Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb

21 May 2019, 17:29 (GMT +4)
Təhsil idarəsi

Bakı, 21 may, SalamNews. Mayın 21-dən 2019-2020-ci tədris ilində lisey və gimnaziyaların müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Müsahibə komissiyası fəaliyyətə başlayıb.

SalamNews xəbər verir ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyanın müəyyənləşdirilmiş ərazisində yaşayan vətəndaşların övladlarının tədris digər dildə aparılan bölmələrinə I sinfə qəbul üzrə müsahibə komissiyası 12 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik gimnaziyaya I sinfə qəbul üzrə tədris digər dildə aparılan bölmələrinə elektron ərizələrin qeydiyyatı mayın 20-də başa çatıb. Martın 13-dən mayın 20-dək davam edən proses çərçivəsində qeyd olunan ümumi təhsil müəssisələrinə 3 426 elektron sorğu yerləşdirilib. Bu sorğulardan 1 132-si təlim dili Azərbaycan dili seçildiyi üçün həmin uşaqlar lisey və gimnaziyalara müsabiqədənkənar qəbul olunublar. Lisey və gimnaziyanın ərazisində yaşayan, ancaq digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirənlər isə müvafiq liseyə yerləşdirdiyi sorğusu təsdiqləndikdən sonra, uşaq şifahi nitq bacarıqlarının qiymətləndirilməsindən uğurla keçərsə, həmin liseyə qəbul edilmiş hesab ediləcək. Uşaq digər dildə tədris aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqlarının qəbulu yalnız müsabiqə yolu ilə aparılır.

Ümumilikdə, martın 13-dən ötən müddətdə I sinfə qəbul üzrə 44 536 uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 90 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 15 sentyabra kimi davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi işə qəbul elan edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyinat olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir təyinat edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statisik məlumatları açıqlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 9161 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 6 989 müraciət daxil olub

Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsində 4 852 müraciətə baxılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məktəb-Lisey Kompleksində olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi IV könüllülük proqramına start verib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib

SOCAR-ın Ekologiya İdarəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq sazişi imzalayıblar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25 yeni layihəyə start verir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi gəncləri könüllü əməkdaşlığa dəvət edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi növbəti səyyar qəbulun vaxtını açıqlayıb

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12