Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda konfrans keçirilib

20 May 2019, 11:17 (GMT +4)

Bakı, 20 may, SalamNews, K.Orxan. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli Kreditlərin Həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirib.

SalamNews xəbər verir ki, konfransın keçirilməsində məqsəd problemli kreditlərin həlli üzrə institutsional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də “Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək” üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərmanın icrasına dair Azərbaycan təcrübəsi barəsində təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılmasıdır.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı problemli kreditlərin həlli üzrə beynəlxalq təcrübəni və Azərbaycan modelini müqayisə edərək bildirib: “Koreya Aktivlərin İdarəedilməsi Fondu (KAMCO) tərəfindən 1997-ci il Asiya Maliyyə Böhranının neqativ nəticələrini (böyük korporasiyaların müflisləşməsi, Koreya Vonunun məzənnəsinin dəyərdən düşməsi, böyük həcmdə problemli kreditlərin yaranması) həll etmək məqsədilə Problemli Kreditlərin İdarəedilməsi Fondu yaradılıb. Problemli Kreditlərin Həlli Strategiyası çərçivəsində müxtəlif maliyyə metodlarından - girov, beynəlxalq hərrac, aktiv-zəmanətli qiymətli kağızlar, birləşmə və satınalma və birgə müəssisə yaradılması üsullarından istifadə edilib.

Avropada problemli kreditlərin həlli üzrə strategiya aşağıdakı istiqamətlərdə aparılır: Bankların daxili tədbirlərini gücləndirmək, toksik aktivlər üçün bazarı inkişaf etdirmək, məlumat assimetriyasının qarşısını almaq və aktivlərin idarə edilməsinə cavabdeh qurum yaratmaq, toksik aktivləri üçüncü tərəfə transfer etmək (birbaşa investorlar, aktivlərin idarə edilməsinə cavabdeh qurum və s) və nəzarət orqanını gücləndirmək. 2001-ci il böhranından sonra Türkiyənin problemli kreditləri 18 milyard dollar təşkil edirdi.

Mövcud olan 50 bankdan 19-unun problemli kreditləri Dövlət Əmanətlərin Sığortalanması Fondu tərəfindən restrukturizasiya edildi. 2002-ci ildə Sinqapur banklara iflas elan etmədən könüllü olaraq problemli kreditlərin həlli prosedurlarını seçməyi təklif etdi. İflasöncəsi Məsləhət və Vasitəçilik xidmətləri təklif olundu. Sinqapurda eyni zamanda “Borcların geri ödənilməsi Sxemi” də tərtib olundu. 2002-ci ildə İndoneziyada mövcud banklardan 70-i bağlanıb, 13-ü dövlət himayəsinə götürülüb. Postsovet məkanında problemli kreditlərin həlli istiqamətində maraqlı təcrübə var. 2015-ci ildən ipoteka kreditləri üzrə problemli kreditlər üçün 130 milyard təngə ayrılıb. Borcalanların dörd kateqoriyası borc ipotekası yükündən tamamilə xilas olmaq şansını əldə edə bilər. Qazaxıstanda kollektorlara borcun 50%-i verilməklə qalan 50%-in banklara geri ödənilməsi nəzərdə tutulub. Yalnız istisna qruplar (əlillər, çox uşaqlı ailələr və ağır xəstələr) xaric digər borclulardan bu şəkildə borcların ödənməsi planlaşdırılırdı.

