Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Aİ Biznes Missiyası Cənub regionun iqtisadi vəziyyəti ilə tanış olub

16 May 2019, 17:40 (GMT +4)

Bakı, 16 may, SalamNews, K.Orxan. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Lənkəran şəhərinə kənd təsərrüfatı üzrə Biznes Missiyası təşkil edib. Aİ Biznes Missiyası Aİ şirkət nümayəndələrindən və diplomatik nümayəndəliklərin təmsilçilərindən ibarət olub. 

SalamNews xəbər verir ki, Biznes Missiyasında iştirak edən Aİ Nümayəndəliyinin təmsilçisi Rainer Freund jurnalistlərə açıqlamasında bildirib ki, biznes missiyasının əsas məqsədi Lənkəranda kənd təsərrüfatı sektorunun investisiya imkanlarını araşdırmaq, eləcə də həmin regionda kənd təsərrüfatının hazırkı inkişaf istiqamətləri haqqında məlumat əldə etməkdir.

"Aİ-nin yardımı ilə daha da dəstəklənə biləcək inkişaf imkanlarını və aqrobiznes sahəsində fəaliyyət göstərən Aİ şirkətlərinin marağı çərçivəsində olan xüsusi investisiya imkanlarını araşdırmaqdan məmnunluq duyuruq. Lənkəran iqtisadi regionu qarşıdan gələn "Azərbaycanda Lənkəran regionu üçün Aİ” fəaliyyət proqramının əsas mövzusunu təşkil edir. Proqram digər tədbirlər ilə yanaşı, tətbiqi kənd təsərrüfatı üzrə tədqiqatların inkişafı və sektorda fəaliyyət göstərən bazar iştirakçılarının əməkdaşlıq təşəbbüslərinin təşviqi vasitəsilə meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətini artıraraq regionun iqtisadi potensialını gücləndirməyi hədəfləyir".

Qeyd edək ki, biznes səfəri çərçivəsində yerli dövlət qurumları, Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və bir sıra aparıcı aqrobiznes şirkətləri ilə görüşlər keçirilib. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən ilkin görüşdə Lənkəranda kənd təsərrüfatı sektoruna dair təqdimat keçirilib və iştirakçılara elektron xidmətlər və innovativ texnologiyalar barədə məlumat verilib. Daha sonra İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsinin rəhbəri  Çingiz Əhmədovun iştirakı ilə bölgənin iqtisadi vəziyyətinə baxış keçirilib. O cümlədən, səfər çərçivəsində Astara Çay MMC şirkəti ilə görüş təşkil edilib.

Görüş zamanı iştirakçılar şirkətin ümumi fəaliyyəti barədə məlumatlandırılıb, çay emalı və qablaşdırma zavoduna ekskursiya təşkil olunub və əməkdaşlıq imkanları müzakirə olunub. Biznes Missiyasına həmçinin, Gilan Aqro Sitrus, Lənkəran Konserv zavodu və Lənkəran Çay Fabriki ilə görüşlər daxil olub.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub

İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - Yüzdən çox yaralı var (VİDEO)

Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Bəhreyn və İsrail nazirləri rəsmi görüşlərə başlayıblar (FOTO)

AQTA antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlayıb (FOTOLAR)

Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Beynəlxalq konfransda ƏƏSMN-nin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub (FOTO)

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Xidmət rəisi: "Son 6 ayda qaçqın statusu almaq üçün müraciətlərin sayı 53 faiz artıb"

Hizbullah liderinin təhdidindən sonra İsrail strateji təsisatlarının təhlükəsizliyini artırıb

İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

İsrail qüvvələri İordan çayının qərbində 19 fələstinlini həbs edib

20 İyul 2019, 17:00 (GMT +4)
DİN naziri xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib

20 İyul 2019, 16:51 (GMT +4)
DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

20 İyul 2019, 16:44 (GMT +4)
Putini təhqir edən "Rustavi 2" TV-nin jurnalisti işinə geri dönə biləcək

20 İyul 2019, 16:41 (GMT +4)
Yasamalda yaşayış binasında yanğın olub

20 İyul 2019, 16:34 (GMT +4)
Sahil Babayev reabilitasiya xidmətlərinə baxış keçirib (FOTO)

20 İyul 2019, 16:33 (GMT +4)
İranın Britaniya neft gəmisini saxlaması gözlənilən cavab addımı idi - ABŞ generalı

20 İyul 2019, 16:24 (GMT +4)
Müdafiə naziri təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması ilə bağlı tapşırıq verib

20 İyul 2019, 16:18 (GMT +4)
Almaniya İranın Hörmüz boğazında gəmiləri saxlamasını pisləyib

20 İyul 2019, 16:16 (GMT +4)
Tərtər Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib

20 İyul 2019, 16:06 (GMT +4)
Ədliyyə Nazirliyində icra işi ilə bağlı müşavirə keçirilib

20 İyul 2019, 16:00 (GMT +4)
230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

20 İyul 2019, 15:55 (GMT +4)
Kipr türkləri türk millətinin ayrılmaz hissəsidir -Ərdoğan

20 İyul 2019, 15:54 (GMT +4)
Bakıda saxta pul satan şəxs saxlanılıb

20 İyul 2019, 15:42 (GMT +4)
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib (FOTO)

20 İyul 2019, 15:28 (GMT +4)
İşçilərin distant iş və ya teleiş formasında işləməsinin hüquqi əsasları yaradılır

20 İyul 2019, 15:18 (GMT +4)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib

20 İyul 2019, 15:13 (GMT +4)
İran gərək birbaşa Trampla müzakirələrə başlasın - Əhmədinejad

20 İyul 2019, 15:10 (GMT +4)
TSQ-nın əməliyyatı zamanı İraqın şimalında bir əsgər həlak olub, 6-sı yaralanıb

20 İyul 2019, 15:04 (GMT +4)
Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

20 İyul 2019, 14:53 (GMT +4)
Astarada «Söz azadlığı: sözümüzü necə ifadə edirik?» mövzusunda “dəyirmi masa” keçirilib

20 İyul 2019, 14:43 (GMT +4)
Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar artıb

20 İyul 2019, 14:42 (GMT +4)
Ankara Kipr şelfində qazma işləri ilə bağlı sanksiya təzyiqinə boyun əyməyəcək - Türkiyə rəsmisi

20 İyul 2019, 14:36 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi toxum alıcılarına müraciət edib

20 İyul 2019, 14:28 (GMT +4)
Kolleclərə qəbul olmaq istəyən 23 mindən çox abituriyentin ərizəsi təsdiqlənib

20 İyul 2019, 14:19 (GMT +4)
DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

20 İyul 2019, 14:14 (GMT +4)
İraqda Haşd-Şabiyə endirilən aviazərbələrdə iranlı hərbçilərin ölməsi xəbəri təkzib edilib

20 İyul 2019, 14:05 (GMT +4)
Şura SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlərə başlayıb

20 İyul 2019, 13:58 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 İyul 2019, 13:50 (GMT +4)
Lefkoşada Kipr Sülh Hərəkatının 45-ci ildönümü qeyd olunur

20 İyul 2019, 13:32 (GMT +4)
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12