Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

21 May 2019, 17:36 (GMT +4)

Bakı, 21 may, SalamNews. Gənclərin və gələcək nəsillərin qlobal şəbəkədəki mövcud və potensial təhdidlərlə bağlı məlumatlandırılması məqsədilə 21 may 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib.

Məqsəd kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılması və ümummilli hazırlığın yüksəldilməsi, kiberfəzada Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsində gənclərin daha da fəal iştirakının stimullaşdırılmasıdır. Tədbir iki sessiyadan ibarət idi.

Seminarın birinci sessiyasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti tərəfindən “Kibermühitdə təhdidlər, hücumlar və müdafiə yolları” mövzusunda və “Azercell Telecom” MMC tərəfindən “Fraud” ilə bağlı məlumatlılıq” mövzusunda məruzələr dinlənilib.

Seminarın ikinci sessiyasında “Microsoft Azərbaycan” şirkəti tərəfindən “Müasir kibertəhlükəsizlik” mövzusunda, “Penteston” şirkəti tərəfindən isə “Serverdə təhlükəsizlik/Serversiz dünya” mövzusunda məruzələrlə çıxışlar edilib.

Tədbirdə gənclər gündəlik istifadə etdikləri qurğuların kibertəhlükələrdən mühafizəsi, onlara proqramların quraşdırılması, loqin və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsulları haqqında məlumatlandırılıb. Onlar informasiya sistemlərinə edilən müdaxilələrin qarşısının alınması ilə bağlı maarifləndirilib və kiberhücumların nəticələri, təhlükəsizlik tədbirləri haqqında danışılıb. Bildirilib ki, ziyanverici proqramlar hədəf qurğularda məlumatları oğurlamaq, silmək, sistemi sıradan çıxarmaq, işi ləngitmək xüsusiyyətinə malikdir.

Təqdimatla çıxış edən mütəxəssislər ilə gənclər arasında eyni zamanda praktik məsələlərə əsaslanan kibertəhlükəsizlik həlləri üzrə interaktiv sual-cavab sessiyası təşkil olunub. Müzakirələrdə ictimai fəal gənclər və gənclər təşkilatlarının məsul nümayəndələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda kibertəhlükəsizlik, habelə gənclərin maarifləndirmə səviyyəsinin artırılması sahəsində qarşıya qoyulmuş vəzifələrdən irəli gələn məsələlərin həlli üzrə reallaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Avropa İttifaqı Azərbaycanla kibertəhlükəsizlik sahəsində yeni layihə reallaşdıracaq

“Azercell”in dəstəyi ilə Quba məktəbliləri üçün kibertəhlükəsizlik mövzusunda təlimlər təşkil olunub

“Azercell”in dəstəyi ilə Sumqayıtda kibertəhlükəsizlik təlimləri təşkil olunub

AzerTelecom kibertəhlükəsizlik sahəsində qlobal şirkətlərin rəsmi tərəfdaşı olub

Azərbaycan “Qlobal Kibertəhlükəsizlik İndeksi”ndə 55-ci yerdə qərarlaşıb

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində bulud xidmətləri üzrə yeni məhsullar təqdim edilib

“Azercell” “Kibertəhlükəsizlik Həftəsinə” qoşulub

Kibertəhlükəsizlik həlləri üzrə beynəlxalq seminar öz işinə başlayıb

Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Bakıda kibertəhlükəsizlik sahəsində işçi görüşü keçirilib

Bakıda kibertəhlükəsizlik üzrə milli qruplarının bilik və bacarıqları yoxlanılıb

Azərbaycanda “Kibertəhlükəsizlik üzrə Milli Strategiya” hazırlanır

Bakıda MDB ölkələrində kibertəhlükəsizlik üzrə regional təlimlər keçirilir (FOTO)

“Kaspersky Lab”: Azərbaycan bankları kibertəhlükəsizlik siyasətinə yenidən baxmağa başlayıblar

Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində “Microsoft”la Anlaşma Memorandumu imzalayıb

“Kaspersky Lab” kibertəhlükəsizlik üzrə mütəxəssislər axtarır

Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilib

Hərbi Akademiyada kibertəhlükəsizlik məsələlərinə dair elmi-praktik konfrans keçirilib