Bundan başqa cari ilin fevral ayında isə Qazaxıstan hökuməti tərəfindən “Problemli kreditlər Fondu” ASC-nin bütün səhmlərini Mərkəzi Bankdan satın alıb. Bu Fond kredit ödəmək qabiliyyəti olmayan ailələrin borclarını kompensasiya etməli idi. Lakin Fondun öz maliyyə aktivləri hər il azalma tempini nümayiş etdirir. Gürcüstanda problemli kreditlərin silinməsi məqsədi ilə 10 dekabr 2018-ci ildən 15- yanvar 2019-cu ilədək sosial layihə həyata keçirildi və 609.5 min əhalinin (1 302 750 kredit sayı) 4 milyard laridən (1.5 milyard dollar) artıq borcu ödənildi. Qara siyahıda qeydə alınmış borcların 95% -i əsas məbləği 2000 lari-dən (təxminən 750 ABŞ dolları) çox olmayan kreditlərdən ibarətdir. Borclar aksiyanın başlamasından minimum 1 il əvvəl açılmış kreditlər üzrə, həmçinin, faiz və cərimələri 2000 laridən (751 $) çox olmayan şəxslərə ödənildi. 2014-cu ildə baş vermiş devalvasiya nəticəsində (rubl dollara nəzərən 72%, avroya nəzərən 52% ucuzlaşmışdır) Rusiya Federasiyasının banklarının zəmanəti olmayan problemli kreditləri 2015-ci ildə təkcə yanvar ayında 44,4% artıb və ilin sonu 1.3 trilyon rubla çatıb. Bu rəqəm 2017-ci ildə 5 trilyon rubl, 2018-ci ildə 11 trilyon rubl təşkil edib (bütün kredit portfelinin 85%-ni təşkil edir). 2018-ci ildə Problemli Kreditlər Fondunun aktivləri isə cəmi 2.1 trilyon rubl olub ki, bu da problemli kreditlərin yalnız 19%-ni təşkil edib. 2016-ci ildən “Problemli kreditlərin silinməsi haqqında” Qanun layihəsi hazırlansa da yalnız 2019-cu ildə qüvvəyə minməsi planlaşdırılır. Yeni Qanun bütün problemli kreditləri deyil yalnız xüsusi imtiyazlı əhalinin (ailəni maddi olaraq təmin edən şəxsin itkisi, işsizlik və ağır xəstəlik) borclarını ödəməyi nəzərdə tutur. Göründüyü kimi Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqli olaraq aşağıdakı xüsusiyyətləri var: 1. Problemin həlli daha qısa bir müddətdə oldu; 2. Problemli krediti olan fiziki şəxslərin 90 faizindən artığı qərarın əhatə dairəsinə düşdü. Bu, Azərbaycan modelinin güclü sosial xarakterini göstərir; 3. Problemli kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürdü. Beləliklə, banklar və əhali yükdən azad oldu; 4. Problemli kreditlərindən həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə çıxdı.”

Vüsal Qasımlı həmçinin əlavə edib ki, gələcəkdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu arasında hər iki ölkənin iqtisadi inkişaf modelləri üzrə təcrübə mübadiləsi nə zərdə tutulur.

Daha sonra Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op çıxış edib. Səfir Azərbaycanda xüsusi ilə son dövrlərdə aparılan sosial-iqtisadi islahatlar, xarici investorlar və iş adamları üçün yaradılan səmərəli şəraitdən məmnunluğunu ifadə edib. O deyib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilir, beynəlxalq layihələr vasitəsilə etibarlı enerji tərəfdaşı kimi imicini gücləndirir. Kim Tong Op əlavə edib ki, Koreya problemli kreditlərin həlli mövzusunda böyük təcrübəyə malikdir. Azərbaycan dövləti ilə yeni təcrübə mübadiləsi bu istiqamətində yeni imkanların əldə olunması ilə nəticələnəcək.
Beynəlxalq tədbir zamanı Koreyanın Depozitlərinin Sığortalanması Korporasiyasının keçmiş prezidenti Kim Co Hyun da Koreya təcrübəsi ilə bağlı ətraflı məlumatlar təqdim edib.
Tədbir Koreyanın İnka Universitetinin professoru Jajun Hanın “Problemli kreditlərin həlli üzrə institusional mexanizmə dair Koreya təcrübəsi”, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılovun “Problemli kreditlərin həlli üzrə Azərbaycan modeli” və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərovanın “Problemli kreditlərin həlli üzrə dünya Təcrübəsi” mövzularında hazırlanan təqdimatların nümayişi ilə davam edib.

Konfransda dövlət qurumlarının nümayəndələri, tədqiqat institutlarının,10-dan artıq bank və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərpoçt” problemli kreditlərlə bağlı bu vaxtadək 62 milyon manatdan çox kompensasiya ödəyib

BMT problemli kreditlərin həlli ilə bağlı fərmanı yüksək qiymətləndirir

Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda problemli kreditlərlə bağlı kompensasiyaların ödənişləri başlanır

Problemli kreditlərlə bağlı vətəndaşlara SMS göndəriləcək

Maliyyə naziri: problemli kreditlərin maliyyələşməsi ilə bağlı mexanizm praktiki olaraq hazırdır

Problemli kreditlərin həlli üzrə yeni elektron resurs hazırlanıb

Problemli kreditlərin həllinə həsr olunan “Video icmal” təqdim edilib

Problemli kreditlərin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib

Prezident İlham Əliyev: “Problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq”

