Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçirilib

24 May 2019, 17:24 (GMT +4)

Bakı, 24 may, SalamNews. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli dilçi-alim, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə respublika elmi konfransı keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil nazirinin müavini İdris İsayev və hər iki qurumun rəsmi nümayəndələri və əməkdaşları, Rusiya Elmlər Akademiyasının prezidentinin müavini, akademik Taliya Xabriyeva, Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin və digər xarici qonaqlar, o cümlədən ölkənin aparıcı alimləri, gənc tədqiqatçılar, media nümayəndələri iştirak ediblər.

Akademiyanın Əsas binasında təşkil olunan tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq görkəmli alimin həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb. Vurğulayıb ki, Azərbaycan dilçiliyinin ən görkəmli nümayəndələrindən olan, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki Afad Qurbanovun dilçilik elminin inkişaf etdirilməsində mühüm xidmətləri olub. Onun dilçiliyin bir sıra sahələrinin əsasını qoyduğunu, Azərbaycan dilçiliyi, onomologiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair filoloji elmi məktəb yaratdığını diqqətə çatdırıb.

Görkəmli alimin 1962-ci ildə namizədlik, 1968-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etdiyini söyləyən natiq onun 1965-ci ildə dosent, 1970-ci ildə isə professor elmi adına layiq görüldüyünü diqqətə çatdırıb. Akademik Akif Əlizadə professor A.Qurbanovun 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçildiyini, həmçinin dünyanın bir sıra milli və beynəlxalq akademiyalarının fəxri akademiki, o cümlədən Türk Dil Qurumunun fəxri üzvü olduğunu bildirib. Nəzərə çatdırıb ki, 1990-1994-cü illərdə Milli Məclisin deputatı olan Afad Qurbanov Azərbaycan Əlifbası Komissiyasına sədrlik edib.

Akademik Akif Əlizadə Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan görkəmli alimin bir sıra monoqrafiya və dərsliklərin müəllifi olduğunu da əlavə edib. Onun əsərlərində Azərbaycan dilçiliyinin inkişafı və perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi nəzəri əsaslar üzərində təşəkkül tapması, eləcə də elmlərin təsnifi və dilçilik tarixinin müəyyənləşdirilməsi problemlərinə aydınlıq gətirilib. A.Qurbanovun elmi fəaliyyətinin hər zaman yüksək qiymətləndirildiyini bildirən akademik 1981-ci ildə ona Azər­bay­can SSR Əməkdar elm xadimi fəxri adı verildiyini əlavə edib. Vurğulayıb ki, görkəmli alim "Azər­baycan dilinin onomastikası" monoqrafiyasına görə Azərbaycan Respub­likası Dövlət Müka­fatına layiq görülüb.

Akademik Akif Əlizadə Azərbaycan dilçilik elmində əvəzsiz xidmətləri olan Afad Qurbanovun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.

Sonra təhsil nazirinin müavini İdris İsayev çıxış edərək görkəmli alimin həyat və yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən bəhs edib. A.Qurbanovun dilçiliklə yanaşı, türkologiya sahəsində də böyük və tanınmış alim olduğunu deyən natiq bildirib ki, o, Azərbaycan SSR Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvü olub, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

Professor Afad Qurbanovun elmlə yanaşı, təhsil sahəsində də mühüm nailiyyətlərinin olduğunu vurğulayan İ.İsayev qeyd edib ki, o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini vəzifələrində çalışıb. Vurğulayıb ki, A.Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri vəzifələrində çalışıb, 1981-1989-cu illərdə isə bu ali təhsil ocağının rektoru olub. Rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun intibah dövrü və tamamilə yenidən qurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedoqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır.

İ.İsayev Afad Qrubanovun Azərbaycan elmi və təhsilinin inkişafında əvəzsiz xidmətləri olduğunu, onun fəaliyyətinin bundan sonra da bu sahələrdə xüsusi əhəmiyyətə malik olacağını bildirib.

Tədbirdə çıxış edən akademik Taliya Xabriyeva A.Qurbanovun Azərbaycan dilçilik elmi və təhsil sisteminin inkişafında əvəzsiz xidmətləri olduğunu, onun elmi fəaliyyətinin müasir dövrdə də bəhrəsini verdiyini bildirib. Sonra akademik T.Xabriyeva Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov "Afad Qurbanovun təhsil təşkilatçılığı", professor Gürer Gülsevin "Afad Qurbanov və ortaq türk dili", AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Afad Qurbanov və onomastika elmi məktəbi", AMEA-nm Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu "Afad Qurbanov və dilçilik elminin inkişafı", AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Tarixdə Afad Qurbanov (Qaraqurbanlılar) şəcərəsi", Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov "Afad Qurbanov və ümumi dilçilik", professor Şükrü Halük Akalın "Afad Qurbanov və müasir Azərbaycan Əlifbası" mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra Afad Qurbanovun xatirəsini əbədiləşdirən material­ların təqdimatı olub. "Azərmarka" MMC-nin direktoru Leyla Güləliyeva dilçi alimin yubileyi münasibətilə hazırlanmış poçt markasını nümayiş etdirib. Daha sonra Afad Qurbanovla bağlı xatirə kitabının və onun 13 cildlik seçilmiş əsərlərinin təqdimatı olub.

