Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Rövşən Abdullaoğlu: Cəmiyyətdə kitaba sevgi olsa, çox problemlər kökündən həll olunar

15 May 2019, 15:33 (GMT +4)

Bakı, 15 may, SalamNews. "Bir cəmiyyətdə kitaba sevgi olarsa, bir çox problemlər kökündən həll olar".

SalamNews xəbər verir ki, bunu tanınmış yazıçı-psixoloq Rövşən Abdullaoğlu Binəqədi Gənclər Evində gənclərlə kecirilən növbəti görüşündə bildirib.

Gənclər Evinin təşəbbüsü ilə sevdikləri yazıçı ilə görüşmək imkanı əldə etmiş gənclər fəallıqları ilə seçiliblər. Rövşən Abdullaoğlunun ilk cümlələri isə yenə kitabların insan həyatına fövqəladə təsirindən olub: “Əsərlərdə fikir sonsuzluğu deyilən bir şey var. Bəzən oxucu mətndə müəllifdən daha çox şey görür və daha çox şey götürür. Ona görə də oxucu həmişə bir addım müəllifdən öndədir. Kitabla ünsiyyətdə beynimizə elə sözlər gəlir ki, ola bilsin, müəllif heç onları demək istəməyib. İnsan öz axtardığını sətirlərin arasından tapıb çıxarır. Kiçik sadə bir söz illərlə aça bilmədiyiniz düyünü çözmənizə səbəb ola bilər”.
Kitabların bu cür fövqəladə təsirindən bəhs edən yazıçı gənclərə mütaliə seçimində faydalı ola biləcək tövsiyələr də verdi və ölkəmizdə bir qədər skeptik münasibət görən fərdi inkişaf kitablarının önəminin artıq bütün dünyada qəbul edildiyindən bəhs etdi. O, özünü tanıdan, insanın kim olduğunu öyrədən, düşünmə qabiliyyətini inkişaf etdirən, həyat fəlsəfəsini formalaşdıran, insanı ətalətdən çıxarıb inkişafa sövq edən kitablar oxumağın nə qədər faydalı olduğundan danışdı.

“İntihara hər hansı bir durumda haqq qazandırırsınızmı?” sualına birmənalı şəkildə “YOX!” deyən yazıçı son dönəmdə aktuallaşmış bu ağrılı problemlə mübarizə yollarından da bəhs etdi.

Qeyd edək ki, Rövşən Abdullaoğlunun məhz intihar mövzusuna həsr edilmiş “Relslər üzərinə uzanmış adam” romanı gənclər arasında xeyli populyardır.

Görüşdən sonra Binəqədi Gənclər Evinin rəhbəri Ələkbər Mustafayev və Rövşən Abdullaoğlu arasında gənclərin inkişafı mövzusunda diskussiya baş tutdu. Yazıçı söhbət zamanı son illərdə gənclər arasında kitaba, mütaliəyə artan marağın artıq bariz şəkildə özünü büruzə verməsindən və istiqamətləndirilməsi zərurətindən bəhs etdi. Gənclər Evinin nəzdində fəaliyyət göstərən kitabxana ilə tanış olduqdan sonra Rövşən Abdullaoğlu müəllifi olduğu kitablardan kitabxanaya hədiyyə etdi. Yazıçı gənclərlə hər zaman ünsiyyətə, əməkdaşlığa hazır olduğunu, mütəmadi olaraq universitetlərlərdən, təşkilatlardan gələn təlim və seminar təkliflərinin hamısını dəyərləndirməyə çalışdığını bildirdi.

Qeyd edək ki, mayın 15-də Rövşən Abdullaoğlunun "Sənin muzan kimdir?" motivasiyaedici amillər mövzusunda növbəti təlimi Azərbaycan Dillər Universitetində reallaşacaq. Təlimdə universitetin tələbələri ilə kənar qonaqlar da iştirak edə biləcəklər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rövşən Abdullaoğlunun yeni romanı çapdan çıxıb

Rövşən Abdullaoğlunun daha bir kitabı Türkiyə oxucularına təqdim edilib

Rövşən Abdullaoğlunun kitabı Türkiyədə böyük marağa səbəb olub

Rövşən Abdullaoğlunun kitabı Türkiyədə nəşr olunub

Rövşən Abdullaoğlunun kitabından əldə olunan gəlir şəhid ailələrinə ianə ediləcək

