Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin icrasına başlanılıb

15 May 2019, 17:56 (GMT +4)

Bakı, 15 may, SalamNews. 13-14 may tarixlərində Füzuli rayonunda “Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin başlanmasına dair görüşlər keçirilib. Layihə Sosial Tərəqqi İctimai Birliyi (STİB) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə - həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində həyata keçirilir.

İlk məlumatlandırma görüşü məcburi köçkünlər üçün inşa edilmiş Zobucuk qəsəbələrinin, ikinci görüş isə Qayıdış və Fin evləri qəsəbələrinin sakinləri və nümayəndələri üçün keçirilib. Bu görüşlərdə Füzuli rayon İcra Hakimiyyətinin nümayəndələri, qəsəbələr üzrə bələdiyyə üzvləri, qəsəbə icra nümayəndələri, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrə nümayəndəsi, fəal qadınlar iştirak ediblər.

STİB-in layihə meneceri Əşrəf Mirzəzadə layihənin qısa təqdimatını edərək bildirib ki, layihənin məqsədi Azərbaycan respublikasının Füzuli rayonunda inşa edilmiş 17 məcburi köçkün qəsəbələrində, xüsusilə qadınlar və gənc nəsil arasında gender məsələləri üzrə maarifləndirilmə tədbirlərinin təşkili və keçirilməsidir. Layihənin 2 komponent üzrə həyata keçiriləcəyini qeyd edən Ə. Mirzəzadə bildirib ki, birinci komponent interaktiv təlimlər, ikinci komponent isə MK qadınlara gəlir gətirən bizneslərin yaradılması üçün texniki və maliyyə dəstəyi ilə təmin edilməsi şəklində olacaq. Nəticədə qadınlar tərəfindən idarə olunacaq MMC-lər yaradılacaq.
Görüşlərdə söz alan KOBİA-nın nümayəndəsi Hafiz Sadıqov qeyd edib ki, Füzuli rayonu ərazisində belə bir layihənin icra olunması çox təqdirəlayiqdir və bu qadınlar arasında sahibkarlığa marağın artmasına böyük təkan verəcək. Bununla yanaşı H. Sadıqov layihə nəticəsində yaranacaq sahibkarlıq subyektlərinə KOBİA tərəfindən lazımi dəstək göstəriləcəyini deyib.

Görüşlərdə iştirak edən Füzuli rayon İH-nin Sosial-İqtisadi məsələlər üzrə müavini Süleyman Əliyev bildirib ki, bu layihə MK qəsəbələrində məskunlaşmış qadınların sosial-iqtisadi inteqrasiyasına çox müsbət təsir edəcəkdir və onların cəmiyyətdə daha fəal olmaqlarına şərait yaradacaq.

Hər iki görüşün sonunda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və təkliflər dinlənilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

Qırğızıstan Prezidenti: Atambayev Konstitusiyanı kobud şəkildə pozur

KOBİA Şəkidə arıçılıqla məşğul olan sahibkarlara dəstək olub

KOBİA-nın dəstəyi ilə sahibkarın müraciəti müsbət həll olunub

KOB-lar üçün alternativ maliyyələşdirilmə mexanizmləri müzakirə edilib

KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

Böyük Britaniyada "kobra" anti-böhran toplantısı keçiriləcək

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb

BMT KOBİA ilə əməkdaşlıq etmək niyyətindədir

Bakı Baş Gömrük İdarəsində "KOB Dostu" fəaliyyətə başlayıb

KOBİA və “Ernst & Yanq Holdinqs” şirkəti əməkdaşlıq edəcək

Bu gündən Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb

KOB-lar I Sənətkarlıq Festivalında iştirak edir

KOBİA-nın səlahiyyətləri artırılıb

KOBİA tikiş sexinin sənədləşdirilməsində sahibkara dəstək göstərib

KOBİA İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası ilə əməkdaşlıq edəcək

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

“KOB klaster şirkəti”nin meyarları təsdiqlənib

20 Avqust 2019, 00:01 (GMT +4)
İslam dünyası Qədir-Xum bayramını qeyd edir

19 Avqust 2019, 18:00 (GMT +4)
Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 17:53 (GMT +4)
Avro-2020: Bakıya işgüzar səfər başlayıb

19 Avqust 2019, 17:41 (GMT +4)
XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək

19 Avqust 2019, 17:36 (GMT +4)
Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

19 Avqust 2019, 17:20 (GMT +4)
Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub (FOTO)

19 Avqust 2019, 17:16 (GMT +4)
Sərbəst buraxılan İran neft gəmisinin növbəti hərəkət istiqaməti bəlli olub

19 Avqust 2019, 17:00 (GMT +4)
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

19 Avqust 2019, 16:44 (GMT +4)
AQTA sahibkarlara çağırış edib

19 Avqust 2019, 16:30 (GMT +4)
BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

19 Avqust 2019, 16:20 (GMT +4)
Sudanın sabiq prezidenti ilk mühakiməsində Səudiyyə vəliəhdindən 25 milyon dollar hədiyyə aldığını bildirib

19 Avqust 2019, 16:18 (GMT +4)
Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

19 Avqust 2019, 16:16 (GMT +4)
Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 15:50 (GMT +4)
“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

19 Avqust 2019, 15:32 (GMT +4)
Nazirlik: Vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

19 Avqust 2019, 15:27 (GMT +4)
Azərbaycanda 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

19 Avqust 2019, 15:14 (GMT +4)
İranda bir maşından 6 ton narkotik maddə aşkarlanıb (VİDEO)

19 Avqust 2019, 15:01 (GMT +4)
Rektor ATU-ya qəbul olan gəncləri təbrik edib

19 Avqust 2019, 14:55 (GMT +4)
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

19 Avqust 2019, 14:39 (GMT +4)
Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

19 Avqust 2019, 14:32 (GMT +4)
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib

19 Avqust 2019, 14:30 (GMT +4)
DİN: İnstagramda tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

19 Avqust 2019, 14:14 (GMT +4)
Suriya təyyarələri İdlibin cənubunda Türkiyə hərbi karvanını hədəfə alıb (VİDEO)

19 Avqust 2019, 14:14 (GMT +4)
BŞTİ vakansiya seçiminə start verib

19 Avqust 2019, 13:50 (GMT +4)
DİN: Polisə silahlı hücumla bağlı yalan məlumat verən şəxs tutulub

19 Avqust 2019, 13:44 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

19 Avqust 2019, 13:30 (GMT +4)
Gədəbəydə 5 otaqlı ev yanıb

19 Avqust 2019, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 Avqust 2019, 12:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 12:42 (GMT +4)
Fəvvarələr Meydanında növbəti konsertlər baş tutub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12