Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Bakıdakı Yay Olimpiya Festivalını yayımlayacaq telekanal müəyyənləşib

14 May 2019, 15:29 (GMT +4)

Bakı, 14 may, SalamNews.“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında yayım və tərəfdaşlıq sazişi imzalanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın SalamNews-a verdiyi məlumata görə, müqaviləni AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Sazişə əsasən, oyunların audio və video çəkiliş materiallarını yayımlamaq və istifadə etmək hüququ AzTV-yə məxsusdur. Bu səbəblə, “Bakı-2019” yarışları 7 gün ərzində AzTV kanalında nümayiş olunacaq. O cümlədən, festivalın Açılış və Bağlanış mərasimləri, bütün yarışların final mərhələsi və təltifetmə mərasimləri nümayiş etdiriləcək.

Bundan əlavə, sazişə əsasən, TV üzərindən bütün canlı audio və video görüntülər “açıq yayım” vasitəsilə həyata keçiriləcək və beləliklə, insanlar dünyanın istənilən bölgəsində televiziyalarının tezliyini tənzimləməklə festivalı izləmək imkanını əldə edə biləcəklər.

AzTV-nin Azərbaycan xalqı üçün milli televiziya və radio kanalı olduğunu qeyd edən Elçin Səfərov bildirib ki, bütün ölkəmizin bu tədbirin keçirilməsini və idmançılarımızı dəstəkləməsi çox sevindiricidir. Qeyd edib ki, əməkdaşlıq sayəsində artıq dünyanın istənilən nöqtəsindən festivalı izləmək mümkün olacaq.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru onu da bildirib ki, gələn idmançıların sayı onu sübut edir ki, Avropa ölkələri Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin səviyyəsindən razıdır və Bakı onlar üçün əsl idman mərkəzidir.

AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov bildirib ki, AzTV Azərbaycan üçün 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mühüm bir tarixi hadisəni yayımlayacağı üçün çox məmnundur. Onun sözlərinə görə, bu cür böyük hadisənin yüksək səviyyədə yayımlanması üçün AzTV bütün resurslarından istifadə edəcək.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azad Rəhimov: Avropa Gənclər Yay Olimpiya Festivalına tam hazırıq

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb

Avropa Gənclər Yay Olimpiya Festivalına 146 000 bilet satışa çıxarılacaq

“Bakı-2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalınin medalları təqdim edilib

Avropa Gənclər Yay Olimpiya Festivalı 200 gün sonra başlayır 

2019 Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri müzakirə edilib

Nazir Avropa gənclər Yay olimpiya festivalına hazırlığı müzakirə edib

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

24 İyun 2019, 17:46 (GMT +4)
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı press brifinq keçirilib

24 İyun 2019, 17:41 (GMT +4)
İƏT Gənclər Forumu xüsusi sessiya keçirib

24 İyun 2019, 17:35 (GMT +4)
Putin anti-Rusiya sanksiyalarına cavab olaraq ərzaq embarqosunun müddətini uzadıb

24 İyun 2019, 17:27 (GMT +4)
“İrəli” Azərbaycanı beynəlxalq layihədə təmsil edib

24 İyun 2019, 17:23 (GMT +4)
Səudiyyə Kralı Maykl Pompeo ilə görüşüb

24 İyun 2019, 17:15 (GMT +4)
Bugünədək kümçülər 626,05 ton barama təhvil veriblər

24 İyun 2019, 17:09 (GMT +4)
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24 İyun 2019, 16:50 (GMT +4)
Brayn Huk: ABŞ İrana qarşı sanksiyaları yalnız hərtərəfli razılaşmadan sonra ləğv edə bilər 

24 İyun 2019, 16:50 (GMT +4)
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

24 İyun 2019, 16:27 (GMT +4)
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

24 İyun 2019, 16:14 (GMT +4)
Azərbaycanın risk xəritəsi hazırlanacaq

24 İyun 2019, 15:55 (GMT +4)
Türkiyə ABŞ-ın təhdidinə baxmayaraq S-400 sistemini əldə etdi - Çavuşoğlu

24 İyun 2019, 15:51 (GMT +4)
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

24 İyun 2019, 15:37 (GMT +4)
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncədə vətəndaşları qəbul edib

24 İyun 2019, 15:22 (GMT +4)
S-400 müqaviləsinin NATO ilə əlaqəsi yoxdur - Türkiyənin NATO nümayəndəsi

24 İyun 2019, 15:15 (GMT +4)
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar

24 İyun 2019, 15:02 (GMT +4)
Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

24 İyun 2019, 14:45 (GMT +4)
De Niro və Stivin Kinq Rusiya əleyhinə video çarxda çəkilib (VİDEO)

24 İyun 2019, 14:32 (GMT +4)
Sabah havanın temperaturu 40 dərəcəyə yüksələcək

24 İyun 2019, 14:20 (GMT +4)
Azərbaycanlı samboçu gümüş medal qazanıb

24 İyun 2019, 14:07 (GMT +4)
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12