Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda havanın daha çox çirkləndiyi yerlər açıqlanıb

22 May 2019, 16:55 (GMT +4)

Bakı, 22 may, SalamNews.Nəticələr göstərir ki, Bakının Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır.

SalamNews-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, dünyanın iri şəhərlərinə xas olan keyfiyyəti hava problemi Bakı şəhəri üçün də səciyyəvidir.

Burada iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması ilə bağlı nəqliyyatın çoxluğu atmosfer havasına öz mənfi təsirini göstərməkdədir.

U.Tağıyeva əlavə edib ki, may ayında keçirilən atmosfer havasının səyyar monitorinqinin nəticələrinə əsasən, Bakının Nəsimi, Xətai, Nizami, Səbail, Nərimanov, Yasamal və Sabunçu yaşayış məntəqələrində çirkləndirici qaz qarışıqları sanitar normadan bir gədər çox olub. Bu da həmin ərazilərdə maşınların say çoxluğu ilə izah olunur:"Tozun miqdarının normadan yuxarı olması demək olar ki, Bakının bütün rayonlarında tikinti quraşdırma fəaliyyətinin aparılması ilə bağlıdir.

Nəticələr göstərir ki, Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır".
U.Tağıyeva bildirib ki, n əqliyyatdan olan təsirləri müəyyənləşdirmək üçün Neftçilər, Dərnəgül, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Şərifzadə küçəsi Xırdalan–Sumqayıt yolunda keçirilmiş monitorinqə görə azot 4-oksidin və dəm qazının konsentrasiyaları normanı aşıb. Nəqliyyatdan olan təsirlər ən çox Lökbatan dairəsində özünü göstərir. Bu yer həm şəhərdaxili, həm də səhərkənarı nəqliyyatın sıx hərəkət etdiyi ərazidir.Digər ərazilərlə müqaisədə Nobel prospektində daha əlverişsiz şərait müşahidə olunub ki, bu da Neft Emalı zavodunun təsiri ilə bağlıdır.

Departament direktoru deyib ki, Bakı şəhəri Heydər Əliyev adına “Neft Emalı” zavodu ətrafında aparılan monitorinqin nəticələrinə görə çirkləndirici qaz qarışıqlarının konsentrasiyası digər ərazilərlə mügayisədə daha yüksək olub:

"Təhlilləri müqayisəli aparmaq üçün Abşeron bağlarının yerləşdiyi ərazidə -Bilgəh, Mərdəkan, Novxanı və digər şəhərətrafı ərazilərdə atmosfer havasından nümunələr götürüldü və azot-4 oksid, kükürd qazı, dəm qazı, Toz və aromatik karbohidrogenlərin (benzol, toluol, etil-benzol, orto-ksilol, metil-ksilol) təyini üzrə analizlər aparıldı. Bu ərazilər hava keyfiyyətinə görə təmiz ərazilər kimi qiymətləndirilə bilər".

U.Tağıyeva bildirib ki, Sumqayıt şəhərində aparılan anoloji monitoriqlərin nəticələrinə əsasən, Tağıyev və Corat qəsəbələrində havanın keyfiyyət göstəriciləri sanitar norma daxilində olub:

"Ümumiyyətlə, iki şəhər üzrə müqayisəli təhlil göstərir ki, Sumqayıt şəhərinin atmosfer havasının keyfiyyəti daha əlverişlidir. Bu bir daha göstərir ki, istehsalat sahələrində müasir yeni texnologiyaların tərbiqi ilə ekoloji vəziyyəti yaxşılaşdırmaq mümkündür. Nazirlik tərəfindən atmosfer havasının daha təmiz olması və insanların sağlam yaşaması istiqamətində sağlamlaşdırıcı tədbirlər davam etdirilir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ETSN-də Azərbaycan-Yaponiya əlaqələri müzakirə edilib

ETSN: Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır

ETSN vətəndaşlara müraciət edib

ETSN ovlanmasına icazə verilən və verilməyən heyvanların adlarını açıqlayıb

ETSN: Məqsəd ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir

ETSN dövlət qurumları və jurnalistlər arasında bilik yarışı təşkil edib (FOTO,VİDEO)

ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş olub

ETSN: Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək

ETSN-də Serbiyanın nümayəndə heyəti ilə görüş olub

ETSN: Kürütökmə dövründə balığın ovlanması onun kökünün kəsilməsi deməkdir

ETSN: Xəzər dənizini çirkləndirənlərə qarşı vəsatət qaldırılacaq

ETSN kəsilən ağaclarla bağlı rəsmi açıqlama verib

ETSN Göygöl Milli Parkında satış köşklərinin qurulmasına razılıq verib

ETSN-nin tabeliyində olan balıqartırma zavodları özəlləşdirməyə çıxarılır

ETSN: Təbiətə ziyan vuran cəzasını alacaq

ETSN-in nümayəndələri Cocuq Mərcanlıya səfər edib

ETSN: Ağac kəsən cərimələnib

ETSN: Məqsədimiz ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır

ETSN: Ağac tinglərinin paylanılması aksiyası davam edir

ETSN-nin təşkilatçılığı ilə ağacəkmə aksiyaları geniş vüsət alıb (FOTO)

25 İyun 2019, 12:44 (GMT +4)
BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçıları üçün mədəni tədbir təşkil olunub (FOTO)

25 İyun 2019, 12:33 (GMT +4)
“Nar”ın eşitmə məhdudiyyətli insanlar üçün peşə təlimləri davam edir

25 İyun 2019, 12:30 (GMT +4)
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür

25 İyun 2019, 12:25 (GMT +4)
İrana hücum etmək üçün Konqresin təsdiqinə ehtiyacım yoxdur - Tramp

25 İyun 2019, 12:18 (GMT +4)
"Azərişıq"da struktur dəyişikliyi olub

25 İyun 2019, 11:40 (GMT +4)
Ərdoğan və Tramp Yaponiyada görüşəcək

25 İyun 2019, 11:40 (GMT +4)
Azərbaycanlı şagirdlər daha bir uğura imza atıb

25 İyun 2019, 11:29 (GMT +4)
Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib

25 İyun 2019, 11:16 (GMT +4)
Hindistanda avtobusun uçuruma düşməsi nəticəsində 6 nəfər həlak olub

25 İyun 2019, 11:09 (GMT +4)
Polis çayda boğulan qadının həyatını xilas edib

25 İyun 2019, 10:53 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynovla vida mərasimi keçirilir

25 İyun 2019, 10:46 (GMT +4)
Monteneqronun Baş Naziri Duşko Markoviç İçərişəhərlə tanış olub

25 İyun 2019, 10:20 (GMT +4)
Tramp G-20 sammitində Putinlə görüşəcək

25 İyun 2019, 10:20 (GMT +4)
Sabunçu qəsəbəsində naməlum kişi meyiti aşkar edilib

25 İyun 2019, 10:02 (GMT +4)
Lent.az 11 yaşını qeyd edir

25 İyun 2019, 09:50 (GMT +4)
İran XİN: Fars körfəzindəki qoşunların çıxarılması Vaşinqtonun marağındadır

25 İyun 2019, 09:37 (GMT +4)
Bakıda evakuatorların fəaliyyəti bərpa edilir (XƏBƏRDARLIQ)

25 İyun 2019, 09:33 (GMT +4)
Novruz Məmmədov Bolqarıstan Baş Nazirinin müavini ilə görüşüb

25 İyun 2019, 09:22 (GMT +4)
“KOB klaster şirkəti”nin meyarları təsdiqlənib

25 İyun 2019, 09:12 (GMT +4)
Tramp İranın ali liderinə qarşı sanksiyalar tətbiq edib

25 İyun 2019, 09:00 (GMT +4)
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb

24 İyun 2019, 20:17 (GMT +4)
Jurnalistlər üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib (FOTO)

24 İyun 2019, 20:00 (GMT +4)
Görkəmli alim Şirməmməd Hüseynov vəfat edib

24 İyun 2019, 18:40 (GMT +4)
Ramil Usubovun sədrliyi ilə BDU-da buraxılış işlərinin müdafiəsi keçirilib

24 İyun 2019, 18:32 (GMT +4)
Vaqif Dərgahlı Prezident tərəfindən təltif edilib

24 İyun 2019, 18:18 (GMT +4)
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

24 İyun 2019, 18:01 (GMT +4)
Hindistan və Rusiya turoperatorları Azərbaycanın turizm potensialı ilə tanış olublar

24 İyun 2019, 17:58 (GMT +4)
Almaniyada iki "Eurofighter" qırıcısı qəzaya uğrayıb

24 İyun 2019, 17:57 (GMT +4)
Azercell yenilənmiş rəqəmsal məhsullar portfelini təqdim edib

24 İyun 2019, 17:52 (GMT +4)
Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12