Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AzerTelecom şirkətinin Digital HUB proqramının gənclər üçün yaradacağı imkanlar müzakirə olunub

16 May 2019, 17:30 (GMT +4)

Bakı, 16 may, SalamNews. Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin birgə təşkilatçılığı ilə “Sənaye 4.0: Rəqəmsallaşma şəraitində təhsil və karyera” adlı tədbir keçirilib.

Tədbirdə tələbələrə dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşma, Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “AzerTelecom” şirkəti tərəfindən icra edilən “Azerbaijan Digital Hub” proqramı və onun ölkəmiz üçün üstünlükləri, rəqəmsallaşma dövründə gənclərin təhsili və karyera seçimi barəsində faydalı fikir mübadiləsi aparılıb.

“AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxışında rəqəmsallaşma şəraitində gənclərin qarşısında mühüm imkanların açıldığını bildirib, ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi üçün “AzerTelecom” şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı barəsində ətraflı danışıb. Fuad Allahverdiyev “Digital HUB” proqramının ölkə iqtisadiyyatı, xüsusilə də informasiya və kommunikasiya texnologiyaları sektorunun davamlı inkişafı üçün yaradacağı imkanlardan bəhs edib, İT sahəsi üzrə ölkədə gənc kadrlara böyük tələbatın olduğunu, “Digital HUB” proqramının əsas məqsədlərindən birinin də məhz İT sahəsində yerli kadrların yetişdirilməsi, yeni iş yerlərinin açılması, ölkədən beyin axının qarşısının alınması olduğunu qeyd edib. O ixtisaslı kadrların yetişdirilməsi üçün özəl sektorun təhsil müəssisələri ilə sıx əməkdaşlığının vacibliyini vurğulayıb.

Digər çıxış edənlər - Azərbaycan Texniki Universitetinin kaferda müdiri, professor Mehman Həsənov, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Bəxtiyar Bəxtiyarov, tanınmış biznes kouç, təlimçi və həkim-psixiatr Həlimə Qəmərlinskaya, tədbirin moderatoru, kollecin müəllimi Oqtay Əliyev və insan resurslarının idarə edilməsi sahəsində digər tanınmış ekspertlər İKT sahəsində müasir trendlər, tələbələrin düzgün ixtisas seçimi mövzularında danışıblar, həmçinin kolleclə “AzerTelecom” şirkəti arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir.

“AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. “Digital Hub” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Memorandum imzalayıb

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

AzerTelecom ADA Universitetində Karyera sərgisində iştirak edib

AzerTelecom-un iştirakı ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib

AzerTelecom "BakuTel" sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir

“AzerTelecom” 6-ci Karyera sərgisində iştirak edib

22 May 2019, 17:50 (GMT +4)
İraq məhv edilmiş reaktora görə İsraildən təzminat tələb etməyi planlaşdırır

22 May 2019, 17:45 (GMT +4)
Naxçıvanda iftar süfrəsi açılıb

22 May 2019, 17:38 (GMT +4)
Qubada soyğunçuluq edən şəxs saxlanılıb

22 May 2019, 17:26 (GMT +4)
Aİ Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıdır - Berluskoni

22 May 2019, 17:19 (GMT +4)
Apreldə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

22 May 2019, 17:12 (GMT +4)
Prezident İlham Əliyev Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak edib

22 May 2019, 17:02 (GMT +4)
Matvienko: Türkiyə S-400 almaqdan imtina etməyəcək

22 May 2019, 16:59 (GMT +4)
Yanvar-aprel aylarında 77,1 milyon nəfər metrodan istifadə edib

22 May 2019, 16:55 (GMT +4)
Bakıda havanın daha çox çirkləndiyi yerlər açıqlanıb

22 May 2019, 16:37 (GMT +4)
KOBİA turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş təşkil edib

22 May 2019, 16:30 (GMT +4)
“Azercell”in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub

22 May 2019, 16:22 (GMT +4)
İtaliyada rus turistləri daşıyan avtobus qəzaya uğrayıb

22 May 2019, 16:11 (GMT +4)
İran beynəlxalq sulara əlavə hərbi gəmilər göndərir (FOTO)

22 May 2019, 16:03 (GMT +4)
Azərbaycana 8 baş bizon gətirilib

22 May 2019, 15:56 (GMT +4)
Gələn il Bakı-Qəbələ qatarı istifadəyə veriləcək

22 May 2019, 15:43 (GMT +4)
Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb

22 May 2019, 15:38 (GMT +4)
Husilər Səudiyyə koalisiyasından götürülən qənimətləri nümayiş etdiriblər (VİDEO)

22 May 2019, 15:36 (GMT +4)
Bişkekdə KTMT xarici işlər nazirlərinin toplantısı keçirilir

22 May 2019, 15:32 (GMT +4)
Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq

22 May 2019, 15:24 (GMT +4)
Zelenski  "Kvartal 95" studiyasının qurucusunu Ukrayna Təhlükəsizlik Xidmətinə rəhbər müavini təyin edib 

22 May 2019, 15:13 (GMT +4)
Suriya Ordusu şimaldakı qruplaşmaların hücumuna Türkiyənin başçılıq etdiyini bildirib

22 May 2019, 14:59 (GMT +4)
Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

22 May 2019, 14:50 (GMT +4)
"AFB Bank" yeni innovativ məhsulunu təqdim edib

22 May 2019, 14:42 (GMT +4)
Birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

22 May 2019, 14:23 (GMT +4)
Kreml ABŞ-ın S-400-ün alışı ilə əlaqədar ultimatumunu yolverilməz hesab edir 

22 May 2019, 14:14 (GMT +4)
Qaxda ev heyvanları arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər görülür

22 May 2019, 14:04 (GMT +4)
Bu il ölkəyə 11,7 minədək avtomobil idxal olunub

22 May 2019, 13:41 (GMT +4)
Suriya Ordusu qruplaşmaların olduğu bölgədə külli miqdarda silah aşkarlayıb (VİDEO)

22 May 2019, 13:36 (GMT +4)
Dörd ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

22 May 2019, 13:15 (GMT +4)
Türkiyə ABŞ mallarına rüsumları azaldıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66