Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib

20 May 2019, 14:14 (GMT +4)

Bakı, 20 may, SalamNews. “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

SalamNews nazitliy` istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə qlobal neft bazarının cari vəziyyəti, öhdəliklərin icra səviyyəsi, qısa və uzunmüddətli perspektivdə gözləntilər, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.

Xalid Əl Falih “OPEC plus” formatının ilkin təşəbbüskarlarından biri kimi Azərbaycan Prezidentinin rolunu və ölkəmizin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft bazarının tənzimlənməsi prosesində iştirakını, Nazirlərin Birgə Monitorinq Komitəsinin Bakıda keçirilmiş tədbirinin əhəmiyyətini qeyd edib. Neft bazarının mümkün inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Azərbaycanın dünya neft bazarında tarazlıq, qiymət sabitliyi naminə əməkdaşlığa davamlı dəstək verdiyini deyən Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, aprel ayında hasilatın azaldılması ilə bağlı öhdəlik artıqlaması ilə yerinə yetirilib.

İki ölkə arasında enerji sahəsinə qarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.

OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə də neft bazarının vəziyyəti əsas müzakirə mövzusu olub. Məhəmməd Sanusi Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini vacib hesab edib.

Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələri üzrə öhdəliklərin ümumi icra səviyyəsinin yüksək olmasını əməkdaşlığın uğuru kimi qeyd edib. Azərbaycanın hasilatın azaldılması ilə bağlı əvvəlki aylarda gördüyü tədbirlərin apreldə öhdəliklərin tam yerinə yetirilməsinə müsbət təsir etdiyini deyib. Bildirilib ki, 4 ay müddətində orta gündəlik neft hasilatı 130 % icra edilib.

Nazir deyib: “İyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparmalıyıq. Bazarın balanslaşdırılması zamanı uzunmüddətli dövr üçün neftə qlobal tələbatı və bu baxımdan, neft sənayesinə investisiyanı təşviq edəcək qiymət sabitliyini də düşünməliyik.”

Söhbət zamanı “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” da nəzərdən keçirilib. Bildirilib ki, cari ilin iyun ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması planlaşdırılır.

Neft bazarının tənzimlənməsi ilə əlaqədar müzakirələr Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə də davam etdirilib. Suheyl əl-Mazrui hazırda neftin qiymətinin qənaəbəxş olduğunu bildirib və əlavə edib ki, ötən ilin sonunda kəskin qiymət dəyişiklikləri ilə müşayiət olunan vəziyyətin təkrarlanması yolverilməzdir.

Energetika naziri Pərviz Şahbazov isə deyib ki, neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və tarazlığın təmin edilməsi məqsədilə neft bazarına hazırda əsas dəstəyi “OPEC plus” ölkələri verə bilər.

Söhbət zamanı geosiyasi faktorlar, şist neftin təsirləri, kommersiya neft ehtiyatları, qlobal iqtisadi artım və neftə tələbat dinamikası nəzərdən keçirilib.

Nazir həmçinin OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Fernandes, Nigeriyanın neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Kuveytin neft, elektrik və su naziri Xalid Əl-Fadhel, Omanın neft-qaz naziri Məhəmməd Əl-Rumhi, Əlcəzairin energetika naziri Məhəmməd Arkab və Bəhreynin neft naziri Şeyx Məhəmməd Əl-Xəlifə ilə görüşüb. Görüşlərdə neft məsələləri ilə yanaşı, ikitərəfli enerji əməkdaşlığının müxtəlif istiqamətlərinə dair müzakirələr aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Pərviz Şahbazov səudiyyə, rusiyalı həmkarları və OPEC-in Baş katibi ilə görüşüb

Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir

Pərviz Şahbazov sədrliyi ilə yeni yaradılmış Komissiyanın iclası keçirilib

Pərviz Şahbazov Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib

Pərviz Şahbazov: BP şirkəti enerji sahəsində Azərbaycanın əsas tərəfdaşıdır

Pərviz Şahbazov: Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb

Energetika naziri Pərviz Şahbazov Rusiyaya gedib

Energetika naziri Pərviz Şahbazov Mərkəzi Azəri platformasında olub

23 ildə ölkə iqtisadiyyatına 263 milyard dollar investisiya yatırılıb - Pərviz Şahbazov

