Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib

13 May 2019, 18:31 (GMT +4)

Bakı, 13 may, SalamNews. Mayın 13-də İrana səfərə gələn Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu ölkənin idman və gənclər naziri Məsud Soltanifər ilə görüşüb.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və idman sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Azad Rəhimov diqqətə çatdırıb ki, hər iki ölkənin siyasi rəhbərliyi arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Bu fakt idman və gənclər sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ən müasir idman kompleksləri tikilib istifadəyə verilib. Təsadüfi deyil ki, Azərbaycan 2015-ci ildə birinci Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarına, həmçinin ardıcıl dörd il ərzində Formula 1 yarışına uğurla ev sahibliyi edib.

İranın Azərbaycan üçün yaxın qonşu və dost ölkə olduğunu vurğulayan nazir diqqətə çatdırıb ki, buna görə də idmançılarımızın iştirak etdikləri turnirlərin keçirilməsinin bu sahədə əməkdaşlığın genişlənməsinə töhfəsini xüsusi vurğulayıb. Bildirib ki, dövlətlərimizin həmsərhəd olması idmançıların səfərləri üçün heç bir çətinlik yaratmır.

Mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasının Bakıda keçiriləcəyini xatırladan nazir vurğulayıb ki, bu mötəbər idman hadisəsi ilə əlaqədar Azərbaycana 40 mindən çox avropalı futbol azarkeşi gələcək. Eləcə də İrandan min nəfər bu qarşılaşmanı izləmək üçün Azərbaycana səfər edəcək.

Azad Rəhimov Azərbaycanın idman infrastrukturu haqqında məlumat verərək bildirib ki, Gənclər və İdman Nazirliyinin nəzdində idmançıların reabilitasiyası üçün müasir standartlara cavab verən klinika yaradılıb. İranlı idmançılar da bu klinikada reabilitasiya kurslarına cəlb oluna bilərlər.

Müasir idmanda dopinq problemindən danışan nazir Bakıda Azərbaycan Milli Antidopinq Agentliyinin təsis olunduğunu bildirib və bu sahədə də əməkdaşlıq əlaqələrinin qurulmasını təklif edib. Bununla yanaşı, iranlı tələbələrin də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaları üçün lazımi şəraitin olduğu da diqqətə çatdırılıb.

Nazir İranın “Persopolis” futbol komandası ilə Azərbaycanın “Qarabağ” komandası arasında yoldaşlıq görüşünün keçirilməsi təklifini irəli sürüb. Qeyd olunub ki, hər iki ölkənin futbol komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi üçün Azərbaycanda əlverişli şərait var.

Dövlət gənclər siyasəti haqqında məlumat verən Azad Rəhimov bildirib ki, gənclərlə iş sahəsində əməkdaşlıq zəruridir. Bu əməkdaşlıq üçün gənclər təşkilatlarının qarşılıqlı səfərlərini, “Dostluq həftələri” təşkil etmək və təcrübə mübadiləsi aparmaq lazımdır.

İranın idman və gənclər naziri Məsud Soltanifər təkliflərə görə təşəkkürünü bildirib, 2008-ci ildə nazirliklər arasında imzalanmış Anlaşma Memorandumunun müddətinin 2021-ci ilədək uzadılmasının önəmini vurğulayıb. O, 15 il əvvəl vitse-prezident vəzifəsində çalışdığı dövrdə və 2018-ci ildə Azərbaycana etdiyi səfərləri xatırlayıb. Azərbaycanın sürətlə inkişaf etdiyini, Bakının simasının dəyişdiyini və ölkəmizdə çoxlu sayda turistin üz tutduğunu vurğulayan M.Soltanifər bildirib ki, paytaxtla yanaşı, Gəncə və Qəbələ şəhərləri də inkişaf edib. Bu inkişaf bizi sevindirir. Futbol üzrə UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinin böyük uğur və tarixi hadisə olduğunu vurğulayan M.Soltanifər bu münasibətlə Azərbaycan xalqını və dövlətini təbrik edib.

O, rəhbərlik etdiyi nazirliyin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, hər iki xalq ortaq tarixə, mədəniyyətə və adət-ənənəyə malikdir. Buna görə də tarixi idman oyunları üzrə turnirin keçirilməsi zəruridir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Sonra hər iki nazir mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Həmin gün Azad Rəhimov İranın Milli Olimpiya Komitəsinin sədri Salehi Əmiri ilə də görüşüb. Görüşdə əməkdaşlıq əlaqələrinin perspektivləri, birgə tədbirlərin və layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

Nazir A.Rəhimov İran Milli Olimpiya Komitəsinin Paralimpiya Akademiyası və “Azadi” İdman Kompleksi ilə tanış olub.

Görüşlərdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək

Yay Təcrübə Proqramına seçilən tələbə-gənclərlə görüş keçirilib

YayFest - gənclər düşərgəsinə start verilib (FOTO)

Gənclər festivalının yeni “Ulduz səfirləri” elan edildi

“Peşə təhsilinin region gəncləri arasında təbliği” layihəsi icra edilir

“Nar” gənclərə növbəti iş fürsəti yaradıb

Çingiz Abdullayev Sabunçu Gənclər Evində gənclərlə görüşüb

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

Gənclər “Gilan Holding”ın dəstəyi ilə “ASAN Akademiya”nı uğurla başa vurur

“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

Gənclər Fondu yazı müsabiqəsinin nəticələrini elan edib

Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir

Müdafiə naziri gəncləri sosial şəbəkələrdə diqqətli olmağa çağırıb

Avropa İttifaqı Azərbaycan uşaqları və gəncləri üçün icma əsaslı hərtərəfli dəstəyi təmin edir

“Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır 

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

Gənclər Fondu növbəti müsabiqə elan edib

18 İyul 2019, 18:47 (GMT +4)
"Azərişığ”ın rəhbəri Zaqatalada vətəndaşları qəbul edəcək

18 İyul 2019, 18:05 (GMT +4)
AQTA antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlayıb (FOTOLAR)

18 İyul 2019, 17:50 (GMT +4)
Bundestaq deputatı: Ümid edirəm digər ölkələr Azərbaycandan nümunə götürər

18 İyul 2019, 17:47 (GMT +4)
BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

18 İyul 2019, 17:43 (GMT +4)
“Üzən günəş enerji sistemlərinin inkişafı” layihəsi müzakirə edilib

18 İyul 2019, 17:39 (GMT +4)
İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

18 İyul 2019, 17:32 (GMT +4)
Britaniya Sepah tərəfindən bir neft gəmisinin saxlanılmasına münasibət bildirib

18 İyul 2019, 17:20 (GMT +4)
Azərbaycandakı dini durum ABŞ Dövlət Departamentində müzakirə edilib

18 İyul 2019, 17:16 (GMT +4)
Mənbə: Ərdoğan Su-35 təyyarələrinin alınması ilə bağlı təklifi dəyərləndirəcək 

18 İyul 2019, 17:08 (GMT +4)
Bakcell sosial şəbəkələrdə ən yüksək nəticə göstərir

18 İyul 2019, 17:01 (GMT +4)
Nazirin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb

18 İyul 2019, 16:57 (GMT +4)
Bakıda havanın daha çox çirkli olduğu ərazilər açıqlanıb

18 İyul 2019, 16:43 (GMT +4)
Türkiyədə ağır yol qəzasında 15 miqrant ölüb

18 İyul 2019, 16:37 (GMT +4)
“Nar Wi-Fi” ilə abunəçinin mənzili 4G şəbəkəsi ilə əhatə olunacaq

18 İyul 2019, 16:32 (GMT +4)
KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

18 İyul 2019, 16:29 (GMT +4)
İraq-Suriya sərhədinə endirilən hava zərbələrində İŞİD-in 6 silahlısı ölüb

18 İyul 2019, 16:14 (GMT +4)
Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

18 İyul 2019, 16:05 (GMT +4)
Kreml Putin və Zelenskinin təkbətək görüşünün mümkünlüyünü şərh edib

18 İyul 2019, 16:01 (GMT +4)
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib

18 İyul 2019, 15:50 (GMT +4)
Yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

18 İyul 2019, 15:39 (GMT +4)
Rusiya quru qüvvələrinin İdlibdəki döyüşlərə qatılmasını təkzib edib

18 İyul 2019, 15:35 (GMT +4)
EYOF-da çıxış edəcək güləş yığmalarımızın heyəti açıqlanıb

18 İyul 2019, 15:34 (GMT +4)
Zelenski müdafiə sektorunda korrupsiya sxemi aşkar etdiklərini açıqlayıb

18 İyul 2019, 15:23 (GMT +4)
Azərbaycanın Müdafiə naziri İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

18 İyul 2019, 15:11 (GMT +4)
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib

18 İyul 2019, 14:55 (GMT +4)
Türkiya Silahlı Qüvvələri rəhbərliyi Suriya sərhədindəki hərbi birlikləri ziyarət edib

18 İyul 2019, 14:47 (GMT +4)
DGK-da görüş keçirilib

18 İyul 2019, 14:46 (GMT +4)
İran körfəzdə 1 milyon litr qaçaq neft daşıyan xarici gəmini saxladığını bildirib

18 İyul 2019, 14:34 (GMT +4)
Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

18 İyul 2019, 14:24 (GMT +4)
“Xonça”nın brend-şefləri Dünya İslam Kulinariya Konqresində Jüri qismində iştirak ediblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12