Prezidentin problemli kreditlərin həlli ilə bağlı fərmanı 900 minə yaxın vətəndaşı əhatə edəcək

Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb

Prezident: Problemli kreditlərlə bağlı məsələ yaxın gələcəkdə öz həllini tapacaq

Azərbaycanda problemli kreditlər azalmaqda davam edir

Problemli kreditlərin həcmində artım var

İlbəil artan problemli kreditlərdən çıxış yolu var - hüquqşünas (MÜSAHİBƏ) 

Problemli kreditlərin qaytarılması praktik olaraq mümkün deyil - iqtisadçı

Azərbaycanda problemli kreditlərin dövlət tərəfindən alınması təklif edilir

Banklar siyasətlərini dəyişməsələr, problemli kreditlərin böyük əksəriyyəti itiriləcək - Əkrəm Həsənov

18 Sentyabr 2019, 12:10 (GMT +4)
DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

18 Sentyabr 2019, 12:03 (GMT +4)
DİN: Ötən gün qəzalarında 7 nəfər ölüb

18 Sentyabr 2019, 11:53 (GMT +4)
Nazir müavini: Aqrar sektorda 13%-lik artım qeydə alınıb

18 Sentyabr 2019, 11:47 (GMT +4)
AÇG bu il öz 25 illiyini qeyd edir

18 Sentyabr 2019, 11:41 (GMT +4)
Cavid Qurbanov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

18 Sentyabr 2019, 11:38 (GMT +4)
Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

18 Sentyabr 2019, 11:31 (GMT +4)
Elmar Məmmədyarov Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Sentyabr 2019, 11:18 (GMT +4)
Ruhani husilərin Abqaiq neft zavodunu vurmasına münasibət bildirib: Səudiyyə kimi məktəbi vurmayıblar

18 Sentyabr 2019, 11:11 (GMT +4)
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib (FOTOLAR)

18 Sentyabr 2019, 10:56 (GMT +4)
Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinləyib

18 Sentyabr 2019, 10:45 (GMT +4)
Neft zavodunun vurulmasından sonra Səudiyyə ABŞ-ın yaratmaq istədiyi koalisiyaya qoşulub

18 Sentyabr 2019, 10:43 (GMT +4)
Prezident İlham Əliyev Çilinin dövlət başçısını təbrik edib

18 Sentyabr 2019, 10:26 (GMT +4)
Tunisdə prezident seçkilərinin ikinci turu keçiriləcək

18 Sentyabr 2019, 10:10 (GMT +4)
Azərbaycan və Gürcüstan yeni birgə müəssisələr yarada bilər

18 Sentyabr 2019, 09:54 (GMT +4)
Əfqanıstan prezidenti Azərbaycana gələcək

18 Sentyabr 2019, 09:44 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

18 Sentyabr 2019, 09:35 (GMT +4)
İsrail əsgərləri fələstinli qadına birbaşa atəş açıblar (VİDEO)

18 Sentyabr 2019, 09:25 (GMT +4)
Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18 Sentyabr 2019, 09:12 (GMT +4)
Benyamin Netanyahu taleyüklü Knesset seçkilərində qalib gələ bilməyib

18 Sentyabr 2019, 09:03 (GMT +4)
Prezident İlham Əliyev bir qrup mədəniyyət xadimini təltif edib

17 Sentyabr 2019, 18:10 (GMT +4)
Novruz Məmmədov Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb

17 Sentyabr 2019, 18:01 (GMT +4)
ETSN-də bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

17 Sentyabr 2019, 17:53 (GMT +4)
Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

17 Sentyabr 2019, 17:48 (GMT +4)
Gömrükçülər 2 milyon manat dəyərində dərman preparatları aşkar edib (FOTO)

17 Sentyabr 2019, 17:41 (GMT +4)
Yaxın Şərqdə sabitlik üçün nüvə sazişinə qayıtmaq lazımdır - Angela Merkel

17 Sentyabr 2019, 17:38 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

17 Sentyabr 2019, 17:20 (GMT +4)
AtaBank-ın “VİZA göstər, VİSA Al” kampaniyası davam edir

17 Sentyabr 2019, 17:12 (GMT +4)
Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib

17 Sentyabr 2019, 17:05 (GMT +4)
Bakı Uşaq Teatrı yeni mövsümə start verir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66