Gəncədə qlobal informasiya mühitində kibertəhlükəsizlik məsələsi müzakirə olunub

15 İyun 2019, 16:17 (GMT +4)
Birinci vitse-prezident məzun gecəsinin iştirakçılarına müraciət ünvanlayıb

15 İyun 2019, 15:58 (GMT +4)
AGEM iştirakçıları İranın nüvə razılaşmasını dəstəklədiklərini təsdiq ediblər

15 İyun 2019, 15:57 (GMT +4)
İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə qaydası təsdiqlənib

15 İyun 2019, 15:56 (GMT +4)
ABŞ İrandan elektrik enerjisi və qaz alan İraqa daha 3 ay "güzəşt" edib

15 İyun 2019, 15:45 (GMT +4)
Gəncədə oğurluq edən şəxslər saxlanılıb

15 İyun 2019, 15:31 (GMT +4)
İran və Türkiyə prezidentləri arasında ikitərəfli görüş keçirilib

15 İyun 2019, 15:30 (GMT +4)
ADDA-da dövlət imtahanları keçirilir

15 İyun 2019, 15:21 (GMT +4)
Müdafiə naziri vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub

15 İyun 2019, 15:10 (GMT +4)
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib

15 İyun 2019, 15:00 (GMT +4)
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib

15 İyun 2019, 14:57 (GMT +4)
AGEM iştirakçıları Qüdsdə status-kvonun dəyişməsi ilə nəticələnəcək birtərəfli qərarlara qarşı çıxıb

15 İyun 2019, 14:46 (GMT +4)
Antalyada rus turistlərin olduğu avtobus qəzaya uğrayıb, xəsarət alanlar var 

15 İyun 2019, 14:42 (GMT +4)
PA-nın şöbə müdiri: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub

15 İyun 2019, 14:31 (GMT +4)
Səudiyyəli nazir Suriyada separatçı qüvvələrlə görüşlər keçirib (FOTO)

15 İyun 2019, 14:22 (GMT +4)
Rövnəq Abdullayev Ağcabədinin Boyat kəndinə təbii qaz verilməsi mərasimində iştirak edib

15 İyun 2019, 13:58 (GMT +4)
Alen Delon təcili olaraq xəstəxanaya yerləşdirilib

15 İyun 2019, 13:52 (GMT +4)
Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib

15 İyun 2019, 13:41 (GMT +4)
Bu günədək 451,62 ton yaş barama təhvil verilib

15 İyun 2019, 13:31 (GMT +4)
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı keçirilib (FOTOLAR)

15 İyun 2019, 13:31 (GMT +4)
Sabah Bakıda 35, bölgələrdə 38 dərəcə isti gözlənilir

15 İyun 2019, 13:31 (GMT +4)
Tanınmış almaniyalı jurnalist İsrail qüvvələrinin atəşi nəticəsində yaralanıb (VİDEO)

15 İyun 2019, 13:24 (GMT +4)
Baş Nazir Novruz Məmmədov Tacikistan Prezidenti ilə görüşüb

15 İyun 2019, 13:16 (GMT +4)
Bu ilin dörd ayı ərzində 249 əsər qeydiyyatdan keçirilib

15 İyun 2019, 13:03 (GMT +4)
Rəsmi Bakı: Ermənistan rəhbərliyinin mövqeyindəki qeyri-müəyyənliyə son qoyulmalıdır

15 İyun 2019, 12:46 (GMT +4)
Türkiyə Qüdsdə status-kvonun dəyişdirilməsinə qarşıdır - Ərdoğan

15 İyun 2019, 12:45 (GMT +4)
“ASAN xidmət”də Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

15 İyun 2019, 12:37 (GMT +4)
Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

15 İyun 2019, 12:31 (GMT +4)
Son hücumdan sonra neft gəmilərinin sığorta qiyməti 10 faiz artıb

15 İyun 2019, 12:28 (GMT +4)
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır

15 İyun 2019, 12:19 (GMT +4)
Əbülfəz Elçibəyin həyat yoldaşı Kələkidə torpağa tapşırılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12