Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər Fondunun maliyyə dəstəyi “Enactus 2019” Milli yarışı keçirilib

27 May 2019, 10:46 (GMT +4)

Bakı, 27 may, SalamNews. Gənclər Fondunun maliyyə dəstəyi,Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə Bakı Konqress Mərkəzində “Enactus 2019” Milli Yarışının Azərbaycan mərhələsi keçirilib.

SalamNews-un məlumatına görə, əsas məqsədi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etməkdən ibarət olanEnactus Proqramının yarış prosesindəilk öncə münsiflər heyəti üçün məlumatlandırıcı sessiya, daha sonra isə Enactus Milli Yarışının açılış mərasimi baş tutub.

Açılış sözü Enactus Azərbaycan İdarə Heyətinin sədri, Azərbaycan Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərova verilib. O, Enactus proqramının ehtiyacı olan şəxslərin həyat keyfiyyətinin və səviyyəsinin yaxşılaşdırılması, həmçinin, tələbələrin təşkilatçılıq və idarəçilik qabliyyətlərinin inkişaf etdirilməsində rolunun əvəzsiz olduğunu vurğulayıb. Bununla yanaşı o, xaricdə təhsilin Gənclər Fondu tərəfindən maliyyələşmə yardımından söz açaraq ölkə rəhbərinin gənclərə olan qayğısını xüsusi qeyd edib. Fərid Cəfərov öz növbəsində, iştirakçı komandalara uğurlar arzulayıb.

Açılışda, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bütün Enactus iştirakçılarını salamlayaraq gərgin mübarizədə uğurlar arzu edib. O, gənclərin bu kimi layihələrdə göstərdiyi uğurlu fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib. İntiqam Babayev, həmçinin, gənclərin savadlı və sağlam təfəkkürdə olması üçün bu kimi layihələrin əhəmiyyətindən danışıb.

Daha sonra Enactus Avrasiya regionu üzrə direktor Yusuf Məcidov Enactusun mahiyyəti, cəmiyyətə, iqtisadiyyata verdiyi faydadan danışıb.

Enactus Azərbaycan nümayəndəliyinin rəhbəri, ATGTİ-nin sədri Faiq Məmmədov da çıxışında bütün iştirakçılara uğurlar arzulayaraq ATGTİ-nin daima bu kimi layihələrin reallaşmasında təşkilatçılıq etməyə hazır olduğunu vurğulayıb. O, milli yarışda iştirak edən 13 universitet komandasının hər birinin xüsusi bacarıqlara və maraqlı ideyalara malik olduğunu bildirib.
Daha sonra yarışa start verilib. Yarış “Püşkatma mərasimi”, “Liqa yarışlarının birinci hissəsi”, “Liqa yarışlarının ikinci hissəsi”, “Final mərhələsi”, “Bağlanış və mükafatlandırma mərasimi” olmaqla 5 hissədən ibarət olub.Yarışmaçı qismində çıxış edən 13 Ali ixtisas təhsil müəssisəsinin Enactus komandası hazırladıqları layihələri münsüflər heyətinə təqdim ediblər. Münsüflər heyyəti qismində ölkənin bir sıra böyük şirkət və qurumlarından olan nümayəndələr, həmçinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov təmsil olunub. Ümumilikdə 23 nəfər münsüf qiymətləndirmədə iştirak etmişdir.

Münsüflər heyyətinin ümumi rəyinə əsasən, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qalibləri elan edərək mükafatlandırmışdır.

Beləliklə, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının komandası 1-ci yerə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası 2-ci yerə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin komandası isə 3-cü yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, I yerə layiq görülməklə milli yarışın qalibi olan universitet komandası Azərbaycanı beynəlxalq səviyyədə Amerikanın Klaiforniya ştatının San-Xose şəhərində keçiriləcəkDünya Kuboku üzrə təmsil etmə hüququ qazanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər Fondu 14-cü qrant müsabiqəsinin nəticələrini elan edib