Rövşən Abdullaoğlunun yeni romanı işıq üzü görüb

Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü görüb

14 Avqust 2020, 18:11 (GMT +4)
MN: Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək

14 Avqust 2020, 18:00 (GMT +4)
İstixanalardakı mövcud olan problemlərə dair videokonfrans keçirilib

14 Avqust 2020, 17:57 (GMT +4)
Kim Çen In yeni baş nazir təyin edib

14 Avqust 2020, 17:45 (GMT +4)
Trampın keçmiş vəkili onun Rusiyanın köməyi ilə seçkidə qalib gəldiyini açıqlayıb

14 Avqust 2020, 17:34 (GMT +4)
Azərbaycanda son sutkada 221 nəfər COVID-19-dan sağalıb, 103 nəfər yoluxub

14 Avqust 2020, 17:30 (GMT +4)
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

14 Avqust 2020, 17:28 (GMT +4)
Belarus MSK prezident seçkilərinin yekun nəticələrini açıqlayıb

14 Avqust 2020, 17:17 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 400 təhlükəli üzvündən 80-i sərbəst buraxıb

14 Avqust 2020, 17:13 (GMT +4)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

14 Avqust 2020, 17:00 (GMT +4)
Gələn həftədən tələbələrin köçürülməsinə başlanılır

14 Avqust 2020, 16:45 (GMT +4)
Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən uşaq bağçası aşkar edilib

14 Avqust 2020, 16:39 (GMT +4)
Putin Livana yeni səfir təyin edib 

14 Avqust 2020, 16:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

14 Avqust 2020, 16:17 (GMT +4)
Ərdoğan: Ankara BƏƏ ilə diplomatik münasibətləri dayandıra və səfirini geri çağıra bilər - VİDEO

14 Avqust 2020, 16:15 (GMT +4)
Azərbaycana vərəm əleyhinə 5 130 qutu dərman preparatı gətirilib

14 Avqust 2020, 16:09 (GMT +4)
Fələstinlilər əl-Əqsa məscidi qarşısında BƏƏ əleyhinə etiraz aksiyası keçiriblər (VİDEO)

14 Avqust 2020, 16:00 (GMT +4)
Azərbaycanda “Wi-Fi” şəbəkələrində yaranan problemlərin səbəbi açıqlanıb

14 Avqust 2020, 15:47 (GMT +4)
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb

14 Avqust 2020, 15:37 (GMT +4)
ÜST koronavirusun qida ilə ötürülmə ehtimalını dəyərləndirib

14 Avqust 2020, 15:15 (GMT +4)
BDU-nun Rus Mərkəzi “Abay Kunanbayev-175” adlı onlayn görüş keçirib

14 Avqust 2020, 15:14 (GMT +4)
Koronavirusa yoluxan Karakas meri vəfat edib

14 Avqust 2020, 15:00 (GMT +4)
BNA həftə ərzində daşınan sərnişinlərin statistikasını açıqlayıb

14 Avqust 2020, 14:50 (GMT +4)
İranda son sutkada 169 nəfərin koronavirusdan ölümü qeydə alınıb

14 Avqust 2020, 14:44 (GMT +4)
Lukaşenko Belarusu tərk etdiyinə dair xəbərləri təkzib edib

14 Avqust 2020, 14:30 (GMT +4)
Bu gün xalq artisti Alim Qasımovun ad günüdür

14 Avqust 2020, 14:15 (GMT +4)
Azərbaycanda iki COVID-19 xəstəsi həbs edilib (FOTO)

14 Avqust 2020, 14:12 (GMT +4)
İngiltərədə karantin tədbilərinin zəiflədilməsinə davam ediləcək

14 Avqust 2020, 14:05 (GMT +4)
İsrail mətbuatı Təl-Əvivlə rəsmi əlaqə quracaq növbəti ərəb dövlətlərinin adını açıqlayıb

14 Avqust 2020, 14:00 (GMT +4)
BP D230 blokunda məlumatların emalını III rübdə yekunlaşdıracaq

14 Avqust 2020, 13:45 (GMT +4)
Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66