Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Şəmkirçay sutəmizləyici qurğusu yaxın aylarda istismara veriləcək

16 May 2019, 17:38 (GMT +4)

Bakı, 16 may, SalamNews. Şəmkirçay sutəmizləyici qurğusunun tikintisi yekunlaşıb və qurğu yaxın aylarda istismara veriləcək.

SalamNews-a “Azərsu” ASC-dən verilən məlumata görə, Şəmkirçay su anbarının ehtiyatının daxili mənbələr hesabına formalaşması Azərbaycanın su təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır: “Ümumi su tutumu 165 mln. kubmetr olan anbarın potensial ehtiyatı dayanıqlı içməli su təchizatı baxımından mühüm əhəmiyyət daşıyır. Burada toplanan yerüstü suların təbii durulmadan keçməsi suyun emalını asanlaşdırır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” ASC-nin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilib. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Hazırda qurğuda emal avadanlıqlarının quraşdırılması işləri aparılır”.

Bildirilib ki, qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib. Buradan götürülən su qum süzgəclərində təmizləndikdən sonra anbarlara ötürüləcək. Anbarlara daxil olan və çıxan suyun miqdarı və təzyiqi, anbarlarda suyun həcmi, siyirtmələrin iş rejimi və işçi vəziyyəti, eləcə də suyun bulanıqlıq səviyyəsi və qalıq xlorun miqdarı onlayn rejimdə tənzimlənəcək. Bütün bu proseslərə SCADA sistemi vasitəsilə nəzarət olunacaq.

Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün 27,5 km magistral su kəməri tikilib, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib. Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğunun yaxın aylarda istismara verilməsi nəzərdə tutulur. Müasir texnologiya əsasında tikilən yeni qurğu Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndlərdə 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su təmin edəcək.

Son 10 ildə həyata keçirilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 mln. kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi yaradılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Oktyabr ərzində “Şəmkirçay” SES-in elektrik enerjisi istehsalının həcmi açıqlanıb

20 May 2019, 11:45 (GMT +4)
PA: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var

20 May 2019, 11:40 (GMT +4)
Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib

20 May 2019, 11:17 (GMT +4)
“Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda konfrans keçirilib

20 May 2019, 11:11 (GMT +4)
İSB Dövlət Sığorta Kommersiya Şirkətinin informasiya sisteminə girişini məhdudlaşdırıb

20 May 2019, 11:03 (GMT +4)
İrana yaxın iraqlı qüvvələr ABŞ səfirliyinə edilən raket hücumuna münasibət bildiriblər

20 May 2019, 10:50 (GMT +4)
Ölkədə avtomobil benzininin istehsalı 4 faiz azalıb

20 May 2019, 10:39 (GMT +4)
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20 May 2019, 10:30 (GMT +4)
Heç kim Rusiyaya qarşı məndən sərt olmayıb - Tramp

20 May 2019, 10:22 (GMT +4)
Cari ildə qızıl istehsalı 14% artıb

20 May 2019, 10:21 (GMT +4)
Yəmənlilər Səudiyyə koalisiyasına qarşı yeni strategiya açıqlayıblar: 300 strateji obyekt vurulacaq

20 May 2019, 10:02 (GMT +4)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

20 May 2019, 09:53 (GMT +4)
Paşinyan Ermənistanda "inqilabın ikinci mərhələsini" elan edib

20 May 2019, 09:47 (GMT +4)
İranla müharibə fikrim yoxdur, mən bunu iqtisadi yolla edirəm - Donald Tramp

20 May 2019, 09:34 (GMT +4)
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

20 May 2019, 09:20 (GMT +4)
Bağdadda ABŞ səfirliyinin yaxınlığına raket atılıb

20 May 2019, 09:15 (GMT +4)
Tacikistanda koloniyada baş verən iğtişaşlarda 29 məhbus öldürülüb

20 May 2019, 09:00 (GMT +4)
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib

18 May 2019, 17:00 (GMT +4)
Əlilliyi olan 90 nəfər istirahətə yola salınıb

18 May 2019, 16:54 (GMT +4)
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

18 May 2019, 16:45 (GMT +4)
Poroşenko Zelenskini Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa çağırıb

18 May 2019, 16:39 (GMT +4)
Taleh Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

18 May 2019, 16:30 (GMT +4)
Birinci rübdə 700 milyon manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

18 May 2019, 16:20 (GMT +4)
Azərbaycanda əmtəəlik qaz hasilatı 43,5% artıb

18 May 2019, 16:12 (GMT +4)
Avstryalı xanım deputat məktəblərdə hicab qadağasını maraqlı reaksiya ilə cavablandırıb (VİDEO)

18 May 2019, 16:07 (GMT +4)
Avstriyanın vitse-kansleri istefa edib

18 May 2019, 15:54 (GMT +4)
DİM-də fənlər üzrə hazırlıq kursları keçirilib

18 May 2019, 15:44 (GMT +4)
Rövşən Rzayev: Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir

18 May 2019, 15:31 (GMT +4)
Cari ildə ölkədə 8,2 milyard kilovat/saatadək elektrik enerjisi istehsal edilib

18 May 2019, 15:23 (GMT +4)
“Nar TV” istifadəçilərinin sayı 117% artıb

18 May 2019, 15:21 (GMT +4)
İdlibdə ən-Nusranın silah anbarı partlayıb - Silahlılardan ölən və yaralananlar var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66