Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Vergilər Nazirliyinin əməkdaşları barəsində cinayət işi başlanıb

22 May 2019, 15:43 (GMT +4)

Bakı, 22 may, SalamNews.Azərbaycan Respublikası Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.

SalamNews-a daxil olan məlumatda deyilir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

Vergilər Nazirliyindən bir sıra Ərazi Vergilər İdarələrinin 2015-2018-ci illəri əhatə edən dövr üzrə fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Aparılmış araşdırmalarla 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Xızı və Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından tam və ya qismən olmaqla, ümumilikdə 511 min manat azaldaraq, həmin məbləğləri ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Bundan başqa, Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun eyni qaydada rayon Maliyyə idarəsindən daxil olmuş ödəniş sənədlərini (qəbzləri) saxtalaşdıraraq faktiki olaraq ödəniş olmadığı halda ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə ümumilikdə 412 min manat vəsait qeyd etməklə onlardan nağd şəkildə alıb mənimsəməsinə əsaslı şübhələr olduğundan material üzrə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla həmçinin, 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimovun eyni qaydada müvafiq maliyyə idarələrindən daxil olmuş ödəniş sənədlərinin (qəbzlərin) işlənilməsi zamanı 38 min manat vəsaiti faktiki ödəniş təyinatından yayındırmaqla ayrı-ayrı vergi ödəyicilərindən nağd şəkildə alınmış və büdcəyə ödənilməmiş vəsait əvəzinə onların şəxsi hesab vərəqələrinə vergi ödənişi kimi qeydiyyatını aparmaqla vergi ödəyicilərindən vergi ödənişi kimi nağd şəkildə alınmış həmin məbləği mənimsəməsinə əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.

Göstərilənlərlə yanaşı, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2017-2018-ci illər ərzində Qax rayon Maliyyə İdarəsindən təhvil aldığı vergi və rüsumlarla bağlı 47 min manat dəyərində ödəniş qəbzlərini skan edərək ora əvvəldən tanıdığı bəzi vergi ödəyicilərinin sadələşdirilmiş vergi kodu, ödəyicinin adı, VÖEN və vergi məbləği haqda yenidən qeydiyyat apararaq rəsmi sənədi saxtalaşdırmasına əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyi üzrə əmrlərlə xidməti fəaliyyətlərinin icrası zamanı yol verdikləri qanunazidd əməllərə görə müvafiq Ərazi Vergilər İdarələrinin 4 əməkdaşının vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş isə müvəqqəti olaraq tutduqları vəzifədən kənar ediliblər.

Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcək".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vergilər Nazirliyi: ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər

Vergilər Nazirliyi vergi ödəyicilərinə təşəkkür edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 6% artıb

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişdirilib

Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Vergilər Nazirliyi: 6 ayda qeyri-dövlət sektorunda 77 mindən çox yeni müqavilə qeydə alınıb

Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Vergilər Nazirliyinin yeni strukturu təsdiqlənib

Vergilər Nazirliyi kassa çeklərinin təqdim olunması ilə bağlı nəzarət tədbirlərinə başlayıb

Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə 8% artıb

Vergilər Nazirliyində ABŞ nümayəndəsi ilə görüş keçirilib

Vergilər Nazirliyi sosial yığımlar üzrə öhdəliyə 14% artıq əməl edib

Vergilər Nazirliyi sahələr üzrə vergi daxilolmalarını açıqlayıb

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində könüllülər üçün xüsusi bölmə yaradılıb

Vergilər Nazirliyi: Regionlardan vergi daxilolmaları 8,6 faiz artıb

21 Fevral 2020, 12:12 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub

21 Fevral 2020, 12:04 (GMT +4)
Milyarder Blumberq seçki kampaniyasına 409 milyon dollar xərcləyib

21 Fevral 2020, 11:54 (GMT +4)
Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

21 Fevral 2020, 11:52 (GMT +4)
Azərbaycan şirkətləri Moskvadakı beynəlxalq sərgidə mükafata layiq görülüb

21 Fevral 2020, 11:37 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük səfərə gələcək

21 Fevral 2020, 11:33 (GMT +4)
Bu gün Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur

21 Fevral 2020, 11:21 (GMT +4)
İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb

21 Fevral 2020, 11:08 (GMT +4)
Yəməndən Səudiyyəyə ballistik raketlər atılıb, havadan müdafiə qarşılıq verib (VİDEO)

21 Fevral 2020, 11:07 (GMT +4)
"Gənclərin Dostu Milli Müfafatı" təqdim olunub (FOTO)

21 Fevral 2020, 10:53 (GMT +4)
Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib

21 Fevral 2020, 10:36 (GMT +4)
Putin Hanauda baş verən hadisədə ölənlərlə bağlı Merkelə başsağlığı verib

21 Fevral 2020, 10:30 (GMT +4)
Azərbaycanda Novruz çərşənbələrinin tarixləri açıqlanıb

21 Fevral 2020, 10:20 (GMT +4)
Tramp ortağı Stounun bəraət qazanacağına ümid edir

21 Fevral 2020, 10:14 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub

21 Fevral 2020, 10:07 (GMT +4)
ABŞ İranın beş yüksək rəsmisinə sanksiya tətbiq edib

21 Fevral 2020, 10:01 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib

21 Fevral 2020, 09:55 (GMT +4)
Çində koronavirusdan ölənlərin sayı 2236 nəfərə çatıb

21 Fevral 2020, 09:37 (GMT +4)
Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

21 Fevral 2020, 09:35 (GMT +4)
ABŞ-ın terror etdiyi Haşd-Şabi komandiri əl-Mühəndisin xələfi müəyyənləşib (FOTO)

21 Fevral 2020, 09:30 (GMT +4)
Putin, Merkel və Makron İdlibdəki vəziyyətin gərginləşməsini müzakirə ediblər

21 Fevral 2020, 09:23 (GMT +4)
Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib (FOTO)

21 Fevral 2020, 09:13 (GMT +4)
Baş prokuror Şirvanda vətəndaş qəbulu keçirəcək

21 Fevral 2020, 09:10 (GMT +4)
Türkiyə MN: Suriyanın İdlib bölgəsində iki türk əsgəri ölüb

21 Fevral 2020, 09:00 (GMT +4)
İranda Parlament seçkilərinə start verilib

20 Fevral 2020, 18:33 (GMT +4)
İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

20 Fevral 2020, 18:08 (GMT +4)
AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi əməkdaşlıq müqaviləsi imzalayıb

20 Fevral 2020, 17:47 (GMT +4)
Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:43 (GMT +4)
“Könüllü Başlanan Uğurlu Yol” layihəsi başa çatıb

20 Fevral 2020, 17:41 (GMT +4)
Türkiyə Almaniyada baş vermiş terror aktını pisləyib

20 Fevral 2020, 17:25 (GMT +4)
TƏBİB-in İdarə Heyətinin sədri Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri ilə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66