Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycan və Rusiya Elmlər Akademiyası arasında saziş imzalanıb

21 May 2019, 13:37 (GMT +4)

Bakı, 21 may, SalamNews. Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl qonaqlar Fəxri Xiyabana gedərək ümummilli ider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

SalamNews xəbər verir ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik Akif Əlizadə AMEA ilə REA arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

Akademik Aleksandr Sergeyev görüşə görə AMEA- nın rəhbərliyinə minnətdarlığını bildirib, ölkələrimiz arasında elmi və digər sahələrdə əlaqələrin uğurla davam etdirildiyini söyləyib.

Tədbirdə AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.

Görüşdə gələcəkdə müxtəlif sahələr üzrə fundamental və tətbiqi tədqiqatlara yönələn potensialın genişləndirilməsi və digər məsələlər müzakirə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın elmi tədqiqat müəssisələrinə direktorlar seçiləcək

SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

AMEA-nın Ümumi yığıncağı keçirilir

AMEA respublika müsabiqəsi elan edir

“Azərkosmos” və AMEA İnstitutları arasında əməkdaşlıq təklifləri müzakirə edilib

AMEA-nın Elm Tarixi İnstitutunun saytı istifadəyə verilib

ADNSU ilə AMEA-nın Yüksək Texnologiyalar Parkı əməkdaşlıq edəcək

“AMEA-nın professoru” adını almaq üçün müsabiqə elan olunub

AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci pilləsinə hazırlıq aparılır

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkı “Elm həftəsi” keçirəcək

BDU-nun tələbələri AMEA-nın Biofizika İnstitutunda təcrübə keçirlər

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı təsdiq olunub

AMEA YT Park və Avtomobil Yolları Dövlət Agentliyi birgə layihələr həyata keçirəcək

Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə əlaqədar AMEA Tədbirlər Planını təsdiq edib

AMEA-nın prezidenti Əfqanıstanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti akademiyanın gənc alim və mütəxəssisləri ilə görüşüb

AMEA magistrantlar arasında müsabiqə keçirəcək

AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi görüş keçirib

25 İyun 2019, 18:06 (GMT +4)
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

25 İyun 2019, 18:00 (GMT +4)
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

25 İyun 2019, 17:54 (GMT +4)
BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

25 İyun 2019, 17:51 (GMT +4)
Birinci vitse-prezident görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib

25 İyun 2019, 17:47 (GMT +4)
Tehran nüvə silahı əldə etməyə can atmır - İran XİN rəhbəri

25 İyun 2019, 17:25 (GMT +4)
“Nar” 4G istifadəçilərinin sayı700 minə çatıb

25 İyun 2019, 17:20 (GMT +4)
Ermənistanın keçmiş prezident Robert Koçaryan həbs edilib

25 İyun 2019, 17:13 (GMT +4)
Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

25 İyun 2019, 17:07 (GMT +4)
İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub

25 İyun 2019, 16:53 (GMT +4)
Nazirlik: Temperaturun yüksəlməsi təhlükəli hadisələrin artması ilə səciyyələnir

25 İyun 2019, 16:46 (GMT +4)
NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

25 İyun 2019, 16:42 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

25 İyun 2019, 16:42 (GMT +4)
İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib

25 İyun 2019, 16:17 (GMT +4)
S-400-ün tədarükü iyulda başlayacaq - Ərdoğan

25 İyun 2019, 16:09 (GMT +4)
İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur  

25 İyun 2019, 15:59 (GMT +4)
"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

25 İyun 2019, 15:48 (GMT +4)
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

25 İyun 2019, 15:48 (GMT +4)
Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

25 İyun 2019, 15:41 (GMT +4)
Külli miqdarda narkotik vasitə aşkar edilib 

25 İyun 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

25 İyun 2019, 15:27 (GMT +4)
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25 İyun 2019, 15:18 (GMT +4)
Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb

25 İyun 2019, 15:08 (GMT +4)
Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək

25 İyun 2019, 15:03 (GMT +4)
Şagird yerdəyişməsi elektronlaşdırılır

25 İyun 2019, 14:54 (GMT +4)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur

25 İyun 2019, 14:45 (GMT +4)
Zelenski AŞPA-nın Rusiya ilə bağlı qərarını məyusluqla qarşılayıb  

25 İyun 2019, 14:30 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

25 İyun 2019, 14:23 (GMT +4)
Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

25 İyun 2019, 14:21 (GMT +4)
Cin XİN: ABŞ-ın birtərəfli sanksiyaları əks təsir göstərir

25 İyun 2019, 14:17 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12