Sonda görkəmli alimin həyat və elmi fəaliyyəti haqqında qısametrajlı film nümayiş edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Afad Qurbanovun yubileyi münasibətilə elmi konfrans keçiriləcək

“Türkologiyamızın Afad Qurbanovu” kitabının geniş təqdimatı keçirilib

Müasir Azərbaycan əlifbasının müəllifi görkəmli dilçi-alim Afad Qurbanovun 90-illik yubileyidir

“Dilçilik elmində Afad Qurbanov irsi” kitabının təqdimatı olub

19 İyun 2019, 21:07 (GMT +4)
Xalq rəssamı Sakit Məmmədov Beynəlxalq sülh mükafatına layiq görülüb

19 İyun 2019, 18:03 (GMT +4)
Dövlət Taxıl Fondu ərzaqlıq buğdanın tədarükünü elan edir

19 İyun 2019, 17:55 (GMT +4)
Çağırışçıların təyin olunduqları xidmət yerləri iyunun 26-dan sonra açıqlanacaq

19 İyun 2019, 17:48 (GMT +4)
Smartavia" Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

19 İyun 2019, 17:40 (GMT +4)
Ərdoğan: Türkiyə Məhəmməd Mursinin ölümünün araşdırılmasını təqib edəcək

19 İyun 2019, 17:38 (GMT +4)
“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

19 İyun 2019, 17:30 (GMT +4)
“Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib

19 İyun 2019, 17:23 (GMT +4)
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

19 İyun 2019, 17:16 (GMT +4)
Ümumqoşun poliqonunda təlim keçirilib

19 İyun 2019, 17:13 (GMT +4)
“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

19 İyun 2019, 17:08 (GMT +4)
Fənn olimpiadalarının qalibləri mükafatlandırılıb (FOTO)

19 İyun 2019, 17:03 (GMT +4)
Rəşad Tağıyev: Təhsil işçilərinin sosial rifahı ilbəil yaxşılaşır

19 İyun 2019, 17:02 (GMT +4)
BMT: Ər-Riyadın Kaşıkçı cinayəti ilə bağlı istintaqı standartlara cavab vermir

19 İyun 2019, 16:55 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

19 İyun 2019, 16:49 (GMT +4)
Abşeron və Sumqayıtda telefonlaşmayan ərazilər telekommunikasiya xidmətləri ilə təmin edilir

19 İyun 2019, 16:37 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

19 İyun 2019, 16:31 (GMT +4)
Azərbaycan Sənaye Korporasiyası beynəlxalq tender elan edib

19 İyun 2019, 16:27 (GMT +4)
Səfər Mehdiyevin vətəndaşlarla görüşləri təxirə salınıb

19 İyun 2019, 16:18 (GMT +4)
Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

19 İyun 2019, 16:15 (GMT +4)
BMT Kaşıkçının məhkəməsiz edamında Səudiyyə Ərəbistanını günahkar bilib

19 İyun 2019, 16:12 (GMT +4)
Azərbaycanda yeni biznes portalı fəaliyyətə başlayıb

19 İyun 2019, 15:58 (GMT +4)
BMT: Səudiyyə şahzadəsinin Kaşıkçının ölümü ilə əlaqəsinin olduğuna dair sübutlar var  

19 İyun 2019, 15:49 (GMT +4)
Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

19 İyun 2019, 15:41 (GMT +4)
Azərbaycanda ilk milli toxum brendi yaradılıb

19 İyun 2019, 15:20 (GMT +4)
G-20 çərçivəsində Putin və Trampın görüşü barədə heç bir xəbər yoxdur - Peskov

19 İyun 2019, 15:19 (GMT +4)
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub

19 İyun 2019, 15:08 (GMT +4)
Azercell ölkəmizin istedadlarına dəstək verir

19 İyun 2019, 15:01 (GMT +4)
Sahibkarların müraciətləri müsbət həll edilib

19 İyun 2019, 14:54 (GMT +4)
DGK: Sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır

19 İyun 2019, 14:46 (GMT +4)
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12