMT +4)
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

24 İyun 2019, 16:27 (GMT +4)
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

24 İyun 2019, 16:14 (GMT +4)
Azərbaycanın risk xəritəsi hazırlanacaq

24 İyun 2019, 15:55 (GMT +4)
Türkiyə ABŞ-ın təhdidinə baxmayaraq S-400 sistemini əldə etdi - Çavuşoğlu

24 İyun 2019, 15:51 (GMT +4)
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

24 İyun 2019, 15:37 (GMT +4)
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

24 İyun 2019, 15:22 (GMT +4)
S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur - Türkiyənin NATO nümayəndəsi

24 İyun 2019, 15:15 (GMT +4)
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar

24 İyun 2019, 15:02 (GMT +4)
Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

24 İyun 2019, 14:45 (GMT +4)
De Niro və Stivin Kinq Rusiya əleyhinə video çarxda çəkilib (VİDEO)

24 İyun 2019, 14:32 (GMT +4)
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

24 İyun 2019, 14:20 (GMT +4)
Azərbaycanlı samboçu gümüş medal qazanıb

24 İyun 2019, 14:07 (GMT +4)
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12