Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Rövşən Rzayev: Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir

18 May 2019, 15:44 (GMT +4)

Bakı, 18 may, SalamNews. Mayın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 27-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Komitədən SalamNews-a verilən məlumata görə, Laçının Azərbaycanın füsunkar guşələrindən biri olduğunu və strateji mövqedə yerləşdiyini diqqətə çatdıran Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev rayonun Ermənistan silahlı dəstələri işğalına şərait yaradan amillərdən danışıb, ermənilərin xalqımızın başına gətirdiyi faciələri yada salıb. Bildirib ki, həmin dövrdə ölkə hakimiyyətinin səriştəsiz fəaliyyəti və xəyanətkarlığı ağır nəticələrə səbəb olub. 1992-ci il mayın 18-də Laçın rayonunu işğal etməklə Ermənistan Dağlıq Qarabağla birbaşa əlaqə yaradıb və onun ətrafındakı əraziləri ələ keçirmək imkanı qazanıb. Dünya birliyi işğalıçıya hələ də kifayət qədər təsir göstərmir, BMT-nin qətnamələri yerinə yetirilmir. Bununla belə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan heç vaxt işğalla barışa bilməz və ərazi bütövlüyünü bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə edəcəkdir. Laçınlıların da doğma yurda qayıdacaqlarını ümidlə gözlədikləri, dövlətimizin başçısının bu məqsədlə apardığı siyasəti dəstəklədikləri bildirilib.

Rayonun məcburi köçkün əhalisinin həyat səviyyəsinin, sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb. Prezident İlham Əliyevin tapşırığı ilə onların daha çox məskunlaşdıqları Ağcabədi rayonu ərazisində növbəti yaşayış məhəlləsinin salınmasına hazırlıq görüldüyü diqqətə çatdırlıb.

Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın məcburi köçkünlərin, o cümlədən laçınlıların problemlərinin həllinə həssaslıqla yanaşdığı, bu sahədə həyata keçirilən layihələrin icrasını nəzarətdə saxladığı qeyd edilib.

Milli Məclisdə Laçın rayonunu təmsil edən millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru Mahir Abbaszadə, laçınlı ağsaqqallar Tapdıq Abbasov, Əmirxan Zeynalov, Qəzənfər Hüseynov, Möhübbət Həsənov, Varaşil Məmmədov, Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi olmuş Rafiq Nağıyev, Qarabağ döyüşlərinin iştirakçıları Babək Aslanov, Muxtar Həşimov, Çingiz Abbasov, Habil Muradov, İsgəndər Qasımov, Laçın rayon 40 nömrəli tam orta məktəbin direktoru Aygün Cabbarova, Aprel döyüşlərinin iştirakçısı Vüqar Abdüləzimov və başqaları tədbirdə çıxış edərək, rayonun tarixi keçmişindən, əhalinin təcavüzkarlara göstərdiyi müqavimətdən, torpaqların müdafiəsi uğrunda şəhid olan həmyerlilərinin qəhrəmanlıqdan danışıb, məcburi köçkünlərə dövlət qayğısının əhəmiyyətindən söz açıb, işğala tezliklə son qoyulacağına inamlarını ifadə ediblər.

Tədbirin sonunda Laçın haqqında “Əsirlikdə qala qalmaz” filmi nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib

Dövlət Komitəsi uşaqlar üçün Şamaxıda yay düşərgəsi təşkil edib

Dövlət Komitəsinin sədri və sədr müavini bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub

Dövlət Komitəsi: Məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsinin sədr müavini BMT-nin sessiyasında çıxış edib

Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb

Dövlət Komitəsi: Azərbaycanda dini sabitlik hökm sürür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 18 il ötür

Dövlət Komitəsinin nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri başa çatıb

Dövlət Komitəsinin rəhbərliyi şimal rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsinin sədri Argentinanın səfiri ilə görüşüb

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12