Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Avropa Gənclər Yay Olimpiya Festivalına 146 000 bilet satışa çıxarılacaq

17 May 2019, 15:58 (GMT +4)

Bakı, 17 may, SalamNews. Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və bilet satış şirkəti iTicket əməkdaşlıq haqqında razılıq imzalayıblar. Razılığa əsasən, iTicket.az “Bakı 2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi bilet satış təminatçısı və dəstəkçisi oldu. 

Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov iTicket.az şirkəti ilə razılığın əldə olunmasından məmnun olduğunu qeyd edərək deyib: “Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri təyin etmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq. Ümid edirik ki, atılan addımlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyadacaq və onların bu möhtəşəm idman oyunlarını izləmələri üçün şərait yaradacaq”.

iTicket.az şirkətinin baş direktoru Ziya Məmmədov deyib: “iTicket.az-ın Bakıda keçiriləcək 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi dəstəkçisi olmağından qürur duyuruq. Zamanında bu cür beynəlxalq hadisələrdən əldə etdiyimiz təcrübəmiz bizə, “Bakı 2019”- da öhdəliklərimizi uğurla yerinə yetirəcəyimizə dair inam verir”.

Açılış mərasiminə bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında olacaqdır. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək. Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat EYOF Bakı 2019-un rəsmi səhifəsində elan ediləcək.

Tədbir üçün satışa 146 000 bilet çıxarılacaq. Biletlərin təxminən yarısı 10 iyun 2019-cu il tarixindən EYOF "Bakı 2019"-un rəsmi veb saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https://www.iticket.az satışda olacaq. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən iTicket.az konsert, teatr, idman və əyləncəvi təşkilatların onlayn və oflayn bilet satışını gerçəkləşdirir. 2017-ci ildən etibarən iTicket.az 4-cü İslam Həmrəyliyi Oyunlarının, Formula 1 üzrə Azərbaycan Grand Prisinin, Qadınlar üzrə 2017 Avropa Volleybol Çempionatının, UEFA Çempionlar Liqasınının qrup mərhələsinin, BMX Dünya Velosiped Çempionatının, JARA’18 Musiqi Festivalının, Azərbaycan Cüdo Festivalının və AFFA-nın rəsmi bilet təminatçısı və dəstəkçisi olub.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər və İdman naziri xaricdə yaşayan gənc liderlərlə görüşüb

Gənclər və İdman naziri Azad Rəhimov xüsusi mükafata layiq görülüb (FOTO)

Gənclər və İdman naziri vətəndaşlarla görüşüb

Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb

Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Abşeronda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Mingəçevirdə vətəndaşları qəbul edib

Gənclər və idman nazirinə yeni müavin təyin edilib

Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Qəbələdə vətəndaşlarn müraciətlərini dinləyib

Gənclər və idman naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Gənclər və idman naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Gənclər və idman naziri Sumqayıtda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib

Gənclər və idman naziri Cəlilabadda vətəndaşlarla görüşəcək

22 Fevral 2020, 14:10 (GMT +4)
Səfər Mehdiyev: Könüllü gömrükçülər gömrük orqanlarında işlə təmin olunub

22 Fevral 2020, 14:01 (GMT +4)
“Nar”ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

22 Fevral 2020, 13:58 (GMT +4)
Si Sinpin göstərdiyi köməyə görə "Microsoft"a təşəkkür edib

22 Fevral 2020, 13:38 (GMT +4)
Sabah Azərbaycanda 20 dərəcəyə yaxın isti gözlənilir

22 Fevral 2020, 13:28 (GMT +4)
İranda koronavirusa yoluxduğu təsdiqlənənlərin sayı 28-ə çatıb

22 Fevral 2020, 13:18 (GMT +4)
"Washington Post" Sandersin Rusiyadan dəstək alması haqqında məlumat əldə edib

22 Fevral 2020, 13:18 (GMT +4)
Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

22 Fevral 2020, 12:59 (GMT +4)
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 26 nəfər saxlanılıb

22 Fevral 2020, 12:47 (GMT +4)
Əfqanıstanda qarşıdurmalar dayandırılıb

22 Fevral 2020, 12:42 (GMT +4)
Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi barədə məlumatları yalan adlandırıb

22 Fevral 2020, 12:41 (GMT +4)
Erasmus+ proqramı çərçivəsində "Start it UP, Keep it UP" layihəsi baş tutub

22 Fevral 2020, 12:21 (GMT +4)
Azərbaycan və Türkiyə diaspor fəaliyyətini gücləndirəcək

22 Fevral 2020, 12:13 (GMT +4)
İranın cənub-şərqində terrorçularla qarşıdurmada iki sərhədçi həlak olub

22 Fevral 2020, 12:04 (GMT +4)
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTOLAR)

22 Fevral 2020, 11:58 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

22 Fevral 2020, 11:42 (GMT +4)
Bu gün avtomobil yolları işçiləri peşə bayramlarını qeyd edirlər

22 Fevral 2020, 11:40 (GMT +4)
Aİ ölkələri büdcə ilə bağlı razılıq əldə edə bilməyib

22 Fevral 2020, 11:34 (GMT +4)
İdlibdə hökumətlə radikal qruplaşmalar arasında əsirlərin mübadiləsi baş tutub (VİDEO)

22 Fevral 2020, 11:23 (GMT +4)
Hacıqabul ərazisində zəlzələ qeydə alınıb

22 Fevral 2020, 11:10 (GMT +4)
Avropada koronavirusdan ikinci ölüm hadisəsi qeydə alınıb

22 Fevral 2020, 11:10 (GMT +4)
Astarada 1 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

22 Fevral 2020, 10:54 (GMT +4)
Əlcəzair prezidenti Suriyanın Ərəb Dövlətləri Liqasına geri çağırılmasını istəyib

22 Fevral 2020, 10:52 (GMT +4)
İlham Əliyev: Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir

22 Fevral 2020, 10:45 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2345 nəfərə çatıb

22 Fevral 2020, 10:38 (GMT +4)
Həbsdə olan ilahiyyatçı Sərdar Hacıhəsənli azadlığa çıxıb

22 Fevral 2020, 10:34 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar (FOTO)

22 Fevral 2020, 10:22 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

22 Fevral 2020, 10:19 (GMT +4)
İranda Parlament seçkilərinin qeyri-rəsmi nəticələri açıqlanıb

22 Fevral 2020, 10:07 (GMT +4)
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə edib

21 Fevral 2020, 19:21 (GMT +4)
Azercell transformasiya ilininin nəticələrini açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66