Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təhsil Nazirliyi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

24 May 2019, 16:51 (GMT +4)

Bakı, 24 may, SalamNews.Təhsil Nazirliyi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Nazirlikdən SalamNews-a verilən məlumatda deyilir ki, son günlər kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materiallar yayımlanır.

Belə ki, 22 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli video görüntü yayımlanıb. Yayılan video görüntüdə insanın şərəf və ləyaqətini açıq-aydın alçaldan hərəkətlər nümayiş etdirilib, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib, bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib.

Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmayıb, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilib.

Məlum olduğu kimi, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, zorakılığı, qəddarlığı və dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr yaymaq və böhtan atmaq qəti qadağandır. Belə ki, bəzi xəbər saytları əsassız olaraq təcavüzə məruz qalmış müəllim barəsində yoxlanılmamış məlumatları kütləvi şəkildə və təxribat yönümlü başlıqlarla vermiş (“Azərbaycanda BİABIRÇILIQ”, “Azərbaycanda müəllim əxlaqsızlığa görə vəhşicəsinə döyüldü”), zorakılıq və qəddarlığı təsvir edən, etikaya zidd olan ifadələrdən istifadə edilən səsli video görüntüləri açıq və kütləvi şəkildə öz internet səhifələri və sosial media üzərindən yaymışdır. Məlumatın bu cür təqdim edilməsinin məntiqi nəticəsi olaraq bəzi sosial media izləyiciləri bu görüntülərə və müəllimə qarşı zorakılığa haqq qazandırmış, bu kimi hallarda yerində mühakimənin aparılmasını təqdirəlayiq hal kimi bəyənmişdilər.

Bununla əlaqədar yuxarıda qeyd edilən faktlara hüquqi qiymətin verilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Mətbuat Şurasına göndərilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi rektorlara tapşırıq verib

Ötən ay Təhsil Nazirliyinə 22 557 müraciət daxil olub

Təhsil Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim olunub (FOTO)

Təhsil Nazirliyi: 33 namizədin imtahan nəticəsi ləğv edilib

Təhsil Nazirliyində İctimai Şura yaradılacaq

Təhsil Nazirliyinin rəsmi internet resursu ilk üçlükdə qərarlaşıb

Təhsil Nazirliyi: 1305 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi: 14 iyun “Son zəng”dir

Təhsil Nazirliyinə diplomların tanınması ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Təhsil Nazirliyi media nümayəndələri üçün maarifləndirici təlim keçirəcək

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası yenilənib

Təhsil Nazirliyi: Ağstafa və Şəmkirdə vətəndaşlar qəbul ediləcək

Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib

Təhsil Nazirliyi fövqəladə hallarla bağlı “Qaynar xətt”i istifadəyə verib

Təhsil Nazirliyi “Məktəbimizdə” adlı yeni fotorubrikaya başlayır

Təhsil Nazirliyi məktəblilərin yol qəzasına düşməsi ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyinə daxil olan müraciətlərin statistikası açıqlanıb

Təhsil Nazirliyi “Twitter”dən istifadəyə görə üçüncü yerdədir

Təhsil Nazirliyi "Formula 1"lə bağlı məktəblərə təlimat göndərib

Təhsil Nazirliyi müasir texnologiyaların tətbiqini genişləndirir

20 Avqust 2019, 17:05 (GMT +4)
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya planların icrasına başlayır

20 Avqust 2019, 17:01 (GMT +4)
Azərbaycanda 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

20 Avqust 2019, 16:59 (GMT +4)
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib

20 Avqust 2019, 16:45 (GMT +4)
Kreml: Putin və Zelenskinin görüşəcəyinə dair heç bir işarə yoxdur

20 Avqust 2019, 16:31 (GMT +4)
İran neft gəmisini 45 gün saxladığına görə Britaniyadan kompensasiya tələb edib

20 Avqust 2019, 16:28 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri artıb

20 Avqust 2019, 16:19 (GMT +4)
Azərbaycanda avtomobil benzini istehsalı 2,3% artıb

20 Avqust 2019, 16:05 (GMT +4)
Taylandda qatar relsdən çıxıb

20 Avqust 2019, 15:48 (GMT +4)
Abşeronda evdən 5000 manatlıq oğurluq edilib

20 Avqust 2019, 15:36 (GMT +4)
Bəşər Əsəd qruplaşmaların Xan-Şeyxundan qaçmasına münasibət bildirib

20 Avqust 2019, 15:34 (GMT +4)
Türkiyə SQ-nə 40 min yerli istehsal olunan MPT-76 tüfəngi tədarük edilib

20 Avqust 2019, 15:30 (GMT +4)
DYP Bakıda maarifləndirici aksiyalar keçirir

20 Avqust 2019, 15:12 (GMT +4)
“Şahdəniz” qazının ixracı 35% artıb

20 Avqust 2019, 14:58 (GMT +4)
İraqın şimalında 5 PKK terrorçusu zərərsizləşdirilib

20 Avqust 2019, 14:42 (GMT +4)
Medvedev rüşvət almaqda ittiham edilən məmuru vəzifəsindən azad edib

20 Avqust 2019, 14:29 (GMT +4)
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

20 Avqust 2019, 14:21 (GMT +4)
Hirkan Milli Parkında yanğın baş verib

20 Avqust 2019, 14:16 (GMT +4)
Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən qənd istehsalı sexi aşkarlanıb (FOTO)

20 Avqust 2019, 14:02 (GMT +4)
Ukrayna və Türkiyə yeni nəsil uçuş aparatı hazırlayır 

20 Avqust 2019, 13:56 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

20 Avqust 2019, 13:36 (GMT +4)
Çin XİN: ABŞ-ın raket sınağı yeni bir silah yarışına səbəb olacaq

20 Avqust 2019, 13:27 (GMT +4)
Radikal qruplaşmalar mühasirəyə düşməmək üçün Həma əyalətinin şimalını tərk ediblər

20 Avqust 2019, 13:22 (GMT +4)
Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb (RƏSMİ)

20 Avqust 2019, 13:04 (GMT +4)
“Azərişıq” tərəfindən ölkədə yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir

20 Avqust 2019, 12:50 (GMT +4)
Honq Konqda bıçaqla silahlanmış şəxs insanlara hücum edib, xəsarət alanlar var

20 Avqust 2019, 12:34 (GMT +4)
"Neftçi" çempionatın ilk turunda qələbə qazana bilməyib

20 Avqust 2019, 12:20 (GMT +4)
Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

20 Avqust 2019, 12:14 (GMT +4)
İstanbulda "Visit Chechnya" turizm məlumat mərkəzi açılıb

20 Avqust 2019, 12:09 (GMT +4)
Bakıda yaşayış binasında yanğın olub

20 Avqust 2019, 12:00 (GMT +4)
Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12