Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib

24 May 2019, 09:18 (GMT +4)

Bakı, 24 may, SalamNews.Mayın 23-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin 19-cu iclası keçirilib.

SalamNews DGK-ya istinadən xəbər verir ki, tədbirdə MDB üzv dövlətlərin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətləri hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətləri hüquq-mühafizə bölmələrinin rəhbərləri, MDB üzv dövlətlərin Terrorizmə Qarşı Mübarizə Mərkəzi, Mütəşəkkil Cinayətkarlığa və Digər Təhlükəli Cinayət Növlərinə Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosu və MDB sərhəd qoşunlarına rəhbərlik edən Şuranın əlaqələndirmə xidmətinin nümayəndələri iştirak ediblər.

İclasın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev çıxış edərək MDB üzv dövlətlərin Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin (GXRŞ HMBBK) iclasının 4-cü dəfə Azərbaycanda keçirilməsinə görə Şura rəhbərliyinə təşəkkürünü bildirib. Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan Gömrük Xidməti gömrük işinin hüquq-mühafizə sahəsinə xüsusi diqqət göstərir və bu sahədə regional və beynəlxalq əməkdaşlığa böyük önəm verir.

Əsgər Abdullayev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkənin gömrük orqanlarının sürətlə inkişaf etdiyini vurğulayıb, bütün sahələrdə olduğu kimi, qaçaqmalçılığın, hüquqpozmaların qarşısının alınması istiqamətində də mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Son illər gömrük sistemində aparılan islahatların, "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması ilə yanaşı, qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin də effektivliyinin artırılmasında, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığı qeyd olunub. Əsgər Abdullayev iclasda aparılan müzakirələrin təcrübə mübadiləsinin və hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, iştirakçı ölkələrin hüquq-mühafizə sahəsindəki fəaliyyətinə fayda verəcəyinə əminliyini ifadə edib.

Sonra iclasda çıxış edən Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Oleq Qubaydulin iclasın səmərəli keçirilməsi üçün yaradılan şəraitə, diqqət və qayğıya görə Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Oleq Qubaydulinin sədrliyi ilə keçirilən iclasın gündəliyinə əsasən, öncə GXRŞ HMBBK-nın fəaliyyət strategiyasının reallaşdırılması ilə bağlı vəziyyət barədə iclas sədrinin məlumatı dinlənilib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı "Gömrük sahəsində cinayət və hüquqpozmaların qarşısının alınması işinin təşkili üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təcrübəsi" mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dayanıqlı və davamlı inkişaf strategiyasına uyğun olaraq ölkənin sürətlə inkişaf etdiyi, xarici ticarət dövriyyəsinin, Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalarının və ölkəyə səyahət edən insanların sayının artdığı vurğulanıb. Gömrük sistemində həyata keçirilən islahatlar barədə də məlumat verilib, tətbiq edilən yeniliklərin qaçaqmalçılıq və hüquqpozmalara qarşı mübarizə sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratdığı diqqətə çatdırılıb.

Eyni zamanda, təqdimatda Azərbaycan gömrüyünün hüquq-mühafizə sahəsindəki fəaliyyəti - yeniliklər və islahatların müsbət təsiri, qaçaqmalçılığın və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizə istiqamətində əldə olunan nəticələr, müasir informasiya texnologiyalarının tətbiqi və digər məsələlərlə bağlı məlumat verilib.

Sonra digər iştirakçı ölkələrin nümayəndələrinin çıxışları dinlənilib, iclasın gündəliyindəki məsələlər müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

DGK sədri: Biz dövlət olaraq sahibkarın qanuni ticarətlə məşğul olmasını təşviq etməliyik

DGK avqustda büdcəyə ödənişlərini 20%-ə yaxın artırıb

DGK ölkədən xarici valyuta və zərgərlik məmulatının qanunsuz çıxarılmasının qarşısını alıb

DGK külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısını alıb

DGK vətəndaş qəbulu prosesi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DGK ölkəyə qanunsuz ehtiyat hissələri və siqaret gətirilməsinin qarşısını alıb (FOTO)

DGK maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlayıb (FOTO)

Yeddi ayda DGK büdcəyə 2,4 milyard manatdan çox vəsait köçürüb

DGK iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb

DGK “Mazımçay” gömrük postunda yaranan sıxlığa aydınlıq gətirib

DGK maşının yanacaq çənində xeyli sayda pirotexniki vasitə aşkarlayıb

DGK: Avtomobildə gizlədilən müxtəlif markalı ətirlər aşkarlanıb

DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

DGK mobil telefonlarla bağlı yayılmış məlumatlara aydınlıq gətirib

DGK sədri: Media islahatların reallaşdırılması prosesində gömrük xidmətinə xüsusi dəstək göstərib

DGK-da görüş keçirilib

DGK-nın Akademiyası “Məzun Günü” keçirib

DGK: Siqaret, mobil telefonlar və aksesuarlar aşkar edilib

DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

21 Sentyabr 2019, 13:35 (GMT +4)
Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

21 Sentyabr 2019, 13:18 (GMT +4)
ETSN: Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb

21 Sentyabr 2019, 12:51 (GMT +4)
Leyla Əliyeva Dənizkənarı Milli Parkda “Bir günəş altında” adlı fotosərgidə iştirak edib

21 Sentyabr 2019, 12:35 (GMT +4)
Sepah komandanı İrana qarşı hərbi addım haqda ABŞ və müttəfiqlərinə ciddi xəbərdarlıq edib

21 Sentyabr 2019, 12:34 (GMT +4)
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub (FOTOLAR)

21 Sentyabr 2019, 12:02 (GMT +4)
Nazir Azad Rəhimov Abşeron sakinləri ilə görüşüb

21 Sentyabr 2019, 11:57 (GMT +4)
Aramco-nun vurulmasından sonra ABŞ Səudiyyəyə yeni hərbi qüvvələr göndərəcəyini bildirib

21 Sentyabr 2019, 11:42 (GMT +4)
Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

21 Sentyabr 2019, 11:34 (GMT +4)
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edilib

21 Sentyabr 2019, 11:25 (GMT +4)
Misirdə prezident Əbdül-Fəttah Sisiyə qarşı kütləvi etiraz aksiyaları baş qaldırıb (VİDEO)

21 Sentyabr 2019, 11:24 (GMT +4)
Bu gündən müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turu başlayır

21 Sentyabr 2019, 11:21 (GMT +4)
Bakıda 40 min manatlıq dələduzluq edən şəxs tutulub

21 Sentyabr 2019, 11:06 (GMT +4)
“Azəriqaz”: Cari ildə 209 bina üzrə 13 min 274 mənzilə təbii qaz verilib

21 Sentyabr 2019, 11:03 (GMT +4)
Aramco-nun vurulmasından sonra husilər Səudiyyəyə hərtərəfli atəşkəs təklif ediblər

21 Sentyabr 2019, 10:41 (GMT +4)
Ceyhun Bayramov Əbdus Salam Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

21 Sentyabr 2019, 10:34 (GMT +4)
ABŞ İranın Mərkəzi Bankına yeni sanksiyalar tətbiq etməyə başlayıb

21 Sentyabr 2019, 10:22 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

21 Sentyabr 2019, 10:04 (GMT +4)
Kərbəlada zəvvarların mikroavtobusu partladılıb - Azı 11 şəhid var (VİDEO)

21 Sentyabr 2019, 10:02 (GMT +4)
Prezident İlham Əliyev Maltanın dövlət başçısını təbrik edib

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66