Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Arif Rəhimov Monakoda "Formula 1"lə bağlı iqtisadi forumda iştirak edib

24 May 2019, 16:18 (GMT +4)

Bakı, 24 may, SalamNews. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov Monako Qran-prisi ərəfəsində "Formula 1"in işgüzar fəaliyyətinə dair ənənəvi olaraq keçirilən iqtisadi forumun builki buraxılışında iştirak edib.

BŞH-dan SalamNews-a verilən məlumata görə, “Financial Times” qəzetinin təşkilatçılığı ilə hər il “Monako və bu şəhərin “Formula 1”dəki yeri” adı altında keçirilən forum bu il Monako Qran-prisinin 90 illiyi münasibətilə xüsusi mövzuya - “Formula 1”in iqtisadi faydaları”na həsr olunub.

BŞH-nin dəstək göstərdiyi forumda natiq qismində Rəhimovdan savayı, Monako Qran-prisinin strateji məsləhətçisi və qlobal səfiri Erik Bulliyer, “Formula One Management” şirkətinin təşkilati və işgüzar əlaqələr üzrə baş direktoru Kloy Target-Adams, UBS şirkətinin sponsorluq və tədbirlər departamentində brend aktivasiyası üzrə qrup rəhbəri Biyorn Vaspi, “Williams” komandasının rəhbər köməkçisi Kler Uilyams və “Sky Sports” telekanalının "Formula 1" üzrə rəhbəri Skot Yanq qatılıb.

Sayca 3-cü foruma avtoidman dünyasından 100-dək ali nümayəndə, o cümlədən “Formula 1”də sponsor kimi çıxış edən şirkətlərin təmsilçiləri, bilet və qonaqlama xidmətinə dair agentliklər, komanda rəhbərləri və digər yuxarı səviyyəli idarəçilər dəvət olunub.

Rəhimov şəhərin mərkəzi küçələrində keçirilən Azərbaycan Qran-prisinin ölkəyə və xüsusən də paytaxt Bakıya qazandırdığı iqtisadi və sosial faydalardan, qlobal təqdimat baxımından yarışın yaratdığı geniş imkanlardan danışıb.

Forum zamanı digər natiqlər "Formula 1"in yeni rəhbərliyinin bu idmanın təşkilatçılığına gətirdiyi yeniliklər və onun təsirləri, yarışın ümumi iqtisadi faydaları, yarış məkanlarında qlobal və yerli brendlər üçün yaradılmış yeni sponsorluq imkanları, gəncləşən “Formula 1” auditoriyasının yeni cağırışları və təqvimə əlavə olunan yeni yarış məkanlarının mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, BŞH Monakodakı forumda təmsil olunması təsadüfü deyil. Əməliyyat şirkəti Bakıda 200-dək nümayəndənin, o cümlədən “Formula 1”in rəhbərliyi, avtoidman dünyasının aparıcı nümayəndələri və beynəlxalq media təmsilçilərinin iştirakı ilə indiyədək son 3 il ərzində hər il ardıcıl olaraq "Formula 1" yarışlarının ölkəyə faydaları mövzusunda beynəlxalq konfrans keçirib. Bundan başqa şirkətin təşəbbüsü ilə ilk iki ildə baş tutan Qran-prilərin ölkəyə gətirdiyi birbaşa və dolayı gəlirlərinin müəyyənləşdirilməsinə dair müstəqil araşdırma həyata keçirilib və bu araşdırmanın nəticələri ictimaiyyətə təqdim olunub.  


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Arif Rəhimov sponsorların cəlb olunması ilə bağlı açıqlama verib

Arif Rəhimov: “Avro-2020” və Formula 1 yarışlarının eyni vaxta salınması əla olardı

Arif Rəhimov: Formula 1 Qran Prisi Azərbaycana uğur gətirdi

Ödəməli olduğumuzdan çox ödəyirik - Arif Rəhimov

Arif Rəhimov: "Formula One Group"-un yeni başçısı bizi dəstəkləyir

Qreq Maffeyin səsləndirdiyi bəzi fikirlər təəccüb doğurur- Arif Rəhimov

Arif Rəhimov: Şəhərimizin və ölkəmizin təqdimatı “Formula-1” Azərbaycan Qran-prisinin nüfuzunu artırıb

