Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Qartal yuvası” filminin təqdimatı keçirilib

22 May 2019, 09:50 (GMT +4)

Bakı, 22 may, SalamNews. Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirildi.

SalamNews-un məlumatına görə, “Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımız başına gətirdiyi müsibətlərdən söhbət açdı. “Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir. Müstəqilliyimiz uğrunda, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan hər bir şəhid bizim üçün əzizidir. Bu ölkədə yaşamağımızın ən vacib səbəblərindən biri də məhz bizim şəhidlərimizdir. Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə olardı. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq”, - deyə Vaqif Əliyev qeyd etdi.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında vurğuladı ki, həqiqətən də şəhidlər varsa, demək vətən də var. Şəhidlər xalqımızın qürur və inam yeridir: “Möhtərəm Prezidentin ötən il seçkilərdən sonra imzaladığı ilk sərəncam şəhid ailələri ilə bağlı idi. Bu sərəncama əsasən şəhid ailələrinə birdəfəlik yardım göstərildi. Ondan öncə və sonra da dövlət başçısı şəhid ailələrinə sosial qayğının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Bu yaxınlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Aprel döyüşlərinin qəhrəmanları ilə çox səmimi görüşü oldu. Müharibə veteranları, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir”.

Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bildirdi ki, bu cür ekran əsərlərinin məqsədi respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.
Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür etdi.
Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filmi nümayiş olundu.

Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçib. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir neçə kəndin azad edilməsində qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-i Seymurun son döyüşü olub. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə igidlik göstərən Seymur 21 yaşında qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 İyun 2019, 18:06 (GMT +4)
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

25 İyun 2019, 18:00 (GMT +4)
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

25 İyun 2019, 17:54 (GMT +4)
BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

25 İyun 2019, 17:51 (GMT +4)
Birinci vitse-prezident görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib

25 İyun 2019, 17:47 (GMT +4)
Tehran nüvə silahı əldə etməyə can atmır - İran XİN rəhbəri

25 İyun 2019, 17:25 (GMT +4)
“Nar” 4G istifadəçilərinin sayı700 minə çatıb

25 İyun 2019, 17:20 (GMT +4)
Ermənistanın keçmiş prezident Robert Koçaryan həbs edilib

25 İyun 2019, 17:13 (GMT +4)
Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

25 İyun 2019, 17:07 (GMT +4)
İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub

25 İyun 2019, 16:53 (GMT +4)
Nazirlik: Temperaturun yüksəlməsi təhlükəli hadisələrin artması ilə səciyyələnir

25 İyun 2019, 16:46 (GMT +4)
NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

25 İyun 2019, 16:42 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

25 İyun 2019, 16:42 (GMT +4)
İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib

25 İyun 2019, 16:17 (GMT +4)
S-400-ün tədarükü iyulda başlayacaq - Ərdoğan

25 İyun 2019, 16:09 (GMT +4)
İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur  

25 İyun 2019, 15:59 (GMT +4)
"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

25 İyun 2019, 15:48 (GMT +4)
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

25 İyun 2019, 15:48 (GMT +4)
Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

25 İyun 2019, 15:41 (GMT +4)
Külli miqdarda narkotik vasitə aşkar edilib 

25 İyun 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

25 İyun 2019, 15:27 (GMT +4)
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25 İyun 2019, 15:18 (GMT +4)
Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb

25 İyun 2019, 15:08 (GMT +4)
Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək

25 İyun 2019, 15:03 (GMT +4)
Şagird yerdəyişməsi elektronlaşdırılır

25 İyun 2019, 14:54 (GMT +4)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur

25 İyun 2019, 14:45 (GMT +4)
Zelenski AŞPA-nın Rusiya ilə bağlı qərarını məyusluqla qarşılayıb  

25 İyun 2019, 14:30 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

25 İyun 2019, 14:23 (GMT +4)
Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

25 İyun 2019, 14:21 (GMT +4)
Cin XİN: ABŞ-ın birtərəfli sanksiyaları əks təsir göstərir

25 İyun 2019, 14:17 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12