Pərviz Şahbazov: TANAP-la Türkiyəyə 1,8 milyard kubmetr təbii qaz göndərilib

Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir

Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub

Pərviz Şahbazov: STAR Neft Emalı Zavodu Türkiyəyə qoyulan investisiyanın bir hissəsidir

Energetika naziri Pərviz Şahbazov Çində bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov “AmCham”ın üzvləri ilə görüşüb

Pərviz Şahbazov amerikalı həmkarı ilə görüşüb

Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək

Pərviz Şahbazov: "Cənub Qaz Dəhlizi layihəsinin bütün komponentləri uğurla həyata keçirilir"

Azərbaycan və Qazaxıstan münasibətiləri inkişaf edir - Pərviz Şahbazov

Nazir Pərviz Şahbazov OPEC-in Vyana görüşündə iştirak edəcək

30 Mart 2020, 13:24 (GMT +4)
Konte: Koronavirus anti-Avropa əhval-ruhiyyəsinin artmasına səbəb ola bilər

30 Mart 2020, 13:24 (GMT +4)
Taliban Əfqanıstanın şimal-şərqində hücuma keçib, azı 13 ölü var

30 Mart 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

30 Mart 2020, 12:52 (GMT +4)
Vergilərin ödənilməsi müddəti uzadılıb

30 Mart 2020, 12:49 (GMT +4)
İtaliya televiziyasında Rusiya dövlət himni səsləndirilib

30 Mart 2020, 12:45 (GMT +4)
SOCAR: Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur

30 Mart 2020, 12:25 (GMT +4)
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib

30 Mart 2020, 12:17 (GMT +4)
Netanyahunun müşaviri koronavirusa yoluxub, baş nazir də testdən keçəcək

30 Mart 2020, 12:15 (GMT +4)
Almaniyada gün ərzində təxminən 70 nəfər koronavirusdan ölüb

30 Mart 2020, 11:55 (GMT +4)
Neft yenidən ucuzlaşıb

30 Mart 2020, 11:43 (GMT +4)
Tramp: ABŞ Şahzadə Harrinin ailəsinin qorunması üçün pul xərcləməyəcək

30 Mart 2020, 11:34 (GMT +4)
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb

30 Mart 2020, 11:33 (GMT +4)
Koronavirus qarşıdurmanın olduğu Əfqanıstan və Suriyada da can almağa başlayıb

30 Mart 2020, 11:15 (GMT +4)
Tramp 200 min amerikalının virusdan ölümünü müsbət nəticə hesab edir 

30 Mart 2020, 11:08 (GMT +4)
Milli Məclisin iclası başlayıb

30 Mart 2020, 10:57 (GMT +4)
Bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib

30 Mart 2020, 10:38 (GMT +4)
WTI markalı neftin qiyməti 2002-ci ildən bəri ilk dəfə 20 dollardan aşağı düşüb

30 Mart 2020, 10:37 (GMT +4)
Senat nümayəndələri İrana qarşı sanksiyaların dayandırılması üçün məktub ünvanlayıblar

30 Mart 2020, 10:30 (GMT +4)
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha şəxslərin zəruri ehtiyacları qarşılanır (FOTOLAR)

30 Mart 2020, 10:15 (GMT +4)
Çində koronavirusa yoluxmuşların 93 faizi sağalıb

30 Mart 2020, 10:14 (GMT +4)
AMB bu günə olan valyuta məzənnələrini açıqlayıb

30 Mart 2020, 10:03 (GMT +4)
İranın Şiraz şəhərində koronavirusla bağlı həbsxanada üsyan baş verib

30 Mart 2020, 10:00 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi 5 yeni xüsusi ekspres marşrut xətti təşkil edib

30 Mart 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

30 Mart 2020, 09:19 (GMT +4)
Suriyada minlərlə İŞİD üzvünün olduğu həbsxanada üsyan baş verib

30 Mart 2020, 09:12 (GMT +4)
REA koronavirusa qarşı kömək edə biləcək dərmanlarların olduğu barədə məlumat verib

30 Mart 2020, 09:05 (GMT +4)
İtaliya aprelin 3-dən sonra karantini uzadacaq

30 Mart 2020, 09:02 (GMT +4)
Ayətullah Xameneinin koronavirusa yoluxmuş müşaviri sağalıb

29 Mart 2020, 21:10 (GMT +4)
Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

29 Mart 2020, 21:00 (GMT +4)
ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66