Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək

24 May 2019, 15:10 (GMT +4)

Bakı, 24 may, SalamNews.Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 26-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

DİM-dən SalamNews-a bildirilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılacaq.

Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Bu sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2019-cu il aprelin 26-dan mayın 7-dək aparılıb və 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan bölməsi, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 3803 nəfəri oğlanlar, 4955 nəfəri qızdır. 5575 nəfər ali təhsil müəssisələrinin builki, 3183 nəfər isə əvvəlki illərin məzunlarıdır. 16 bakalavr xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar təşkil olunur. təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİM dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərə müraciət edib

ABŞ Livan ordusuna 150 hərbi texnikadan ibarət yardım göstərib

Azərbaycanın Birinci vitse-prezidenti Vladimir Putinə məktub ünvanlayıb

“Nar” korporativ müştərilərə sərfəli qiymətlər təqdim etməkdə davam edir

DİM: Kolleclərə əlavə qeydiyyat başlayıb

ABŞ miqrantlara dövlət yardımını dayandıracaq

DİM: Bu il bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az olub

Zakir Həsənov: "Müasir hərbi infrastrukturların qurulması ilə bağlı addımlar atılır"

DİM sədri: “İlkin nəticələrə görə universitetlərə qəbul planı 88 faiz dolub”

Sanksiyalara görə İrandakı əfqan qaçqınlara beynəlxalq yardımları çatdırmaq mümkün deyil - Beynəlxalq Təşkilat

Daha 50 avtomobil Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Kassa çeklərinin təqdim edilməməsi ciddi maliyyə sanksiyalarına səbəb ola bilər

DİM Bakıda IAEA-nın 45-ci illik konfransını keçirəcək

Komitə: Qurban bayramının "ət bayramı" kimi təqdim edilməsi onu mahiyyətindən uzaqlaşdırır

DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib

BP ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirin qiymətləndirilməsi sənədini təqdim edib

DİM: Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı uzadılmayacaq

ABŞ Suriyada kürd bölmələrinə 200 texnikadan ibarət hərbi yardım göndərib (VİDEO)

Dövlət Departamenti Türkiyəni Suriya üzrə addımlarını əvvəlcədən müzakirə etməyə çağırır

DİM: 60 minə yaxın abituriyent ərizəsini təsdiq edib

20 Avqust 2019, 00:01 (GMT +4)
İslam dünyası Qədir-Xum bayramını qeyd edir

19 Avqust 2019, 18:00 (GMT +4)
Vergilər naziri Quba rayonunda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 17:53 (GMT +4)
Avro-2020: Bakıya işgüzar səfər başlayıb

19 Avqust 2019, 17:41 (GMT +4)
XİN: Azərbaycan və Gürcüstan sərhədində razılaşdırılmamış ərazilərə birgə baxış keçiriləcək

19 Avqust 2019, 17:36 (GMT +4)
Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

19 Avqust 2019, 17:20 (GMT +4)
Vilayət Eyvazov “N” saylı hərbi hissədə olub (FOTO)

19 Avqust 2019, 17:16 (GMT +4)
Sərbəst buraxılan İran neft gəmisinin növbəti hərəkət istiqaməti bəlli olub

19 Avqust 2019, 17:00 (GMT +4)
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq “Relaks” istirahət mərkəzi ilə bağlı məlumat yayıb

19 Avqust 2019, 16:44 (GMT +4)
AQTA sahibkarlara çağırış edib

19 Avqust 2019, 16:30 (GMT +4)
BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

19 Avqust 2019, 16:20 (GMT +4)
Sudanın sabiq prezidenti ilk mühakiməsində Səudiyyə vəliəhdindən 25 milyon dollar hədiyyə aldığını bildirib

19 Avqust 2019, 16:18 (GMT +4)
Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

19 Avqust 2019, 16:16 (GMT +4)
Kənd təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 15:50 (GMT +4)
“Aqrar Tədarük və Təchizat”ın əməkdaşları Cənubi Koreyada təlimdə iştirak edir

19 Avqust 2019, 15:32 (GMT +4)
Nazirlik: Vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

19 Avqust 2019, 15:27 (GMT +4)
Azərbaycanda 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

19 Avqust 2019, 15:14 (GMT +4)
İranda bir maşından 6 ton narkotik maddə aşkarlanıb (VİDEO)

19 Avqust 2019, 15:01 (GMT +4)
Rektor ATU-ya qəbul olan gəncləri təbrik edib

19 Avqust 2019, 14:55 (GMT +4)
Tarix İnstitutunda İrəvan xanları nəslinin nümayəndəsi ilə görüş olub

19 Avqust 2019, 14:39 (GMT +4)
Azərbaycanda peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır

19 Avqust 2019, 14:32 (GMT +4)
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib

19 Avqust 2019, 14:30 (GMT +4)
DİN: İnstagramda tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb

19 Avqust 2019, 14:14 (GMT +4)
Suriya təyyarələri İdlibin cənubunda Türkiyə hərbi karvanını hədəfə alıb (VİDEO)

19 Avqust 2019, 14:14 (GMT +4)
BŞTİ vakansiya seçiminə start verib

19 Avqust 2019, 13:50 (GMT +4)
DİN: Polisə silahlı hücumla bağlı yalan məlumat verən şəxs tutulub

19 Avqust 2019, 13:44 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

19 Avqust 2019, 13:30 (GMT +4)
Gədəbəydə 5 otaqlı ev yanıb

19 Avqust 2019, 13:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 Avqust 2019, 12:54 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edəcək

19 Avqust 2019, 12:42 (GMT +4)
Fəvvarələr Meydanında növbəti konsertlər baş tutub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12