Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Muzeydə muğam axşamları” musiqili layihəsinin açılış mərasimi keçiriləcək

15 May 2019, 18:04 (GMT +4)

Bakı, 15 may, SalamNews.  Ölkəmizin tarix və mədəniyyətinin cövhəri olan İçərişəhər incəsənətin çiçəklənməsi, tərəqqisi üçün əsrlər boyu mərkəz rolunu oynamışdır. Bu tərəqqinin keçdiyi yolu isə musiqi olmadan təsəvvür etmək mümkün deyil. Bütün bəşəriyyəti birləşdirən, hər kəsə sevinc hissi aşılayan musiqinin gücü inkaredilməzdir. Bu ilin yaz mövsümündə də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qədim şəhərdə musiqili layihə ənənəsini yenidən canlandırmağı qərara almışdır. 

“İçərişəhər” DTMQİ “İçərişəhər” Muzey Mərkəzi, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı iləmay ayından etibarən “Muzeydə muğam axşamları”adlı yeni layihəsini təqdim edir. İlk dəfə Şirvanşahlar Saray Kompleksində təşkil ediləcək musiqilitədbirin keçirilməsində məqsədxalqımızın tarixi qədər qədim olan, böyük təkamül yolu keçmiş musiqi mədəniyyətimizi təbliğ etməkdir. Milli musiqimizi tərənnüm edəcək konsert proqramının – Saray məclisinin minilliktarixi olmuş, ən uzunömürlü orta əsr dövlətimizin iqamətgahında - Şirvanşahlar Sarayı Kompleksindəkeçirilməsi heç də təsadüfi deyildir. Bugün “saray məclisləri”nin təşkil edilməsi vaxtilə sarayda keçirilmiş məşhur “şərq gecələri”, “musiqi məclisləri” ənənəsinin yaşadılmasına xidmət edəcəkdir.

Layihənin ilk saray məclisi Beynəlxalq Muzeylər günü ərəfəsində, 20 May 2019-cu il tarixində xalq artisti Mənsum İbrahimovun ifası ilə açılacaq. Xanəndəni əməkdar artistlər - tardaElçin Həşimov,kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət edəcək. İnanırıq ki, Azərbaycanın ən qədim xalq musiqi növlərindən biri olan muğamın təbliğinə həsr edilmiş tədbirlərinqədim məkanda təşkili,eləcə də klassik musiqi və tarixi məkanımızın bir vəhdətdə təqdim edilməsi şəhərimizin sakinlərinə və qonaqlarına qeyri-adi bir hiss bəxş edəcək.
Lakin yeniliklərimiz bununla bitmir. Musiqi nömrələri arasında qonaqlarımız respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşəcəklər.

Qeyd edək ki, bu, sadəcə layihəmizin başlanğıcıdır. “İçərişəhər” Muzey Mərkəzi may ayından etibarən ayda bir dəfə olmaqla Mərkəzin nəzdində fəaliyyət göstərən muzeylərdə növbəti konsert proqramları ilə çıxış etməyi planlaşdırır. Açılış mərasiminin məhz Beynəlxalq Muzeylər Günü ərəfəsində həyata keçirilməsi muzeylərin daha canlı və daha maraqlı fəaliyyət növü ilə insanları cəlb edə biləcəyinin bir nümunəsidir və dünya muzeylərində bu təcrübədən istifadə edilir. Layihənin informasiya dəstəyi isə Mədəniyyət Televiziyasına məxsusdur. Telekanal konsert proqramının işıqlandırılması ilə əlaqədər olaraq təşkilatçılara dəstək olacaqdır.

Digər maraqlı bir məqam isə tezliklə artıq “İçərişəhər” Muzey Mərkəzi nəzdində “Muzeyin dostları” adlı klubun yaradılması ilə bağlıdır. Klubun ilk fəxri dostları bu layihənin həyata keçməsində dəstəyini əsirgəməyən M.İbrahimov və onun sazəndələrdən ibarət komandası olacaqdır.

Giriş qapısı saat 17:00-da Şirvanşahlar Sarayı Kompleksinin ikinci həyətindən açılacaq. Konsert 18:00-dabaşlanacaq və 2 saat ərzində davam edəcək. Biletlərin qiyməti (VIP məkan 30 AZN, orta zona 20 AZN, arxa zona 10 AZN, ayaq üstü 5 AZN)5-30 AZN arasında dəyişir.Konsertə bilet sayı məhduddur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Monteneqronun Baş Naziri Duşko Markoviç İçərişəhərlə tanış olub

İçərişəhərdə hindistanlı peşəkar yoqa təlimçisi mühazirə söyləyib

İçərişəhərdə “Saray məclisi” təşkil olunub

“İçərişəhər” Qoruq İdarəsinin tabeliyindəki muzeylərdə “açıq qapı” günü keçiriləcək

"İçərişəhər" Qoruq İdarəsi istifadəsiz kağız məmulatlarının qəbuluna başlayıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bəyanat yayıb

İçərişəhərdə “Saray məclis”ləri təşkil ediləcək

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib

“İçərişəhər” DTMQİ və IRCICA arasında rəsmi memorandum imzalanıb

İdarə Birinci vitse-prezidentin İçərişəhəri ziyarət etməsi ilə bağlı açıqlama verib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəsmi açıqlama yayıb

İçərişəhərdə “İnkvizisiya-Orta əsr işgəncə alətləri” adlı sərgi açılacaq

İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı olub

“İçərişəhər” Muzey Mərkəzi yaradılıb

Bu gün "İçərişəhər"də muzeylərə giriş pulsuzdur

“İçərişəhər” müsabiqə elan edib

Bakıda “Reinkarnasiya – tanımadığınız İçərişəhər” sərgisi açılıb

İçərişəhərdə yeni sərgi açılacaq

İçərişəhərdə açıq havada bir qrup rəssamın əsərləri nümayiş etdirilir

İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək

21 Sentyabr 2019, 10:04 (GMT +4)
Kərbəlada zəvvarların mikroavtobusu partladılıb - Azı 11 şəhid var (VİDEO)

21 Sentyabr 2019, 10:02 (GMT +4)
Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66