Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Azərbaycanlı gənc alim Beynəlxalq Təhsil Akademiyasının akademiki seçilib

27 May 2019, 10:44 (GMT +4)

Bakı, 27 may, SalamNews. Dünyanın hər bir yerində ictimai inkişafın formalaşmasında, cəmiyyətin üzvlərinin təfəkkür və dünyagörüşünün təkmilləşdirilməsində təhsil və elm xüsusi əhəmiyətə malikdir.

Bu baxımdan gənc nəsillərin tədrisi, öyrədilməsi, maarifləndirilməsi və yüksək ixtisaslı kadr olaraq yetişdirilməsi mühüm zəruri məsələlərdən biridir. Çox sevindirici haldır ki, hər bir sahədə olduğu kimi təhsil və elm sahəsində də Azərbaycanı xaricdə uğurla təmsil edən gənclərimiz var.
Onlardan biri də Elvin Talışınskidir. Gənc olmasına baxmayaraq bu sahədə Azərbaycana yetərincə uğurlar qazandıra bilmişdir. Hazırda da nailiyyətləri, elmi məqalə və məruzələri ilə dünyanın bir çox ölkələrində ölkəmizi layiqincə təmsil edir.

E.Talışınski elmi fəaliyyətə başladığı dövrdən bu günədək dəfələrlə xarici dövlətlərin müxtəlif şəhərlərində Azərbaycan Respublikasını öz elmi məruzələri ilə təmsil etmiş, dövlətimizin təbliğatını aparmışdır. Gənc tədqiqatçı-alim 2007-ci ildən 2013-cü illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi və Fəlsəfə İnstitutunun Gənc Alimlər Şurasının sədr müavini vəzifələrində işləmişdir. O, Akademiyada çalışdığı dövrdə dövlətimizi xarici ölkələrdə təmsil etmək üçün ezam olunmuş və keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda çıxış edib müxtəlif fəxri fərmanlara, diplomlara layiq görülüb.

Həmçinin E.Talışınski xaricdə təşkil olunan bir neçə beynəlxalq elmi müsabiqələrin qalibi və laureatı, 60-dan çox elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir. Qeyd edək ki, E.Talışınski Azərbaycanda bütün dünyada ən aktual mövzulardan biri olan informasiya müharibəsininin ilk araşdırmaçısıdır. Tədqiqatçıya qədər heç kəs Azərbaycanda informasiya müharibəsini elmi predmet olaraq araşdırmamışdır. 2006-cı ildən bu sahədə araşdırma aparan tədqiqatçı bir sıra nüfuzlu elmi nəşrlərdə çap olunub.

Onun Moskva Dövlət Universitetində təşkil olunan “Lomonosov 2012” adlı gənc alimlərin beynəlxalq elmi konfransında çıxış etdiyi “İnformasiya müharibəsinin mahiyyəti və məzmunu” mövzusunda elmi tədqiqatı böyük marağa səbəb olur. Bunun nəticəsi olaraq, Almaniyanın “Akademik” nəşriyyatı ona bu tədqiqat işini Saarbrüken şəhərində çap etdirməyi təklif edir və 2012-ci ildə eyni adlı monoqrafiyası nəşr edilir. Ümumiyyətlə gənc tədqiqatçının 28-ə yaxın elmi əsəri xaricdə rus və ingilis dillərində çap olunmuşdur.

İxtisasca hüquqşünas olan E.Talışınski Azərbaycan Respunlikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın informasiya mübarizəsində yeri və rolu (Şərq-Qərb kontekstində)” mövzusunda dissertasiya işini uğurlu müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

O, 2012-ci ildən V.Dal adına Şərqi Ukrayna Milli Universitetinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq elmi konfransların Azərbaycan üzrə koordinatoru və nəşr olunan məqalələr toplusunun redaksiya heyətinin üzvüdür. 2015-ci ildən etibarən isə Kanadada nəşr olunan “Virtus – scientific journal” - beynəlxalq elmi jurnalın xarici əlaqələr üzrə redaktor müavini təyin olunmuşdur. Bununla yanaşı E.Talışınskini bir çox beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətinin üzvü kimi görmək mümkündür. Bundan əlavə olaraq, E.Talışınski siyasi elmlər sahəsində nəşr etdiyi elmi əsərlərinə görə 2015-ci ildə “National Quality Awards” Fondu və “European scientific and industrial consortium”un təsis etdiyi “Oliver Cromwell” adına qızıl medala layiq görülmüşdür.