13 Oktyabr 2019, 23:25 (GMT +4)
Vasim Məmmədəliyev vəfat edib

13 Oktyabr 2019, 19:36 (GMT +4)
Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib

13 Oktyabr 2019, 11:00 (GMT +4)
Azərbaycanda dəmir yolu işçiləri peşə bayramını qeyd edirlər

12 Oktyabr 2019, 17:00 (GMT +4)
Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

12 Oktyabr 2019, 16:54 (GMT +4)
KİV: Türkiyədə "Al Arabiya"nın müxbiri saxlanılıb

12 Oktyabr 2019, 16:40 (GMT +4)
Livan Suriya hökumətinin Ərəb Liqasına qaytarılmasını tələb edib

12 Oktyabr 2019, 16:39 (GMT +4)
ASK ilə Monteneqro Ticarət Palatası arasında saziş imzalanıb

12 Oktyabr 2019, 16:32 (GMT +4)
Makron Trampla Türkiyənin Suriyadakı əməliyyatının dayandırılmasının vacibliyindən danışıb

12 Oktyabr 2019, 16:20 (GMT +4)
ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək

12 Oktyabr 2019, 15:59 (GMT +4)
Husilər ABŞ-ın Səudiyyəyə yeni qüvvə göndərməsinə münasibət bildirib: Vyetnamdan ibrət götürün

12 Oktyabr 2019, 15:52 (GMT +4)
Vladimir Putin: Rusiya İran ətrafındakı vəziyyətin həlli üçün əlindən gələni edəcək

12 Oktyabr 2019, 15:41 (GMT +4)
MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası oktyabrın sonunda Bakıda keçiriləcək

12 Oktyabr 2019, 15:32 (GMT +4)
Putin Ermənistanın baş naziri ilə telefon danışığı keçirib

12 Oktyabr 2019, 15:17 (GMT +4)
Kürd bölmələri minlərlə İŞİD üzvünü sərbəst buraxacaqları ilə bağlı xəbərdarlıq ediblər

12 Oktyabr 2019, 15:10 (GMT +4)
Xəzərdə balıqçının itkin düşməsi ilə əlaqədar Qazaxıstan, Türkmənistan və Rusiyaya müraciət olunub 

12 Oktyabr 2019, 14:58 (GMT +4)
"Barış Pınarı" əməliyyatının hədəfi terrorçulardır - TBMM sədri

12 Oktyabr 2019, 14:43 (GMT +4)
Vətəndaşı aldadaraq bank hesabından pul çıxaran şəxslər tutulublar

12 Oktyabr 2019, 14:27 (GMT +4)
Pompeo: ABŞ kürdlərə dəstək vermək niyyətindədir

12 Oktyabr 2019, 14:22 (GMT +4)
Dövlət Komitəsinin nümayəndə heyəti Polşada səfərdədir

12 Oktyabr 2019, 14:08 (GMT +4)
İranın ilk hərbi rəsmisi neft gəmisinə edilən hücuma münasibət bildirib: Cavabsız qalmayacaq

12 Oktyabr 2019, 14:07 (GMT +4)
İstirahət günü Bakıda 22 dərəcə isti gözlənilir

12 Oktyabr 2019, 13:58 (GMT +4)
Türkiyə ordusu Suriyanın Ras əl-Ayn şəhərini nəzarətə götürüb

12 Oktyabr 2019, 13:45 (GMT +4)
“Nar vadisi” aqroturu təşkil edilib (FOTOLAR)

12 Oktyabr 2019, 13:28 (GMT +4)
Türkiyənin əməliyyatı fonunda kürdlər Dəməşqə nümayəndə heyəti göndəriblər

12 Oktyabr 2019, 13:16 (GMT +4)
Yaponiyada "Hagibis" tayfunu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb

12 Oktyabr 2019, 13:01 (GMT +4)
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

12 Oktyabr 2019, 12:46 (GMT +4)
Rusiyada qayıq batıb, ölən və itkin düşənlər var

12 Oktyabr 2019, 12:40 (GMT +4)
Müdafiə naziri: Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur

12 Oktyabr 2019, 12:31 (GMT +4)
Azərbaycan prezidenti və Ermənistan baş naziri gərginliyin azaldılması imkanlarını müzakirə edib

12 Oktyabr 2019, 12:24 (GMT +4)
Özbəkistanlı İŞİD-çilərin 64 uşağı İraqdan Daşkəndə gətirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66