Gənclər Fondu gənclər təşkilatları ilə növbəti onlayn görüş keçirib

Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib

Gənclər Fondu yeni maarifləndirmə kampaniyasına start verib

Azərbaycan Gənclər Fondu gənclərə müraciət edib

Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

Gənclər Fondu xaricdə təhsil alan tələbələrlə bağlı məlumat yayıb

Gənclər Fondunun qrant müsabiqəsi elan edilib

Azərbaycan Gənclər Fondu Türkiyə Gənclər Fondu ilə əməkdaşlıq edəcək

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fonduna 4 milyon manat ayrılıb

Gənclər Fondu “GəncLİK” proqramının üçüncü seçim mərhələsinin nəticələrini açıqlayıb

Gənclər Fondu müsabiqənin nəticələrini açıqlayıb

Gənclər Fondu 13-cü qrant müsabiqəsini elan edib

Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini elan edib

SalamNews Gənclər Fondu tərəfindən təltif edilib

Gənclər Fondu KOBİA ilə birgə forum keçirib (FOTOLAR)

Gənclər Fondu yazı müsabiqəsinin nəticələrini elan edib

26 Noyabr 2020, 16:54 (GMT +4)
İsrail Tramp gedənə qədər işğal edilən Fələsitin ərazilərilə bağlı addım atacaq

26 Noyabr 2020, 16:35 (GMT +4)
Hulusi Akar: Fransa Dağlıq Qarabağ probleminin həll edilməməsinin tərəfdarıdır

26 Noyabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

26 Noyabr 2020, 16:08 (GMT +4)
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağ məsələsini müzakirə edib

26 Noyabr 2020, 15:57 (GMT +4)
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq edib

26 Noyabr 2020, 15:44 (GMT +4)
Almaniyada ordumuzun tarixi qələbəsi münasibəti ilə aksiya keçirilib

26 Noyabr 2020, 15:32 (GMT +4)
Milli Məclisin sədri Laçınla bağlı açıqlama verib

26 Noyabr 2020, 15:29 (GMT +4)
İranda koronavirusa yoluxduğu qeydə alınanların sayı 900 mini ötüb

26 Noyabr 2020, 15:18 (GMT +4)
Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:10 (GMT +4)
Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq

26 Noyabr 2020, 15:04 (GMT +4)
Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaradıb

26 Noyabr 2020, 14:57 (GMT +4)
Neftçala sakinindən silah götürülüb

26 Noyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan İƏT-ə üzv ölkələri Qarabağdakı layihələrdə iştiraka dəvət edib

26 Noyabr 2020, 14:35 (GMT +4)
Ermənilər Laçında da evləri yandıraraq tərk edirlər

26 Noyabr 2020, 14:23 (GMT +4)
“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:18 (GMT +4)
Əmlak Məsələləri Dövlət Xidməti ABŞ şirkəti ilə əməkdaşlığa başlayır

26 Noyabr 2020, 13:58 (GMT +4)
Bakıda kişi müəmmalı şəkildə qətlə yetirilib

26 Noyabr 2020, 13:43 (GMT +4)
Bakıda motosiklet, Lənkəranda avtomobil qaçırılıb

26 Noyabr 2020, 13:35 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 Noyabr 2020, 13:24 (GMT +4)
Rusiyada son sutkada 520-dən çox insan COVID-19-dan ölüb

26 Noyabr 2020, 13:14 (GMT +4)
Fransadakı soydaşlarımız ölkə senatını Azərbaycanın haqlı mövqeyinə zidd addımları rədd etməyə çağırıb

26 Noyabr 2020, 13:12 (GMT +4)
Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edilib

26 Noyabr 2020, 13:00 (GMT +4)
Efiopiya hökuməti ölkənin şimalında separatçılara qarşı irimiqyaslı hücum əmri verib

26 Noyabr 2020, 13:00 (GMT +4)
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib

26 Noyabr 2020, 12:45 (GMT +4)
Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub

26 Noyabr 2020, 12:44 (GMT +4)
Gürcüstanda 3 801 yeni koronavirusa yoluxma aşkar edilib 

26 Noyabr 2020, 12:30 (GMT +4)
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

26 Noyabr 2020, 12:15 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək

26 Noyabr 2020, 12:08 (GMT +4)
Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib

26 Noyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66