Elvin Talışınskinin gənc olmasına baxmayaraq elmi sahədə əldə etdiyi uğurlarını pedaqoji sahədə də davam etdirmişdir. Aspirant olduğu dövrdə müxtəlif vaxtlarda Rusiyada Cənubi Ural Dövlət Universitetində və İranda Azad İslam Universitetində rus və ingilis dillərində böyük auditoriyalarda mühazirələr demişdir.

2011-ci ildən Bakı İslam Universitetində müəllim kimi işə başlayan E.Talışınski, 2014-cü ildən İctimai fənlər kafedrasının müdiri təyin olunur. Burada çalışdığı müddət ərzində ictimai fəallığı ilə diqqəti cəlb etmişdir. Onun təşkilatçılığı ilə universitetdə bir çox elmi seminar, konfrans, müsabiqələr keçirilmiş, müxtəlif İctimai Birliklərin dövlət tərəfindən maliyyələşdirilən təlim və tədbirləri baş tutmuşdur. E.Talışınskinin rəhbərliyi və dəstəyi ilə Bakı İslam Universitetinin tələbələri respublika əhəmiyyətli bir sıra müsabiqələrdə iştirak etmiş, elmi konfranslarda məruzələrlə çıxışlar etmişlər. Məhz onun əməyi sayəsində universitetdə elmi-pedaqoji təminatın yaxşılaşdırılması, çoxsaylı fənn proqramlarının, metodik göstərişlərin, əyani vəsaitlərin hazırlanması, mühüm elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələləri də yüksək səviyyədə görülmüşdür.

E.Talışınskinin pedaqoji sahədə ən böyük uğuru 2015-ci ildə Beynəlxalq Təhsil Akademiyasına müxbir-üzvü seçilməsidir. Qeyd edək ki, E.Talışınski seçilən ilk və yeganə azərbaycanlıdır. Bunu da qeyd etmək yerinə düşərdi ki E.Talışınski Azərbaycan təhsil sistemində ən gənc kafedra müdirlərindən biridir. O 30 yaşından bu vəzifəni icra etməkdədir.

Çox sevindirici haldır ki, bu il Beynəlxalq Təhsil Akademiyasının Elmi Şurası qərarı ilə həmin akademiyanın həqiqi üzvü (akademiki) seçilmişdir. Bununla yanaşı Rusiya təhsilinin inkişafına, beynəlxaq elmi əməkdaşlığa və ixtisaslı kadrların hazırlanmasında göstərdiyi xidmətlərinə görə Böyük Britaniya Təhsil Akademiyası tərəfindən fərqlənmə ordeni ilə təltif olunmuşdur.
Elvin Talışınski həmçinin bu günədək həyata keçirələn bir çox uğurlu ictimai layihələrin rəhbəri və ideya müəllifi olmuşdur. Eyni zamanda vətənpərvərlik, mənəvi dəyərlərin qorunması, dini maarifləndirmə sahəsində bir çox tədbirlərin və elmi konfransların tərtibçisidir.

Qeyd edək ki üzümüzə gələn bir neçə gün sonra Elvin Talışınskinin 35 illik yubileyidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı İslam Universiteti təhsil və elm sahəsində əhəmiyyətli uğurlara imza atıb  - Elvin Talışınski (MÜSAHİBƏ)

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

22 Avqust 2019, 15:10 (GMT +4)
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22 Avqust 2019, 15:10 (GMT +4)
Ukraynanın ABŞ-dakı səfirliyi G7 liderlərinə müraciət edib

22 Avqust 2019, 14:57 (GMT +4)
Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb

22 Avqust 2019, 14:47 (GMT +4)
Nazir müavini: bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

22 Avqust 2019, 14:31 (GMT +4)
Məhəmməd Cavad Zərif: Müharibəni başladan biz olmayacağıq 

22 Avqust 2019, 14:23 (GMT +4)
Avropa İttifaqı Rusiyanın G8-ə qayıtmasına qarşı çıxır

22 Avqust 2019, 14:18 (GMT +4)
Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

22 Avqust 2019, 14:08 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12