“AtaBank” Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimə keçəcək27 May 2019, 10:53 (GMT +4) Bakı, 27 may, SalamNews. UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə əlaqədar "AtaBank" ASC 6 gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Beləliklə, nankın aşağıdakı filialları mayın 27-dən iyunun 1-dək saat 09:00-dan 20:00–dək xidmət göstərəcək:
• "Bakı" filialı: Neftçilər prospekti 67; Tel: (012) 437 23 71, 437 23 72
• "Yeni Həyat" filialı: Z.Əliyeva küçəsi 55; Tel: (012) 598 22 94; 598 22 95
• "Sahil" şöbəsi: Puşkin küçəsi 9; Tel: (012) 598 11 36
Filialların xüsusi iş rejiminə keçidi mötəbər idman yarışını əhatə edən dövr zamanı həm yerli müştərilər, həm də xarici turistlər üçün bank xidmətlərini daha rahat və əlçatan etmək məqsədi daşıyır.
25 ildən çox fəaliyyət göstərən "AtaBank" ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
|